Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Abbaslı Munisin doğum günü onun məzarı başında anıldı.

18 mart 2022 | 16:00

Şəhid Abbaslı Munisin doğum günü münasibəti ilə Beyləqan Rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humantar məsələlər şöbəsinin müdiri Yeganə Məmmədova, aparatın şöbə müdiri Heybət Əliyev, şəhidin ailə üzvləri və yaxınları, Qarabağ qaziləri, ictimaiyyət nümayəndələri onun məzarını ziyarət edərək önünə qərənfillər düzmüş, ruhuna dualar oxuyaraq əziz xatirəsinə ehtiramlarını bildirmişlər. Qeyd edək ki, 30 illik işğal altında olan torpaqlarımızı  Vətən müharibəsində son damla qanına qədər dəyüşərək azad edib,  şəhidlik zirvəsinə yüksələn qəhrəmanlarımızdan biri də cəsur ürəkli və gülər üzlü Munis idi. Munis Həbibulla oğlu Abbaslı 2000-ci il martın 18-də Beyləqan şəhərində doğulub. 2006-2017-ci illərdə şəhər 2 nömrəli orta məktəbdə təhsil alıb. İdmanı (sərbəst güləşlə məşğul olub) həyat tərzində inkişaf etdirən Munis  2010-cu ildə bir sıra yarışlara qatılaraq birincilik qazanıb.Munisin məqsədi müddətdən artıq hərbi xidmətdə olmaq idi. O, fikirləşmədən sənədlərini Hərbi qulluqçuların hazırlığı kursuna verir və müraciətinə əsasən kurs keçən Munis Beyləqan rayonunda yerləşən “N” saylı motoatıcı hərbi hissəsində xidmətə başladı. Eyni zamanda təhsilini də davam etdirmək İstəyən Munis sənədlərini Ağdam Dövlət Sosial İqtisad Kollecinə vermişdi. Qəbul olunduğu haqda xəbəri eşidəndə o, artıq cəbhədə idi. Munisin döyüş yolu xidmət etdiyi hərbi hissənin tərkibində Füzulinin Alxanlı kəndindən başladı. Cəmi 18 gün davam edən bu yol Füzuli, Cəbrayıl, Xocavənd istiqamətində gedən  döyüşlərdən keçdi. İşğalda olan torpaqlarımızın azadlığı uğrunda canlarından keçən oğullarımız kimi, Munis də cəbhədə aslan kimi döyüşüb, rəşadət göstərib, yaralı əsgərlərimizi döyüş meydanından çıxarıb. Düşmənə bir saniyə belə aman verməyən gənc qəhrəmanımız  Abbaslı Munis oktyabrın 14-də elə Füzuli döyüşləri zamanı şəhid olub.Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Munis Abbaslı ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "İgidliyə görə" medalları ilə təltif edilib.

 

 

 

 

 

 

 

 

Keçidlər