Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun Tatalılar kəndində səyyar qəbul-görüş keçirildi.

18 fevral 2020 | 16:00

       Beyləqan rayonunda əhalinin problemlərinin yerində həlli məqsədilə rayon İcra hakimiyyətinin  başçısı Asif Ağayevin 18 fevral 2020-ci il tarixdə Beyləqan rayon Tatalılar kənd inzibati ərazi dairəsində yaşayan sakinlərlə növbəti səyyar qəbul-görüşü  keçirilmişdir.
     Görüşdə rayon icra hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri, ərazidə müvəqqəti məskunlaşmış məcburi köçkünlər,  kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişdir.
     Tədbiri giriş sozü ilə açan rayon İcra hakimiyyətinin başçısı Asif Ağayev sakinləri salamladı və onları narahat edən məsələlər barəsində çıxış etmələrini xahiş etdi.
     Görüşdə Tatalılar kənd sakini, təqaüdçü İmanov Etibar Rəşid oğlu Tatalılar kənd tam orta məktəbinin əsaslı təmirinə köməklik olunmasını, mülkiyyətçi Süleymanov Fazil Allahverdi oğlu suvarma suyunun verilməsini, Kərimov Yavər Kamal oğlu işlə təmin olunmasını xahiş etdi. Rayon İcra hakimiyyətinin başısı Asif Ağayev sakinlərin qaldırdıqları bu və digər məsələlərin həlli istiqamətində rayonun aidiyyəti üzrə idarə, müəssisə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verdi.
     Rayon icra hakimiyyətinin başçısı Asif Ağayev Beyləqan rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılmasından danışaraq, görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirmişdir.
    Tatalılar kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə prezident İlham Əliyev cənablarına öz minnətdarlıqlarını bildirdilər.

Keçidlər