Şriftin ölçüsü :

Saytın rəngi :

27 sentyabr anım günü ərəfəsində şəhid məzarları ziyarət olunmağa davam edir.

20 sentyabr 2021 | 16:00

27 sentyabr anım günü ərəfəsində şəhid məzarları ziyarət olunmağa davam edir.

Növbəti dəfə 18 və 20 sentyabr tarixlərində Bahar, Dünyamalılar və Qəhrəmanlı şəhidlərinin məzarları ziyarət olunub. Beyləqan Rayon İcra Hakimiyyətinin, rayon Hüquq Mühafizə Orqanlarının və ictimaiyyət nümayəndələrinin iştirakı ilə baş tutan ziyarətdə şəhid məzarları önünə ehtiram əlaməti olaraq gül dəstələri düzülmüş, adlarına dualar oxunmuşdur. Rayon İcra Hakimiyyətinin başçısı  Asif Ağayev şəhid ailələri ilə görüşmüş, onları narahat edən problemlərlə maraqlanmış və müraciətlərini dinləmişdir.

Şəhid ailələri onlara göstərilən qayğı və diqqət üçün Ölkə rəhbərliyinə və Rayon İcra Hakimiyyətinə minnətdarlıqlarını bildirmişlər.

Keçidlər