Beyləqan rayonu İcra Hakimiyyətinin başçısı Abdullayev Vaqif İdris oğlu 1956-cı il tarixdə Ermənistan SSR-in Basarkeçər rayonunun Aşağı Şorca kəndində anadan olmuşdur. 1996-cı ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu fərqlənmə diplomu ilə bitirmiş, 1998-ci ildə siyasi elmlər üzrə namizədlik dissertasiyası, 2004-cü ildə siyasi elmlər üzrə doktorluq dissertasiyasını müdafiə edərək alimlik dərəcəsi almışdır. 2007-ci ildə Azərbaycan Respubliksı Ali Attestasiya Komissiyasının qərarı ilə professor adı verilmişdir. Yeni Azərbaycan Partiyası siyasi şurasının üzvüdür.
1992-1994-cü illərdə Azərbaycan Respublikası Prezidenti İcra aparatının nəşri olan “Yurd” jurnalında şöbə müdiri, 1994-2000-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İşlər idarəsində məsləhətçi vəzifəsində işləmişdir.II çağırış Milli Məclisin deputatı olmuşdur. 02.04.2007-ci il tarixdən Xızı rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib ,10.04.2012-ci il tarixdən Beyləqan rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Ölkə Prezidenti cənab İlham Əliyev Vaqif İdris oğlu Abdullayevi 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif etmişdir. Əsərləri rus, ingilis, latış, gürcü, ukrain dillərinə tərcümə olunmuşdur.
Elmi tədqiqatları:
Əsərləri: