Şriftin ölçüsü :

Saytın rəngi :

Yaşı dəyişməyən qəhrəman

08 iyun 2021 | 16:00

Bu gün torpaqlarımızın bütövlüyü uğrunda canından keçərək, tarixə şərəfli imzasını atan şəhid Qənbərov Elnur Novruz oğlunun doğum günüdür. O, 1990-cü il iyun ayının 8-də Beyləqan rayonunun Şərq qəsəbəsində anadan olub. Könüllü olaraq ordu sıralarına daxil olan Qənbərov Elnur 2020-ci il sentyabrın 27-dən başlayan, işğal altında olan ərazilərin azad edilməsi uğrunda Vətən müharibəsində savaşmış və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə əsl qəhrəmanlıq nümunəsinə çevrilmişdi. Elnur Qənbərov 25 Oktyabr elə Qubadlı uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olmuşdur. Şəhidimizin vətənə əmanət 2 övladı var. Onlar atalarının şəhid adını şərəflə daşıyırlar.
Azərbaycan Respulikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Qənbərov Elnur Novruz cəsarətinə, qəhrəmanlığına, şəxsi igidliyinə görə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Beyləqan rayon İcra hakimiyyəti olaraq Allahdan şəhidimizə rəhmət, yaxınlarına səbr diləyirik!

Keçidlər