Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan Rayon İcra Hakimiyyəti və "PAŞA Holding” MMC-nin birgə təşkilatçılığı ilə Beyləqan şəhəri, qəsəbə və kəndlərində 300 ailəyə ərzaq yardımı paylanılıb.

15 avqust 2020 | 16:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə koronavirusa qarşı mübarizə tədbirləri davam etdirilir. Dövlət başçısının və Birinci-vitse prezident Mehriban xanım Əliyevanın çağırışlarına əsasən, karantin rejimi ilə əlaqədar olaraq yaşı 65-i keçmiş insanlara, tənhalara, ahıl vətəndaşlara, eləcə də aztəminatlı ailələrə davamlı olaraq yardımlar paylanılır.
Dövlət başçısının "Biz birlikdə güclüyük!” çağırışı qoşularaq Beyləqan Rayon İcra Hakimiyyəti və "Paşa Holdinq" MMC-nin birgə təşəbbüsü ilə aztəminatlı ailələr üçün sovqat aksiya təşkil edilib.
Gündəlik ərzaq məhsullarından ibarət 300 ədəd sovqat  bağlama yaşı 65-dən yuxarı tənha yaşayan ahıllara, fiziki məhdudiyyətli şəxslərə, şəhid və sosial müdafiəyə ehtiyacı olan az təminatlı ailələrə çatdırıb. Sosial aksiya Beyləqan rayonun inzibati ərazisində daxil olan 42 yaşayış məntəqəsini əhatə edib.
Göstərilən diqqət və qayğıya görə razılıqlarını ifadə edən Beyləqan sakinləri dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.

.

 

Keçidlər