Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Qurtuluş günü münasibətilə Beyləqan Mədəniyyət Mərkəzində tədbir keçirildi.

15 iyun 2021 | 16:00

İyunun 15-də Beyləqan rayon Mədəniyyət Mərkəzində 15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə Ulu Öndərin abidəsini ziyarət edən tədbir iştirakçıları abidə önünə tər güllər düzüblər. Rəsm və əl işlərindən ibarət sərgiyə tamaşa edən iştirakçılar Ümummilli Liderin həyat və fəaliyyətini özündə əks etdirən kitab sərgisi ilə də tanış olublar. Tədbirdə rayon ziyalıları, Vətən müharibəsi qaziləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdi. Beyləqan rayon İcra Hakimiyyəti Başçısının müavini Yeganə Məmmədova və Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı v çıxış edərək bayram münasibəti ilə tədbir iştirakçılarını təbrik etdilər. Rəsmi çıxışlardan sonra tədbir bədii hissə ilə davam etdi.

Keçidlər