Şriftin ölçüsü :

Saytın rəngi :

II Qarabağ müharibəsinin iştirakçısı, ehtiyyatda olan hərbi qulluqçu mayor Əliyev Heybət Hümbətalı oğlu növbəti dəfə medallarla təltif olunub.

24 iyun 2021 | 16:00

Beyləqan rayon İcra hakimiyəti aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, II Qarabağ müharibəsinin iştirakçısı, ehtiyyatda olan hərbi qulluqçu mayor Əliyev Heybət Hümbətalı oğlu növbəti dəfə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə medallarla təltif olunub. 

11 il Azərbaycan ordusunda müxtəlif hərbi vəzifələrdə xidmət edən H.Əliyev I Qarabağ müharibəsi zamanı Ağdam və Tərtər istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Vətən müharibəsində ehtiyatda olan zabit kimi səfərbərliklə xidmətə çağırılmış, Füzuli, Şuşa istiqamətində gedən döyüşlərdə hərbi hissə komandirinin şəxsi heyətlə iş üzrə müavini vəzifəsində iştirak etmişdir. Bundan əvvəl “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yubileyi” medalı və “Şuşanın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.

Bu gün növbəti dəfə  dəyərli əməkdaşımız Heybət Əliyev torpaqlarımızın işğaldan azad edilməsi  uğrunda aparılmış döyüşlərdə nümayiş etdirdiyi şəxsi igidlik və şücaətinə görə  Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” və  “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Əməkdaşımız Heybət Əliyevi bu münasibətlə təbrik edir, ona can sağlığı arzulayırıq!

Keçidlər