Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayonunda “8 Mart-Beynəlxalq Qadınlar Günü” qeyd edilmişdir.

06 mart 2014 | 16:00

06 mart 2014-cü il tarixdə Beyləqan rayon “Kral” şadlıq sarayında Beynəlxalq Qadınlar Günü münasibətilə şənlik keçirilmişdir.Şadlıq sarayıbayramsayağı bəzədilib, şadlıq sarayının sənəsində  “8 Mart-Beynəlxalq Qadınlar Günü” münasibəti ilə əlaqədar plakatlar asılmışdır..
 Stolların üstünə bayram süfrəsi düzülmüşdür.Tədbir Rəşid Behbudovun “Ana” mahnısı ilə başlanır.
 Beyləqan rayon İcra hakimiyyətinin başçısı cənab Vaqif Abdullayev çıxış edərək bütün Azərbaycan xanımlarını, o cümlədən Beyləqan xanımlarını səmimi qəlbdən təbrik etdi və onlara uzun ömür can sağlığı arzu etdi.
Vaqif Abdullayev rayonun ictimai-siyasi və humanitar həyatında fərqlənən qadınları diplom və bahalı hədiyyələrlə mükafatlandırmışdır.Öz növbəsində rayon xanıları da Cənab Vaqif Abdullayevə də uzun ömür can sağlığı və çətin, şərəfli işində müvəfəqqiyətlər arzu etmişlər.Tədbir müxtəlif musiqi nömrələri ilə davam etmişdir.


 

Keçidlər