Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan RİH başçısı növbəti virtual qəbulunu keçirib

02 sentyabr 2020 | 16:00

02 sentyabr 2020-ci il tarixdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev vətəndaşların növbəti onlayn qəbulunu keçirib.
Virtual qəbul zamanı Təzəkənd kənd sakini Məmmədov Əyyub Şura oğlu, Əhmədli kənd sakini Babayev Pərviz Həsən oğlu işlə təmin olunması,şəhər sakini  Muxtarov Yunis Tofiq oğlu, Qəhrəmanlı qəsəbə sakini Bayramov Rafiq Məmməd oğlu maddi köməklik göstərilməsi, Dünyamalılar kənd sakini İbadov Vəli Yaşar oğlu,İmamverdililər kənd sakini Əliyev Xasay Əliabbas oğlu  torpaqla təmin olunma məsələsi, İmanova Aidə Rəşxan qızı oğluna əlillik dərəcəsi alması və s. ilə bağlı müraciətləri dinlənilib.

Rayon icra hakimiyyətinin başçısı Asif Ağayev vətəndaş müraciətlərinin həlli istiqamətində aidiyyatı qurumlara tapşırıqlar verərək videobağlantı zamanı səslənən müraciət və təkliflərin heç birinin diqqətdən kənarda qalmayacağını, onların ətraflı öyrənilib, həll olunmasından üçün müvafiq tədbirlər görüləcəyini diqqətə çatdırıb.

 

Keçidlər