Rayonumuzda əhalinin koronavirusa (COVİD-19) qarşı vaksinasiya olunması tədbiri davam etdirilir. 21 yanvar 2021-ci il tarixdən başlayan kampaniyada artıq 2000 nəfərə yaxın rayon sakininın peyvənd olunması həyata keçirilib.
2020-ci ildə Beyləqan rayonunda 8743,7 hektar sahədə pambıq əkilib, 31049,4 ton məhsul istehsal edilib, orta məhsuldarlıq 35,51 sentner olub. Beyləqanlı fermerlər 2021-ci təsərrüfat ilinə daha əzmlə başlayıblar. İndiyədək 7414,52 hektar sahədə qış şumu aparılıb
Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün vaksinasiya strategiyası”na müvafiq olaraq, ölkəmizin bütün bölgələrində olduğu kimi, Beyləqan rayonunda da vaksinasiya prosesi davam etdirilir.Rayonda ümumilikdə bu günədək COVID-19 infeksiyasına qarşı 1650 nəfər peyvənd olunub.
II Qarabağ müharibəsinin iştirakçısı, ehtiyyatda olan hərbi qulluqçu mayor Əliyev Heybət Hümbətalı oğlu RİH başçısının müvafiq sərəncamı ilə Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə ölkəmizdə həyata keçirilən vaksinasiya tədbirləri çərçivəsində bütün bölgələrdə olduğu kimi, Beyləqan rayonunda da əhalinin COVID-19 infeksiyasına qarşı peyvənd olunması prosesi uğurla davam edir. Beyləqan rayonunun Gödəklər kəndindən olan 1920-ci il təvəllüdlü Cəfərova Gülöyşə Əzizalı qızına tibb işçiləri tərəfindən peyvənd vurulub
15 fevral 2021-ci il tarixdə Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının onlayn şura yığıncağı keçirildi. Yığıncaqda Yeni Azərbaycan Partiyasının Mil-Muğan zonası üzrə kuratoru Həsən Daşdəmirov, Milli Məclisin deputatı Şahin İsmayılov, Beyləqan rayon İcra hakimiyyəti başçısının müavini Yeganə Məmmədova, rayon təşkilatının Şura üzvləri və ərazi ilk partiya təşkilatlarının sədrləri iştirak ediblər.
Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev rayon ictimaiyyətinin nümayəndələri ilə birlikdə Kəbirli, Təzəkənd, Dünyamallar, Milabad, Yeni Mil və Beyləqan şəhər şəhidlərinin məzarlarını ziyarət edib.
20 Yanvar faciəsinin 31-ci il dönümü ilə əlaqədar Beyləqan rayonunda Şəhidlər xiyabanında anım mərasimi keçirilmişdir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 13 fevral 2019-cu il tarixli müvafiq Sərəncamına əsasən Beyləqan rayonu Dünyamalılar kənd 1 nömrəli tam orta məktəb üçün tikilmiş yeni tədris binası istifadəyə verilib.Məktəb binasının açılış mərasimində Təhsil nazirinin müavini İdris İsayev və Beyləqan Rayon İcra hakimiyyətinin başçısı Asif Ağayev iştirak edib.
02 sentyabr 2020-ci il tarixdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev vətəndaşların növbəti onlayn qəbulunu keçirib. Virtual qəbul zamanı Təzəkənd kənd sakini Məmmədov Əyyub Şura oğlu, Əhmədli kənd sakini Babayev Pərviz Həsən oğlu işlə təmin olunması,şəhər sakini Muxtarov Yunis Tofiq oğlu, Qəhrəmanlı qəsəbə sakini Bayramov Rafiq Məmməd oğlu maddi köməklik göstərilməsi, Dünyamalılar kənd sakini İbadov Vəli Yaşar oğlu,İmamverdililər kənd sakini Əliyev Xasay Əliabbas oğlu torpaqla təmin olunma məsələsi, İmanova Aidə Rəşxan qızı oğluna əlillik dərəcəsi alması və s. ilə bağlı müraciətləri dinlənilib. Rayon icra hakimiyyətinin başçısı Asif Ağayev vətəndaş müraciətlərinin həlli istiqamətində aidiyyatı qurumlara tapşırıqlar verərək videobağlantı zamanı səslənən müraciət və təkliflərin heç birinin diqqətdən kənarda qalmayacağını, onların ətraflı öyrənilib, həll olunmasından üçün müvafiq tədbirlər görüləcəyini diqqətə çatdırıb.
Pambıq, daha çox əl əməyi tələb edən qiymətli bir bitkidir. Kənd təsərrüfatı zəhmətkeşlərinin gərgin əməyi hesabına əmələ gələn bu qiymətli sərvətin qorunması tarlalarda, pambıqqurutma meydançalarında, tədarük məntəqələrində, pambıq emalı zavodlarında yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasından çox aslıdır.
19 avqust 2020-ci il tarixində Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev vətəndaşların növbəti onlayn qəbulunu keçirdi. Qəbul zamanı şəhər sakini Əsədova Nuranə Oqtay qızının mənzilinin təmir olunması barədə, Dünyamalılar kənd sakini Əsgərova Tərgül Həmdulla qızının və Qəhrəmanlı qəsəbə sakini Ələsgərov Əli Ələsgər oğlunun işlə bağlı ,Aşıqalılar kənd sakini Qurbanov İsrail Xurşud oğlunun əkin torpağı barədə , Şəfəq qəsəbə sakinləri Əliyeva Elnarə Adil qızının və Cabbarova Gündüz Dərgah qızının maddi köməkliklə bağlı , Birinci Şahsevən sakini Əliyarova Xoşniyət Adıgözəl qızının işlə təmin olunması ilə bağlı müraciətləri dinlənilib.
Beyləqan rayonu ərazisində COVİD-19 pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə aidiyyəti strukturların əməkdaşlarından ibarət mobil işçi qruplar tərəfindən müvafiq dislokasiya bölgüsü əsasında reydlər davam etdirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə koronavirusa qarşı mübarizə tədbirləri davam etdirilir. Dövlət başçısının və Birinci-vitse prezident Mehriban xanım Əliyevanın çağırışlarına əsasən, karantin rejimi ilə əlaqədar olaraq yaşı 65-i keçmiş insanlara, tənhalara, ahıl vətəndaşlara, eləcə də aztəminatlı ailələrə davamlı olaraq yardımlar paylanılır.
22 iyul 2020-ci il tarixində Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev vətəndaşların növbəti onlayn qəbulunu keçirdi.
Beyləqan rayonu ərazisində COVİD-19 pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə aidiyyəti strukturların əməkdaşlarından ibarət mobil işçi qruplar tərəfindən müvafiq dislokasiya bölgüsü əsasında reydlər davam etdirilir. Beyləqan Rayon İcra Hakimiyyətinin, Rayon Polis İdarəsinin, Sahə İnzibati Ərazi Nümayəndəliklərinin, bələdiyyənin, digər idarə və təşkilatların əməkdaşları, fəal gənclər və könüllülərdən ibarət qrupların keçirdiyi Bu reydlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən Operativ Qərargahın geniştərkibli respublika videomüşavirəsində verilən tapşırıqlara uyğun şəkildə reallaşdırılıb. Reydlər zamanı sakinlərlə maarifləndirici söhbətlər aparılır, tibbi maskalar paylanılır, xüsusi karantin rejimi qaydalarını pozanlar barəsində isə qanunamüvafiq qaydada tədbir görülür.
Dövlət qulluqçularının peşə bayramı Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis edilib. Dövlət xidmətinin demokratik, hüquqi və dünyəvi dövlətin yaradılmasındakı rolu və BMT Baş Məclisi tərəfindən iyunun 23-nün Birləşmiş Millətlər Təşkilatının Dövlət Qulluğu Günü elan edilməsi nəzərə alınaraq bu tarixin Azərbaycanda dövlət qulluqçularının peşə bayramı günü elan edilməsi qərara alınıb.
Beyləqanda gündəlik olaraq zəruri tibbi profilaktik və dezinfeksiya tədbirləri görülür. Belə ki, respublikamızda elan edilən xüsusi karantin rejimi dövrü bitənədək ölkəmizin şəhər və rayonlarında yaşayış məntəqələrinin ərazilərində koronavirus (COVID-19) infeksiyasına qarşı təmizlik və dezinfeksiya işlərinin aparılmasına dair tələblər Beyləqan rayonunda da yerinə yetirilir.
17 iyun 2020-ci il tarixdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev vətəndaşlarla növbəti onlayn qəbulunu keçirib.
Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir.
Əziz beyləqanlılar və dəyərli səhifə izləyicilərimiz, Azərbaycan dövləti koronavirus (COVID-19) infeksiyası ilə mübarizə sahəsində bütün zəruri tədbirləri həyata keçirir. Məhz bunun nəticəsində ölkəmizdə pandemiya ilə əlaqədar məsələləri ciddi nəzarətdə saxlamaq, virusun geniş yayılmasının qarşısını almaq və insanların həyatını maksimum şəkildə qorumaq mümkün olub.
Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar elan olunmuş xüsusi karantin rejimi dövründə dövlət tərəfindən görülən tədbirlərə dəstək olaraq Heydər Əliyev Fondu və “Regional İnkişaf” İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “Biz birlikdə güclüyük” şüarı ilə həyata keçirdiyi layihə çərçivəsində başlanılmış sosial aksiya Beyləqan rayonunda da davam edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması, aztəminatlı ailələrin rifahının yüksəldilməsi məqsədi daşıyan sərəncam və tapşırıqlarının uğurla həyata keçirlməsi, eləcə də COVİD-19 pandemiyasının yaratdığı müvəqqəti çətinliklərin aradan qaldırılması, vətəndaşları narahat edən məsələlərin dinlənilməsi üçün onlayn qəbullar böyük əhəmiyyət kəsb edir.
Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Beyləqanda ictimai məkanlarda, park və xiyabanlarda dezinfeksiya işləri aparılır. Bununla yanaşı küçə və prospektlərdə, habelə çoxmənzilli binalarda həyata keçirilən dezinfeksiya işləri davam etdirilir. Bu işlər müvafiq qurumlar tərəfindən istirahət məkanları, əhali tərəfindən ümumişlək olan ərazilərdə gündəlik olaraq həyata keçirilir.Dezinfeksiya işləri şəhərdəki bütün çoxmənzilli binaları əhatə edir. İşlər mütəmadi olaraq davam etdiriləcək.
Böyük Vətən müharibəsində Azərbaycandan 700 min nəfərə yaxın şəxs iştirak edib. Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılan 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib. Müharibə illərində Leninqrad, Moskva, Sevastopol, Odessa, Stalinqrad, Kiyev və digər şəhərlər uğrunda gedən şiddətli döyüşlərdə, partizan əməliyyatlarında, Berlin uğurundakı döyüşlərdə göstərdikləri igidliyə görə minlərlə soydaşımız orden və medallarla təltif olunub, 130-dan çox azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.