Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayonunda Dövlət Qulluqçularının Peşə bayramı qeyd olunub.

23 iyun 2021 | 16:00

23 iyun 2021-ci il tarixdə Dövlət Qulluqçularının Peşə bayramı münasibətilə Beyləqan rayonunda tədbir keçirilib.
Rayon İcra hakimiyyətinin başçısı Asif Ağayev, Hüquq –mühafizə orqanlarının rəhbərləri, İcra aparatının əməkdaşları, ayrı-ayrı  təşkilatlarda çalışan dövlət qulluqçuları ulu öndər Heydər Əliyevin abidəsi önünə əlamətdar gün münasibəti ilə tər çiçək dəstələri düzüb, hörmət və ehtiramlarını ifadə ediblər.
Daha sonra Asif Ağayev və İcra hakimiyyətinin bütün dövlət qulluqçularının iştirakı ilə peşə bayramı münasibəti ilə tədbir keçirilib. Tədbirdə çıxış edən Asif Ağayev bütün tədbir iştirakçılarını peşə bayramı münasibəti ilə təbrik edib.  Dövlətin və onun vətəndaşlarının qulluğunda durmağın şərəfli bir o qədər də çətin və məsuliyyətli vəzifə olduğunu qeyd edən Asif Ağayev tədbirin sonunda vəzifə xidmətlərinin yüksək səviyyədə göstərilməsində fərqlələn İcra hakimiyyətinin bir qrup əməkdaşını fəxri fərmanı ilə təltif etdi.
  Dövlət qulluqçuları onlara göstərilən yüksək diqqətə görə dövlət başçısı cənab İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.

Keçidlər