Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayonunda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə dezinfeksiya tədbirləri davam etdirilir

19 iyun 2020 | 16:00

Beyləqanda gündəlik olaraq zəruri tibbi profilaktik və dezinfeksiya tədbirləri görülür. Belə ki, respublikamızda elan edilən xüsusi karantin rejimi dövrü bitənədək ölkəmizin şəhər və rayonlarında yaşayış məntəqələrinin ərazilərində koronavirus (COVID-19) infeksiyasına qarşı təmizlik və dezinfeksiya işlərinin aparılmasına dair tələblər Beyləqan rayonunda da yerinə yetirilir. Koronavirus infeksiyasına yoluxma hallarının qarşısının alınması məqsədilə prospekt və küçələrdə yerləşən çoxmənzilli yaşayış binalarında, binaların giriş və ətrafında, parklarda, ticarət və xidmət obyektlərində dezinfeksiya işləri mütəmadi olaraq aparılır, küçələr xüsusi texnikalarla dezinfeksiyaedici məhlulla yuyularaq dezinfeksiya edilir.

Keçidlər