Şriftin ölçüsü :

Saytın rəngi :

101 yaşlı Beyləqan sakininə peyvənd vurulub

18 fevral 2021 | 16:00

Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə ölkəmizdə həyata keçirilən vaksinasiya tədbirləri çərçivəsində bütün bölgələrdə olduğu kimi, Beyləqan rayonunda da əhalinin COVID-19 infeksiyasına qarşı peyvənd olunması prosesi uğurla davam edir.


Beyləqan rayonunun Gödəklər kəndindən olan 1920-ci il təvəllüdlü Cəfərova Gülöyşə Əzizalı qızına tibb işçiləri tərəfindən peyvənd vurulub.Gülöyşə nənə 101 yaşının olmasına baxmayaraq peyvəndin vurulmasının vacib olduğunu və vaksindən sonra özünü yaxşı hiss etdiyini qeyd edib. Ona göstərilən bu diqqət və qayğıya görə ölkə Prezidentinə və rayon rəhbərliyinə öz minnətdarlığını bildirib.


8 fevraldan başlayaraq  Rayon Mərkəzi Xəstəxanasında indiyə kimi 50 yaşdan yuxarı 1300-ə yaxın vətəndaş peyvənd olunub. Həmçinin, yaradılmış səyyar tibb işçiləri fiziki imkanları məhdud olan sakinləri nəzərə alaraq,  evlərinə gedərək peyvənd vururlar.


Əlavə olaraq qeyd edirik ki, xəstəliklərin yayılmasının qarşısının alınmasında ən yaxşı vasitələrdən birincisi peyvənd olunmaqdır. Buna görə vaksinasiyadan sonra da tövsiyə edilən qaydalara maksimum dərəcədə əməl edilməlidir.
Odur ki, özünüzün və ətrafınızdakı insanların sağlamlığını düşünərək vaksin vurdurmağınız tövsiyə olunur.

Keçidlər