Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Tağıyev Anarın cənnətdəki növbəti doğum günü

14 oktyabr 2021 | 16:00

Şəhid Tağıyev Anarın cənnətdəki növbəti doğum günü


Bu gün torpaqlarımızın bütövlüyü uğrunda canından keçərək, tarixə şərəfli imzasını atan şəhidlərimizdən Anar Tağıyevin doğum günüdür. O, 14 oktyabr 1996-cı ildə Beyləqan rayonunun Kəbirli kəndində anadan olmuşdur. Hərbçi olmağı, vətənə, xalqa xidmət etməyi özünə şərəf bilən Anar Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.
Anar 2020-ci il sentyabrın 27-dən başlayan, işğal altında olan ərazilərin azad edilməsi uğrunda Vətən müharibəsində savaşmış və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə əsl qəhrəmanlıq nümunəsinə çevrilmişdi.
Hətta döyüşlərdə yaralanmasına baxmayaraq, geri dönərək vətənə olan borcunu yerinə yetirmiş, mübarizəyə davam etmişdir. Bu da Azərbaycan əsgərinin vətən sevgisinin nə dərəcədə güclü olduğunun, onun mərd və dönməzliyinin növbəti sübutu idi.
Ən ağır döyüşlərdə ön sıralarda savaşan qəhrəmanımızın son döyüş günü oktyabr ayının 1-i oldu. Anar Füzuli döyüşləri zamanı şəhid oldu və şərəfli əbədiyyətə qovuşdu.
Şəhidimizin doğum günü münasibəti ilə Beyləqan Rayon İcra Hakimiyyəti başçısı və aparatın məsul nümayəndələri, Hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon idarə və müəssisə rəhbərləri, ictimaiyyət nümayəndələri şəhidin və digər şəhidlərin məzarını ziyarət etmiş, önünə gül dəstələri düzmüşdür.
Rayon İcra Hakimiyyəti başçısı Asif Ağayev şəhidin ailə üzvləri ilə söhbət etmiş, problemləri ilə maraqlanmışdır.
Daha sonra şəhidin xatirəsinə həsr olunmuş məclis təşkil edilmiş, onun xatirələrindən, şərəfli döyüş yolunda etdiyi saysız igidliklərdən, vətənə, dövlətə, xalqa sevgisindən söz açılmışdır.
Şəhidimizin ruhu önündə baş əyir, onu hörmətlə anırıq!

Keçidlər