Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Vüqar Məmmədovun oğlu dünyaya gəlib.

18 iyun 2021 | 16:00

44 günlük İkinci Qarabağ müharibəsində qəhrəmanlıqla döyüşərək şəhidlik zirvəsinə yüksələnlərdən biri də Beyləqan rayon Qəhrəmanlı qəsəbə sakini Məmmədov Vüqar Xaləddin oğludur. Ölkəmizin ərazi bütövlüyü uğrunda başlanan Vətən müharibəsində qəhrəmanlıq göstərmiş şəhid Məmmədov Vüqar Xaləddin oğlu Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, sözü gedən döyüşlərdə igidliyin, cəsarətin, qorxmazlığın əsl nümunəsini yaradıb. Vüqar oktyabrın 20-də elə həmin istiqamətlərdə gedən döyüşlərdə şəhid olub. Bu gün qəhrəman şəhid Vüqarın oğlu dünyaya gəlib. Şəhidin adını müqəddəsləşdirmək məqsədi ilə övladına elə şəhidin adı- Vüqar adı verilib. Balaca Vüqar Beyləqan Rayon Mərkəzi Xəstəxanasında dünyaya gəlib. Beyləqan Rayon İcra Hakimiyyəti başçısının müavini Məmmədova Yeganə və Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Heybət Əliyev balaca Vüqara və şəhidin ailəsinə rayon Mərkəzi Xəstəxanasında baş çəkərək şəhidimizin övladının dünyaya gəlməsi münasibətilə ailə üzvlərini rayon rəhbərliyi adından təbrik edib. Eyni zamanda, "YAŞAT " Fondu tərəfindən şəhidin övladı ziyarət olunub və şəhidin yeni dünyaya gəlmiş övladına 5000 manat çek təqdim olunub.
Yeni doğulmuş şəhid övladı ilə bağlı təbriklərini çatdırdıqdan sonra icra aparatının nümayəndələri  şəhidin ailəsi ilə birlikdə məzarını ziyarət etmişlər.

Keçidlər