Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayonunda 2 fevral – Gənclər Günü qeyd edildi

02 fevral 2020 | 16:00

      31 yanvar 2020-ci il tarixdə Beyləqan rayon Gənclər Mərkəzində  Beyləqan rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə 2 fevral-  Gənclər  günü münasibətilə bayram şənliyi keçirildi. Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Yeganə Məmmədova,rayon idarə və müəssisələrini təmsil edən bir sıra gənclər,hərbiçilər iştirak edirdi. Tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib önünə tər gül dəstələri düzdülər.
      Gənclər Mərkəzində  davam etdirilən tədbiri giriş sözü ilə açan rayon Gənclər və İdman idarəsinin rəisi Sənan Quliyev ölkədə aparılan Gənclər siyasətindən,gənclərlə bağlı həyata keçirilən dövlət proqramlarından,eləcə də rayon gənclərinin ötən ildə əldə etdikləri uğurlardan bəhs etdi.
     Çıxış edən rayon İcra hakimiyyəti başçısının müavini Yeganə Məmmədova Gənclər gününün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda qeyd olunmasından, bu günün 1997-ci ildə prezident Heydər Əliyevin sərəncamı ilə təsdiq olunmasının gəncliyə göstərdiyi diqqət və qayğının nümunəsi olduğundan və prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasətinin Azərbaycan gəncliyinin inkişafına təkan verdiyini və onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynadığından söz açdı.
      Tədbirdə  2019-cu ildə fərqlənən bir qrup ictimaiyyət nümayəndələri və gənclər mükafatlandırıldı.Tədbir maraqlı rəqslər və musiqi ansamblının ifasında gözəl musiqilərlə davam etdirildi.

Keçidlər