Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanda 31 Mart Soyqırımı qurbanlarının xatirəsi anılıb.

31 mart 2022 | 16:00

Ermənilərin xalqımıza qarşı törətdiyi 31 Mart soyqırımı faciəsinin araşdırılması və həqiqətlərin dünyaya yayılması Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə başlanılmış, 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyevin imzaladığı və böyük tarixi əhəmiyyət daşıyan “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla 1918-ci il martın 31-i “Azərbaycanlıların soyqırımı günü” elan edilmişdir. 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Beyləqan Rayon İcra Hakimiyyəti başçısı və aparatı, hüquq-mühafizə orqanları, rayonun idarə və müəssisə rəhbərləri və kollektivi, ziyalılar, şəhid ailələri, qazilər və veteranlar, ictimaiyyət nümayəndələri "Soyqırım Abidəsi"ni ziyarət etmiş, abidə önünə tər qərənfillər düzərək Soyqırımı qurbanlarının xatirəsini dərin hüznlə yad etmişdir.

Keçidlər