Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanda Yeni Azərbaycan Partiyasının 29 illiyi qeyd edilib.

18 noyabr 2021 | 16:00

Beyləqanda Yeni Azərbaycan Partiyasının 29 illiyi qeyd edilib.


Beyləqan Rayon İcra Hakimiyyəti və YAP Beyləqan rayon təşkilatının birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 29-cu ildönümü ilə əlaqədar tədbir keçirildi.
Tədbir Beyləqan Rayon Heydər Əliyev Mərkəzində baş tutub.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edildi, abidə önünə tər gül-çiçək dəstələri düzüldü.
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı cənab Asif Ağayevin də iştirakı ilə baş tutan tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin, dünyasını dəyişmiş partiya üzvlərinin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş həmvətənlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edildi.
YAP Beyləqan rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Rəfail Pəsiyev çıxış edərək Yeni Azərbaycan Partiyasının yaranmasından bu günə kimi keçdiyi şərəfli mübarizə yolundan ətraflı məlumat verdi.
Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 29-cu ildönümü münasibətilə Beyləqan rayon Ağsaqqallar Şurasının sədri Etibar İmanov, Şahsevən kənd 1 saylı tam orta məktəbin direktoru Elnurə Kazımova və YAP Beyləqan rayon təşkilatının Gənclər Birliyinin üzvü Cəlal Qənbərli geniş nitqlə çıxış etdilər.
Tədbirin sonunda Rayon İcra Hakimiyyətinin başçısı Cənab Asif Ağayev Yeni Azərbaycan Partiyasının sıralarına üzv qəbul olmuş bir qrup gəncə Partiya vəsiqələri təqdim etdi.

Keçidlər