Protokol Tərtib Etmək
Azərbaycan Respublikası
Beyləqan rayonu İcra hakimiyyəti başçısının
Ə M R İ
№-113 06 iyun 2017-ci il
“Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə Beyləqan rayon İcra hakimiyyəti adından protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı” barədə
“Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 03.05.2017-ci il tarixli 1361 nömrəli Fərmanının 4-cü bəndinin icrasını təmin etmək məqsədilə
ƏMR EDİRƏM:
1. “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə Beyləqan rayon İcra hakimiyyəti adından protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı” təsdiq edilsin.(əlavə olunur)
2. Rayon İcra hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri A.Mirzəyevaya tapşırılsın ki, rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə Beyləqan rayon İcra hakimiyyəti adından protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısını Beyləqan rayon İcra hakimiyyətinin rəsmi internet səhifəsində yerləşdirilməsini təmin etsin.
Beyləqan rayonu İcra
hakimiyyətinin başçısı: Vaqif Abdullayev
Beyləqan rayon İcra hakimiyyəti başçısının
06 iyun 2017-ci il tarixli, 113 nömrəli Əmri ilə
təsdiq edilmişdir
Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə Beyləqan rayon İcra hakimiyyəti adından protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı
Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol aşağıda göstərilən vəzifəli şəxslər tərəfindən tərtib edilir:
1. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 190-cı maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə - İcra hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri, başçının inzibati ərazi dairələri üzrə nümayəndələri;
2. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 197.1 və 197.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə- Başçının müavini- Sosial-İqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin, onun müavini;
3. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 251.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə - başçının müavini- Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri, onun müavini, İcra hakimiyyəti başçısı aparatının ərazi idarəetmə və yerli özünüidaretmə orqanları iş şöbəsinin müdiri, başçının inzibati ərazi dairələri üzrə nümayəndələri;
4. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 413, 451və 516.0.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə - Başçının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, onun müavini (dini qurumlar üzrə təşkilatçı);
5. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 527, 530 və 532-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə - Başçının birinci müavini, Başçının müavini- Sosial-İqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri, Başçının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri