Şriftin ölçüsü :

Saytın rəngi :

Aprel şəhidlərinin ailələrinə, aztəminatlı ailələrə və kimsəsiz yaşlılara və yardım edilib.

05 aprel 2020 | 16:00

    Beyləqan  Rayon İcra Hakimiyyəti rayonda yaşayan aztəminatlı ailələrə, yaşlı, kimsəsiz insanlara xüsusi diqqət və qayğı göstərir. Bu qəbildən olan insanlar müəyyənləşdirilib və mütəmadi olaraq onlara baş çəkilir. Onların sosial problemlərinin həllinə köməklik göstərilir.
   Bu tədbirlərin davamı olaraq 03 aprel tarixində 13 nəfər ahıl vətəndaşa və 12 aztəminatlı ailəyə ərzaq yardımı göstərilib.  
  Tədbirlər çərçivəsində həmin gün Beyləqan Rayon İcra Hakimiyyətinin əməkdaşları və yerli icra nümayəndələri Aprel döyüşlərinin qəhrəmanlarından olmuş və qazanılan zəfərdə böyük şücaətlər göstərmiş şəhidlərimiz, Xüsusi Təyinatlı Qüvvələrin giziri Məhəbbət Mirzəyev, Milli ordumuzun giziri Şahin Cavadzadə və əsgər Ayaz Hüseynovun ailəsini də  ziyarət edib, onlara da yardım edilib.

 

.

Keçidlər