Şriftin ölçüsü :

Saytın rəngi :

Ötən günlərdə Beyləqan rayonunun Qəhrəmanlı qəsəbə şəhidi Əliyev Pərvin Vüqar oğlunun adına ucaldılmış şəhid bulağının və adının verildiyi Qəhrəmanlı qəsəbə mərkəzi stadionunun açılış mərasimi baş tutub.

30 oktyabr 2021 | 16:00

Ötən günlərdə Beyləqan rayonunun Qəhrəmanlı qəsəbə şəhidi Əliyev Pərvin Vüqar oğlunun adına ucaldılmış şəhid bulağının və adının verildiyi Qəhrəmanlı qəsəbə mərkəzi stadionunun açılış mərasimi baş tutub.


Şəhid bulağının və mərkəzi stadionunun açılış mərasimində Beyləqan Rayon İcra Hakimiyyətinin birinci müavini Telman Məstənov, Milli Məclisin deputatı, AFFA-nın birinci vitse-prezidenti, Uşaq Gənclər Futbol federasiyasının vitse-prezidenti Rauf Əliyev, Milli Məclisin deputatı Şahin Əliyev, Gənclər və İdman idarəsinin kollektivi və idmançıları, şəhid ailələri, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak ediblər.
Tədbir başlamazdan əvvəl şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi və Dövlət Himni səsləndirildi.              
Qeyd edək ki, Əliyev Pərvin Vüqar oğlu 1997-ci il, oktyabrın 27-də Beyləqan rayonunun Qəhrəmanlı qəsəbəsində anadan olub. O, Qəhrəmanlı qəsəbə tam orta məktəbi bitirdikdən sonra Naxçıvanda hərbi xidmətə yollanıb. 2017-ci ildə müddətdən artıq hərbi xidmətçi kimi “N”sayll hərbi hissənin kəfşiyyatçı bölümündə xidmət göstərib.           
Qələbənin qazanılmasında rolu olan igid oğullarımızdan biri Pərvin “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalları  ilə təltif olunub.
Tədbirdə çıxış edənlər 44 günlük Vətən Müharibəsindən, Qüdrətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən və şəhid Pərvin Əliyevin qəhrəmanlığından və şücaətindən danışdılar.
Mərkəzi stadionun bu cür ərsəyə gəlməsində böyük zəhməti olan  Qəhrəmanlı qəsəbə tam orta məktəbin  Fiziki tərbiyə müəllimi Rizvan Ələkbərova təşəkkür edilib.
Şəhid Əliyev Pərvin Vüqar oğlunun anası Zəminə Abıyeva Vətən Müharibəsində Tarix yazan Qəhrəman Azərbaycan Ordusunun Ali Baş Komandanı İlham Əliyevə və Beyləqan Rayon İcra Hakimiyyətininin başçısı Asif Ağayevə şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə öz minnətdarlığını bildirib.

Keçidlər