Şriftin ölçüsü :

Saytın rəngi :

Oktyabrın 22-si şəhid Müzəffər Yusiflinin cənnətdəki doğum günü idi.

22 oktyabr 2021 | 16:00

Oktyabrın 22-si şəhid Müzəffər Yusiflinin cənnətdəki doğum günü idi.

Yusifli Müzəffər Ziyəddin oğlu 2000-ci il oktyabrın 22-də Beyləqan rayonunun Kəbirli kəndində anadan olub.
Müzəffər Vətən müharibəsi zamanı Füzuli və Cəbrayıl rayonları istiqamətində gedən döyüşlərdə iştirak edib və işğal altında olan bir çox ərazilərimizin alınmasında böyük rolu olub.
Gənc qəhrəmanımız Müzəffər oktyabrın 9-da Füzuli döyüşləri zamanı şəhidlik zirvəsinə ucalıb və Beyləqan rayonunun Kəbirli kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Müzəffər Yusifli ölümündən sonra "Vətən uğrunda" "Cəbrayılın azad olunmasına görə" , "Xocavəndin azad olunmasına görə", "İgidliyə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Şəhidimizin doğum günü münasibəti ilə Rayon İcra Hakimiyyəti başçısı və aparatın məsul nümayəndələri şəhid Müzəffərin eləcə də, digər Kəbirli kənd şəhidlərinin məzarlarını ziyarət etmiş, məzarları önünə gül dəstələri düzmüş, ruhuna ehtiram əlaməti olaraq dualar edib və rəhmət diləmişlər.
İcra başçısı Asif Ağayev şəhidin atası ilə söhbət aparmış, Vətənimizin bütövlüyü uğrunda canından keçən belə bir igidi böyüdüb, boya-başa çatdırdıqları üçün onlara təşəkkür etmişdir.
Şəhid ailəsi dövlətin onlara göstərdiyi diqqət və qayğı üçün minnətdarlığını ifadə etmişdir.


Beyləqan Rayon İcra Hakimiyyəti olaraq şəhidlərimizin ruhları qarşısında baş əyir, onları hörmətlə yad edirik!

Keçidlər