Şriftin ölçüsü :

Saytın rəngi :

Protokol Tərtib Etmək Səlahiyyəti Olan Vəzifəli Şəxslər

                                                                  Azərbaycan Respublikası
                                                   Beyləqan rayonu İcra hakimiyyəti başçısının

                                                                                 Ə M R İ

     №-113                                                                                                                             06 iyun 2017-ci il


“Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə Beyləqan rayon İcra hakimiyyəti adından protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”  barədə

“Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 03.05.2017-ci il tarixli 1361 nömrəli Fərmanının 4-cü bəndinin icrasını təmin etmək məqsədilə 

                                                                        ƏMR EDİRƏM:


1. “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə Beyləqan rayon İcra hakimiyyəti adından protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”  təsdiq edilsin.(əlavə olunur)

2. Rayon İcra hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri A.Mirzəyevaya tapşırılsın ki, rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə Beyləqan rayon İcra hakimiyyəti adından protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısını Beyləqan rayon İcra hakimiyyətinin rəsmi internet səhifəsində yerləşdirilməsini təmin etsin.


       Beyləqan rayonu İcra
       hakimiyyətinin başçısı:                                                                  Vaqif Abdullayev

 

 

 


                                                                        Beyləqan rayon İcra hakimiyyəti başçısının

                                                                       06 iyun 2017-ci il tarixli, 113 nömrəli Əmri ilə

                                                                        təsdiq edilmişdir

                                  

Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə Beyləqan rayon İcra hakimiyyəti adından protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı 

Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol aşağıda göstərilən vəzifəli şəxslər tərəfindən  tərtib edilir:
 
1. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin  190-cı maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə - İcra hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri, başçının inzibati ərazi dairələri üzrə nümayəndələri; 

2. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 197.1 və 197.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə- Başçının müavini- Sosial-İqtisadi inkişafın təhlili və proqnozlaşdırılması  şöbəsinin, onun müavini;

3. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 251.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə - başçının müavini- Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması  şöbəsinin müdiri, onun müavini, İcra hakimiyyəti başçısı aparatının ərazi idarəetmə və yerli özünüidaretmə orqanları iş şöbəsinin müdiri, başçının inzibati ərazi dairələri üzrə nümayəndələri;

4.  Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 413, 451və 516.0.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər  üzrə - Başçının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, onun müavini (dini qurumlar üzrə təşkilatçı);

5.  Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 527, 530 və 532-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə - Başçının birinci müavini, Başçının müavini- Sosial-İqtisadi inkişafın təhlili və proqnozlaşdırılması  şöbəsinin müdiri, Başçının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri

Keçidlər