Şriftin ölçüsü :

Saytın rəngi :

8 Noyabr-Zəfər Günü ərəfəsində Beyləqan Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun sərgilər davam edir.

05 noyabr 2021 | 16:00

8 Noyabr-Zəfər Günü ərəfəsində Beyləqan Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun sərgilər davam edir.


Ayrı-ayrı vaxtlarda Heydər Əliyev Mərkəzi  və Tarix-Diyarşünaslıq Muzeyi tərəfindən “Keçən günlər müqəddəs bir xatirədir” adlı şəhidlərimizin mülki həyatda olan fotolar, geyim, şəxsi əşyaları və albomlarıdan ibarət sərgilər təşkil edilib.


Müxtəlif vaxtlarda davamlı olaraq təşkil edilən sərgilərdə şəhid anaları, məktəblilər, gənclər və ictimaiyyət nümayəndələri iştirak etmiş, şəhidlərimizin mülki həyatda olan xatirələri ilə yaxından tanış olmuş, onlar haqqında daha dərin məlumatlar əldə etmişdir. Sərgi xüsusi ilə məktəblilər arasında böyük marağa səbəb olmuşdur.
Həmçinin, hər bir ziyarətçiyə şəhidlərimizin keçmiş xatirələrindən bəhs edən video çarxlar nümayiş olunur.


Bizə Şanlı Qələbəni bəxş edən şəhidlərimizlə bağlı sərgilər davam edir.

Keçidlər