Vətən Müharibəsi Şəhidləri
1 |
Şəhidlik elə bir zirvədir ki, bu mərtəbəyə yalnız müqəddəs amalları uğrunda çarpışan, qorxu nədir bilməyən cəsarətli, ləyaqətli insanlar yüksələ bilərlər. Vətənimizin hər qarış torpağı üçün canından keçən qeyrətli oğullarımızdan biri Cəfərli Röyal İkrəm oğludur. O, 1998-ci il 1 yanvarda Beyləqan rayonunda anadan olub. 2004-cü ildə Beyləqan rayonu M.Mehdizadə adına 3 nömrəli məktəbində 1-ci sinfə gedib. 2015-ci ildə həmin məktəbi bitirib.
2016-cı ilin yanvarında Tərtər rayonu N saylı hərbi hissədə xidmət edib. Vətənə xidməti özünə borc sayan Röyal hərbçi kimi öz yolunu seçdi. O, 2019-cu il mayında MAXE kimi Beyləqan rayonu N saylı hərbi hissədə işləməyə başlayıb. 2019-cu il 20 noyabrda MAHHXHQ əsgər Cəfərli Röyal İkrəm oğlu “Döyüş atışlı təlimdə göstərdiyi yüksək nailiyyətə, qarşıya qoyulan tapşırıqlarının yerinə yetirilməsində və nizam-intizamda fərqləndiyinə görə” N saylı hərbi hissənin komandiri polkovnik Nemət Məmmədov tərəfindən fəxri fərmanla təltif edilib. Röyal yüksək əxlaqi keyfiyyətlərə malik olan, qəlbində Vətənə, millətə sevgi olan bir insan idi. Qəlbi Vətən eşqi ilə döyünən, ürəyində intiqam hissi bəsləyən, düşmənə layiqli cavab verməyə can atan qəhrəmanımız 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzuli rayonu istiqamətində gedən döyüşlərdə döyüşüb. Döyüşün ilk günündə şəhid olub. Beyləqan rayonu Şəhidlər xiyabanında dəfn edilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Röyal Cəfərli ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "İgidliyə görə" və "Şuşanın azad olunmasına görə" medalarlı ilə təltif edilib. |
|
2 |
Vasif Quliyev 1988-ci il fevralın 19-da Beyləqan şəhərində anadan olub. Ailəli idi. 2 övladı yadigar qaldı.
Vasif Quliyev 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində savaşıb. Azərbaycan Ordusunun çavuşu olan Vasif Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vasif Quliyev sentyabrın 28-də Füzuli döyüşləri zamanı şəhid olub.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 15 dekabr tarixli Sərəncamına əsasən Vasif Quliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 25 dekabr tarixli Sərəncamına əsasən Vasif Quliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib. |
|
3 |
Mövlud Qurbanzadə 1996-cı il avqustun 2-də Beyləqan rayonunun Aşağı Çəmənli kəndində anadan olub. Ailəli və bir övlad atası idi. Azərbaycan Ordusunun əsgəri olan Mövlud Qurbanzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mövlud Qurbanzadə sentyabrın 27-də Füzuli döyüşləri zamanı şəhid olub. Beyləqan rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mövlud Qurbanzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. |
|
4 |
Vətənin bölünməzliyi və müstəqilliyi uğrunda canından keçən qəhrəman Vətən övladlarından biri də Hüseynli Şahin Vaqif oğludur. Əslən Cəbrayıl rayonundan olan Şahin Hüseynli 04.05.1995-ci ildə Beyləqan rayonunda anadan olmuşdur.
2013-cü ildə Beyləqan rayonunda 4 saylı tam orta məktəbin məzunu olmuş və elə həmin ildə də Gəncə şəhərində həqiqi hərbi xidmətə çağırılmışdır. 2015-ci ilin aprel ayına qədər ordu sıralarında hərbi xidmət etdikdən sonra həqiqi hərbi xidmətdən tərxis edilmişdir. Şahinin gözəl şeir yazmaq və rəsm çəkmək bacarığı var idi. O şeirlərini “Şahin Zirvə” təxəllüsü ilə yazırdı. Bu bacarıqları ilə yanaşı o həm də qorxmaz, vətənə torpağa bağlı bir insan idi.Onun vətənə olan sevgisi 27 sentyabr 2020-ci il tarixdə Vətən müharibəsində könüllü olaraq iştirak etməyə sövq edir. Şahin döyüşlərə Milli Qəhrəman Şükür Həmidovun rəhbərliyi ilə tankçı kimi qatılır və düşmənin xeyli sayda texnikasını, canlı qüvvəsini məhv edərək 27 sentyabrda Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalır. Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərdiyinə görə “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Şahin Hüseynli doğulub boya başa çatdığı Beyləqan rayonunun şəhidlər məzarlığında dəfn edilmişdir. |
|
5 |
Şəhid Emin Vətən oğlu Məmmədov 1992-ci ilin avqustun 15-də Beyləqan rayonunun Qəhramanli kəndində anadan olub. 1998-2009-cu illərdə şəhid Tağı Məmmədov adına tam orta məktəbi bitirdikdən sonra hərbi xidmətə çağırılmış və hərbi xidməti başa vurduqdan sonra elə hərbi xidmətdə işləməyə qərar vermişdir. Uşaqlıqdan, yeniyetməliyindən canına, qanına hopmuşdu vətənpərvərlik, vətən sevgisi. Çevikliyi, iti gözü ilə hərbi xidmətdə xüsusi təyinatlı dəstəyə verilir. Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin giziri olan Emin Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Emin Məmmədov oktyabrın 27-də elə Füzuli döyüşləri zamanı şəhid olub. Beyləqan rayonunda dəfn olunub.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham müvafiq Sərəncamlarına əsasən Emin Məmmədov ölümündən sonra "Vətən uğrunda", Füzulinin azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları və nəhayət 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. |
|
6 |
Pərvin Əliyev 1997-ci il oktyabrın 15-də Beyləqan rayonunun Qəhrəmanlı kəndində dünyaya göz açıb. Hələ uşaq yaşlarından sayılıb-seçilən Pərvin vətənpərvərliyi ilə həmyaşıdlarından fərqlənib. Böyüyüb boya-başa çatdıqdan sonra həqiqi hərbi xidmətə yollanıb, kəşfiyyatçı kimi Vətənin keşiyində dayanıb. Sonra müddətdən artıq xidmətçi kimi kəşfiyyatçı fəaliyyətini davam etdirib. Vətən müharibəsinin başlanmasına ən çox sevinənlərdən biri də Pərvin Əliyev idi. Otuz ilə yaxındır düşmən tapdağı altında qalan torpaqlarımızı azad etmək arzusu ilə yaşayan Pərvin hələ uşaqlıqdan kəşfiyyatçı olmaq istəyirdi. İstəyinə də nail oldu, təcrübəli, peşəkar kəşfiyyatçı kimi yetişdi. Vətən müharibəsində də qəhrəmanlığı, şücaəti ilə seçildi, ermənilərə qan uddurdu. Ömrünün 23-cü baharını yaşayan igidimiz döyüşlərin birində canından da çox sevdiyi Vətən uğrunda şəhidlik zirvəsinə ucaldı. Pərvin Əliyev Sentyabrın 28-də doğulub boya-başa çatdığı Qəhrəmanlı kəndində torpağa tapşırılıb. Göstərdiyi şücaətə görə Azərbaycan Prezidenti İlham Ə liyevin Sərəncamına əsasən, Əliyev Pərvin Vüqar oğlu ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib. |
|
7 |
Babək Vaqif oğlu Abışov 1994-cü il aprelin 25-də Beyləqan rayonunun Yeni Mil qəsəbəsində anadan olub. 2002-ci ildə Yeni Mil kənd R.Quliyev adına tam orta məktəbin 1-ci sinfinə gedib. 2009-2012-ci illərdə təhsilini Vilayət Cəfərov adına Milabad qəsəbə tam orta məktəbində davam etdirib. Babək hərbi xidmətini Daxili Qoşunların N saylı hərbi hissəsində çəkib. 2014-cü il yanvar ayında hərbi xidmətin gizirlik kursunu keçib. Aprel döyüşlərində iştirak edib. Vətənə xidmət göstərdiyi müddətdə Fəxri Fərman və medalla təltif olunub. Şəhidimiz ailəli idi, Vaqif və Nuray adlı 2 övladı bizlərə yadigar qalıb. Gizir Babək Abışov 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəmizdə Cəbrayıl və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Düşmənin keçilməz üç səngərini yarıb, çox sayda canlı qüvvəsini məhv edib. Postda olarkən erməni təxribatı nəticəsində güllələr altında qalan yaralı yoldaşlarını komandiri ilə birgə çiyinlərinə alaraq mühasirədən çıxarıb. Babək Abışov 27 sentyabrda snayperlə vurularaq şəhid olub. Beyləqan rayonu, Yeni Mil qəbristanlığında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Babək Abışov ölümündən sonra "Vətən uğrunda" və "Cəsur döyüşçü" və "Füzulinin azad olunmasına görə" medalları medalı ilə təltif edilib. |
|
8 |
Qərib Nəsib oğlu Balacayev 1997-ci ilin dekabr ayının 25-də anadan olub. Ağdam rayonun Mərzili kəndindən məcburi köçkün olaraq, Beyləqan rayonunun Təzəkənd kəndində məskunlaşıb. 2005-ci ildə həmin kənddə Milli Qəhrəman Əliheydər Məmmədov adına tam orta məktəbin 1-ci sinifinə qəbul olunub. |
|
9 |
Əliyev Mahir Əjdər oğlu 1984-cı il aprelin 13-də Beyləqan rayonu Kəbirli kəndində anadan olub.
|
|
10 |
Kazımov Rantiq Füzuli oğlu 1987-ci ilin yanvarın 8-də Beyleqan Rayonun Mayak qəsəbəsində doğulub. Uşaqlıqdan həmişə vətən sevgisi ilə böyüyən Rantiq peşəsini də hərbçi olaraq seçdi. Vətən müharibəsi başlayan zaman döyüşlərə qatılaraq Füzuli, Xocavənd uğrunda gədən döyuşlərdə qəhrəmancasına savaşıb. Çox gənc kimi Kazımov Rantiq də nişanlanıb evlilik planları qursa da, vətən sevgisi bütün istəklərini təxirə salıb. Bütün şəhid ailələri kimi, bu ailənin də təsəllisi, torpaqlarımızın işğaldan azad edilməsidir. Kazımovlar da fəxarət hissi keçirir ki, Vətən müharibəsində vuruşub torpaq alanlarda biri də onların sevimlisi, Rantiq Kazımovdur.Xatırladaq ki, Rantiq Kazlmov ölümündən sonra Prezident İlham Əliyevin Sərəncamı ilə "Vətən Uğrunda" və “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunub. |
|
11 |
Quliyev Elnur Sərdar oğlu 1989-ci il dekabrın 3-də Beyləqan rayon Kəbirli kəndində anadan olub. Evli idi, Elnay və Gülnar adlı övladları ondan yadigar qaldı. Azərbaycan Ordusunun MAHHXHQ əsgəri olan Elnur Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Elnur Quliyev sentyabrın 27-də Füzuli və Cəbrayıl istiqamətində gedən döyüş zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Elnur Quliyev ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "İgidliyə görə" medalları ilə təltif edilib. |
|
12 |
Vətən müharibəsi qəhrəmanlarından Zahir Arif oğlu Vəlişov 1983-cü il fevralın 17-də Beyləqan rayonunun Kəbirli kəndində anadan olub. Ailəli idi. Xatirə adında qızı və Arif adında oğlu yadigar qalıb
Azərbaycan Ordusunun çavuşu olan Zahir Vəlişov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Zahir Vəlişov sentyabrın 29-da Füzuli döyüşləri zamanı şəhid olub. Beyləqan rayonunun Kəbirli kəndində dəfn olunub. |
|
13 |
Qurbanov Ramil Sudeyif oğlu 1987-ci il 6 yanvar tarixində Beyləqan rayonunun Dünyamalılar kəndində anadan olub. O və əkiz qardaşı Amil Qurbanov eyni həyat yolunu gediblər. Onlar eyni məktəbdə, eyni sinifdə təhsil alaraq, boya-başa çatıb, hətta hərbi xidmətə də birlikdə yollanıblar. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Ramil Qurbanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Ramil Qurbanov sentyabrın 27-də Füzuli rayonu döyüşləri zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Ramil Qurbanov ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Cəsur döyüşçü", "Döyüşdə fərqlənməyə görə" medalları ilə təltif edildi. |
|
14 |
Vətən müharibəsində tarixi qəhrəmanlıqlara imza atan igid oğullarımızdan biri də Ruslan Elçin oğlu Yunislidir. O, 1996-ci ildə Beyləqan rayonunun Təzəkənd kəndində dünyaya göz açıb. Orta təhsilini başa vurduqdan sonra 2020-ci il sentyabrın 8-də həqiqi hərbi xidmətə çağırılıb. Xidmət dövründə atıcı qumbaraatan köməkçisi olub. Ruslan Vətən müharibəsinin ilk günlərindən döyüşlərdə iştirak edib və oktyabrın 25-də Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Ruslan Yunisli ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" , "Cəsur döyüşçü" və “Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib. |
|
15 |
Şəhid Abbasov Elşən Qurban oğlu 1992-ci il dekabrın 30-da Beyləqan rayonunun Birinci Şahsevən kəndində sadə, zəhmətkeş kəndli ailəsində dünyaya gəlib. Vətən müharibəsi başlayan ilk gündən döyüşlərə qatılan Elşənin tuşlayıcı-operatoru olduğu "BTR-82" zirehli döyüş maşını 28 sentyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində Qorqan kəndi uğrunda gedən döyüşlərdə faqotla vurulmuş və qəhrəmanımız şəhidlik zirvəsinə ucalmışdır. O, sentyabrın 29-da doğulduğu Birinci Şahsevən kəndində torpağa tapşırılmışdır. Şəhidimiz ailəli idi, Narınc və Asiya adlı iki qız övladı var. Elşən Abbasov döyüşlərdə göstərdiyi igidlik və şücaətə görə ölümündən sonra dövlət başçısı tərəfindən "Vətən uğrunda" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib. |
|
16 |
Ölümün gözünə dik baxan şəhid Dadaşzadə Kənan Elman oğlu 01.06.2001-ci ildə Beyləqan rayonu Örənqala qəsəbəsində anadan olub.
O, Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasında igidlik göstərərək Talış kənd və Suqovuşan yaşayış məntəqəsinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib və gənc yaşına rəğmən xüsusi qəhrəmanlığı ilə seçilib. |
|
17 |
Əliyev Sənan Əlisəfa oğlu 1989-cu ildə Beyləqan rayonunun Yeni Mil qəsəbəsində anadan olub. 2013-cü ildə Mingəçevir N saylı hərbi hissədə xidmət etməyə başlayıb. 27 sentyabrda başlayan Vətən Müharibəsinə yollanaraq Füzulidə gedən döyüşlərdə yaralanıb. O, yaralı halda bir neçə yaralı yoldaşını döyüş meydanından çıxarıb, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqlənmişdi. Lakin, qəhrəman şəhidimiz ağır qəlpə yarası almış və həkimlərin səyinə baxmayaraq 30 sentyabr 2020-ci ildə şəhid olub. 30 sentyabr 2020-ci il tarixində torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Sənan Əliyev ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib. |
|
18 |
Salmanov Aslan İsrafil oğlu 5 aprel 1988-ci ildə Beyləqan rayonu Tatallar kəndində dünyaya gəlib.
Azərbaycan Ordusunun əsgəri olan Aslan Salmanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyi və igidliyi ilə seçilən Qəhrəman şəhidimiz Cəbrayılın, Füzulinin, Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Aslan Salmanov 30 sentyabr 2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. |
|
19 |
Abdullayev Nurlan İnqilab oğlu 1992-ci il 26 yanvarda Beyləqan şəhərində anadan olub. 1999-cu ildə Beyləqan rayonu N.Allahverdiyev adına 1 nömrəli məktəbində 1-ci sinifə gedib. 2010-ci il də həmin məktəbi bitirib.
Nurlan 2010-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında Tərtər rayonu istiqamətində ön cəbhəyə müddətli həqiqi hərbi xidmətə çağrılıb. Hərbi xidməti bitirdikdən sonra, 2014-cü ildə könüllü olaraq Beyləqan rayonunda MAXE hərbi qulluqçu kimi ordu sıralarına qoşulub. 2016-cı il Aprel döyüşlərində Lələtəpə yüksəkliyi istiqamətində gedən döyüşlərdə iştirak edib. Lələtəpədən başlayan qəhrəmanlıq Vətən Müharibəsində də bitib tükənmədi. Abdullayev Nurlan 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli rayonu istiqamətindəki gedən döyüşlərdə iştirak edib. Döyüş təcrübəsi və zəkası ilə seçilən Nurlan döyüşlərdə həmişə irəlidə gedərdi digər qəhrəmanlarımız kimi. Həmin döyüşləri n birində- sentyabrın 30-u Füzuli və Cəbrayıl rayonu istiqamətində gedən döyüşlər zamanı şəhidlik zirvəsunə yüksəldi qəhrəmanımız. Beyləqan rayonu, Şəhidlər xiyabanında dəfn edilib.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Nurlan Abdullayev ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə" , "Cəbrayılın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edildi. |
|
20 |
Şahin Şamxal oğlu Fətalıyev 30 iyul 2020-ci ildə Beyləqan rayonu Bolsulu kəndində dünyaya gəlib.
Orta təhsilini aldıqdan sonra müddətli həqiqi hərbi xidmətə yollanan Fətaliyev hərbi xidmət müddəti bitdikdən sonra ordu sıralarında xidmətini davam etdirib. 2-ci Ordu Korpusunun müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olub. Azərbaycan Ordusunun əsgəri olan Şahin Fətalıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda başlanan Vətən müharibəsində iştirak edib. İşğalda olan torpaqlarımızın azadlığı uğrunda döyüşüb. Şahin Fətalıyev 30 sentyabr 2020-ci ildə Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub.Şahin Fətalıyev ailəli idi, Zəhra adlı körpə qızı əmanət qalıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Şahin Fətalıyev ölümündən sonra "Vətən uğrunda", “Füzulinin azad olunmasına görə" və "İgidliyə görə "medalları ilə təltif edilib. |
|
21 |
Vüsal Abbasov 12 avqust 1983-cü ildə Beyləqan rayonunun Təzəkənd kəndində anadan olmuşdur. Ailəli idi, vətənə əmanət 2 övladı yadigar qaldı. |
|
22 |
Mülki şəhid Rüstəmov Murad Tahir oğlu.
Ön cəbhədə savaşan əsgər qardaşlarına köməklik etmək üçün əlindən gələni edərdi Rüstəmov Tahir. Bəzən əsgərlərimizə ərzaq və su aparırmış, bəzən də yaralanan, şəhid olan əsgərlərimizin xəstəxanaya yerləşdirilməsinə köməklik göstəririmiş. |
|
23 |
Tağıyev Anar Zakir oğlu 1996-cı il oktyabrın 14-də Beyləqan rayonu Kəbirli kəndində anadan olub. Hərbçi olmağı, vətənə, xalqa xidmət etməyi özünə şərəf bilən Anar Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Anar 2020-ci il sentyabrın 27-dən başlayan, işğal altında olan ərazilərin azad edilməsi uğrunda Vətən Müharibəsində savaşmış və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə əsl qəhrəmanlıq nümunəsinə çevrilmişdi. Hətta döyüşlərdə yaralansa da, geri dönərək vətənə olan öz borcunu yetirmiş, mübarizəyə davam etmişdir. Bu da Azərbaycan əsgərinin vətən sevgisinin nə dərəcədə güclü olduğunun, onun mərd və dönməzliyinin növbəti sübutu idi. Ən ağır döyüşlərdə ön sıralarda savaşan Anarın son döyüş günü oktyabr ayının 1-i oldu. O, Füzuli döyüşləri zamanı şəhid oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "İgidliyə görə" medalları ilə təltif edilib. |
|
24 |
Torpaqlarımızın bütövlüyü uğrunda canından keçərək, tarixə şərəfli imzasını atan şəhid Dadaşzadə Yalçın İsmayıl oğlu 1993-cü il iyun ayının 10-da Beyləqan rayonunun Örənqala qəsəbəsində anadan olub. İgidliyi, qəhrəmanlığı, Vətən eşqi və Qarabağ arzusu ilə seçilən Yalçın düşmənə həmiş niifrət hissi bəsləyər, yalnız bir amal uğrunda xidmət göstərərdi-Vətən! Hələ Yalçının üçün uğrunda canını verməyə hazır olduğu Vətənini bütövləşdirmək üçün nəhayət həmin gün gəlmişdi. Ondan geriyə dürüstlüyü, yardımsevərliyi və bir də qəhrəmanlığı miras qalıb Azərbaycan Ordusunun giziri olan Yalçın Dadaşzadə 2020-ci il sentyabrın 27-dən başlayan, işğal altında olan ərazilərin azad edilməsi uğrunda Vətən müharibəsində savaşmış və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə əsl qəhrəmanlıq nümunəsinə çevrilmişdi. Şiddətli döyüşlər zamanı yoldaşları ilə birgə düşmənə aman verməmiş, həmiş irəli getmişdir. Yalçın Dadaşzadə sentyabrın 27-də elə Füzuli döyüşləri zamanı şəhid oldu və şərəfli əbədiyyətə qovuşdu. İndi ondan geriyə dürüstlüyü, yardımsevərliyi və bir də qəhrəmanlığı miras qalıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Yalçın Dadaşzadə şəxsi igidlik və əsl şücaət nümayiş etdiyinə görə ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib. |
|
25 |
Şəhid Cəfərov Şəmsi Mahir oğlu hələ yeniyetmə çağlarından Vətənə sonsuz sevgisi olan qəhrəman yaşadığı qısa ömür yolu və şəhadəti ilə gələcək nəsillərə əsl qəhrəmanlıq nümunəsi olub. O, 2001-ci il sentyabrın 27-də dünyaya göz açıb. 2008-ci ildə Bakı şəhəri Sabunçu rayon 213 saylı liseyin 1-ci sinfə daxil olub lakin sonradan təhsilini Füzuli rayon 6 saylı Qayıdış qəsəbəsində tam orta məktəbdə davam etdirib. Orta məktəb vaxtı da öz nümunəvi əxlaqı və vətənpərvərliyi ilə seçilib. 2019-cu ildə həmin məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə qürur hissi yollanıb. Xidmətinin 1-ci ilində - 19-cu yaş günündə Vətən müharibəsinin ən öndə gedən döyüşçüləri sırasında yer alan Şəmsi döyüş yoldaşları ilə bir sıra uğurlu tapşırıqlarda iştirak edərək öz şücaəti ilə seçilib. 2020-ci il sentyabrın 29-da Tərtər rayonu Şıxarx (Marquşovan) kəndi uğrunda gedən gərgin döyüşlər zamanı Şəmsi qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Şəmsi Cəfərov ölümündən sonra Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “ Vətən Uğrunda ” və “ Suqovuşanın azad olunmasına görə ” medalları ilə təltif olunub. |
|
26 |
Bəhruz Fazil oğlu İbrahimov 1983-cü il mayın 22-də Füzuli rayonunun Govşatlı kəndində anadan olub. Erməni vəhşiliyi nəticəsində on yaşında ailəsi ilə birlikdə doğma ata yurdundan məcburi köçkün düşüb. Ailəli idi və üç övladı vətənə yadigar qaldı. Bəhruz uşaq yaşlarından erməni vandalizmini görmüşdü, ona görə də hərbçi olmağa qərar verdi. Həqiqi hərbi xidməti bitirdikdən sonra ailə quran Bəhruz daha sonra müddətdən artıq hərbi xidmətçi kimi Vətənin keşiyində dayandı. O, 10 yaşında ayaqyalın çıxdığı Füzuliyə 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı qəhrəman hərbçi kimi tank üstündə qayıtdı. Doğma rayonunun azad edilməsində böyük şücaət göstərdi. Bəhruz İbrahimov sentyabrın 30-da elə Füzuli döyüşləri zamanı şəhid olub. Orduda uzun illər sədaqətlə xidmət etdiyinə görə Bəhruz İbrahimov sağlığında «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi» yubiley medalı, «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi» yubiley medalı, «Qüsursuz xidmətə görə» medalı (III dərəcə), «Azərbaycan Ordusunun 100 illiyi» yubiley medalı ilə təltif edilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Bəhruz İbrahimov ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", «Cəbrayılın azad olunmasına görə» medalları ilə təltif edilib. |
|
27 |
Dünyamin Ramin oğlu Tağızadə 2001-ci il yanvarın 21-də Beyləqan rayonunun Günəşli qəsəbəsində anadan olub.
Azərbaycan Ordusunun əsgəri olan gənc qəhrəmanımız Dünyamin Tağızadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Gənc olmasına rəğmən döyüşlərdə həmişə irəlidə gedib, Vətənimizin bütövlüyünü təmin etmək üçün əlindən gələni edib. Dünyamin Tağızadə sentyabrın 30-da Cəbrayıl döyüşləri zamanı şəhid olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib. |
|
28 |
44 günlük Vətən Müharibəsində xüsusi qəhrəmanlıq göstərən hərbçilərimizdən biri də şəhid Hilal İmanzadədir. İmanzadə Hilal Sabir oğlu 1995-ci il 23 dekabr Beyləqan rayonu Şahsevən kəndində anadan olub. Hilal İmanzadə 2013-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Sərhəd Qoşunlarının "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ildən isə Daxili Qoşunların müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olub. Şəhidimiz həmçinin Türkiyədə snayper kursunda yüksək nəaliyət qazanıb. İgidliyi ilə seçilən Hilal sentyabrın 27-dən İkinci Qarabağ müharibəsində döyüşlərə qoşulmuşdur. Cəbhənin Füzuli istiqəmətindən döyüşlərə başlamışdır. Onların qrupu ən önda gedənlərdən idi, Hilal isə snayper kimi üzərinə düşən işin öhdəsindən yüksək səviyyədə gəlirdi. Füzuli və Cəbrayıl rayonunun bir neçə kəndinin işğaldan azad edilməsində iştirak etmişdir. Hilal İmanzadə oktyabrın 1-də Füzuli döyüşləri zamanı şəhid olub. Beyləqan rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Hilal İmanzadə ölümündən sonra "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib. |
|
29 |
Azərbaycanın bütövlüyü, toxunulmazlığı və azadlığı uğrunda canından keçən şəhidlərimizin biri də Vəliyev Elnur Mirsiyab oğludur.
O, 30 avqust 1999-cu ildə Beyləqan rayonu Təzəkənd kəndində anadan olub. |
|
30 |
Elvin Tələt oğlu İsmayılov 1989-cu il martın 9-da Beyləqan rayonunun Əlinəzərli kəndində anadan olub. Ailəli idi.
İsmayılov Elvin 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli rayonu istiqamətində gedən döyüşlərdə döyüşüb. Bir çox yaralı yoldaşlarını ölümdən qurtarıb və ölümün gözünə düz baxaraq yalnızirəli gedib. Döyüşlərdən bir addım belə geri atmayan qəhrəmanımız Cəbrayılın Ruzgar kəndində şəhidlik zirvəsinə qovuşub. Beyləqan rayonu, Şəhidlər xiyabanında dəfn edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən İsmayılov Elvin ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib. |
|
31 |
Vəzirov Cəlal Bədirxan oğlu 5 dekabr 1993-cü ildə Beyləqan rayonu Qarallar kəndində anadan olub.
Azərbaycan Ordusunun əsgəri olan Cəlal Vəzirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Cəlal Vəzirov 3 oktyabr 2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən Cəlal Vəzirov ölümündən sonra "Vətən uğrunda" medalı və "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib. |
|
32 |
Azərbaycan Ordusunun 44 günə zəfərlə bitirdiyi Vətən müharibəsində qəhrəmancasına şəhid olanlardan biri də AQuluzadə Vəfadar Fəqan oğludur.
Quluzadə Vəfadar 19.08.2001 -ci ildə Beyləqan rayonu Bünyadlı kəndində anadan olub. 2007-2018-ci illərdə Beyləqan rayon Bünyadlı kənd Yunis Quliyev adına tam orta məktəbdə orta təhsil alıb. 2019-cu ildə həqiqi hərbi xidmətdə olub. Goranboy rayonunun Ballıqaya və Ağcakənd kəndlərində yerləşən “N” saylı hərbi hissələrdə xidmət edib. Bir il burada xidmət etdikdən sonra Tərtər rayonunda yerləşən “N” saylı hərbi hissədə xidmətin davam etdirib.2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində iştirak edib, Suqovuşanın və Talışın işğaldan azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. 3 oktyabr 2020-ci ildə Talış kəndi istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra "İgidliyə" görə, "Laçının" azad olunması medalı, "Suqovuşanın" azad olunması medalı, “Vətən uğrunda” medalı ilə təltif edilib. |
|
33 |
"Vətən Müharibəsi Qəhrəmanı" adına laiq görülən şəhid-Elbrus Eyvaz oğlu Bayramov 1986-cı il, dekabrın 1-də Beyləqan rayonunun Milabad qəsəbəsində anadan olub. 1994-2002-ci illərdə Milabad qəsəbə tam orta məktəbində, 2002-2005-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2005-2009-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb.
Elbrus Bayramov 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində vuruşub. Azərbaycan Ordusunun mayoru olan Elbrus Bayramov Vətən Müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 2-də Füzuli döyüşləri zamanı Qərvənd istiqamətində şəhid olub. Beyləqan rayonunun Milabad qəsəbəsində dəfn edilib. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən, Elbrus Bayramova "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib. |
|
34 |
Cavanşir Əzimov 1997-ci ildə mayın 23-də Beyləqan rayonu Birinci Şahsevən kəndində dünyaya göz açıb. Şəhid anası Cəmilə Rəhimova söyləyir ki, Cavanşir evin son beşiyi idi, hələ uşaq vaxtlarından hərbçi olmaq arzusu ilə yaşayırdı. Çılğın uşaqlıq illəri olub, yeniyetmə və gənc çağlarında belə kənddə hər kəsin sevgisini qazanıb.
O, həqiqi hərbi xidməti bitirdikdən sonra könüllü olaraq müddətdən artıq hərbi qulluqçu kimi vətənin keşiyində dayandı. Vətən müharibəsində isə düşmən hücumunun qarşısının alınmasında şücaəti ilə seçildi. Cavanşir oxuduğu məktəbdə də hər kəsin sevgisini qazanmışdı. İndi onun adını daşıyan sinif də var. Mütəmadi olaraq məktəb kollektivi Cavanşirin xatirələri ilə dolu olan otağını ziyarət edir, şəhidin xatirəsi uca tutur. Cavanşirin həqiqi hərbi xidmət vaxtı Aprel döyüşləri ərəfəsinə təsadüf edib. Elə vətən uğrunda döyüşmək sevincini həmin illərdə hiss edən Cavanşir qardaşı ilə əlaqə saxlayır ki, biz döyüşə yollanırıq, lakin qısa çəkən döyüşlərdə Cavanşir iştirak edə bilmir. Şəhidin qardaşı Cavid Əzimov bildirir ki, onun ən ülvi hisləri vətənlə bağlı idi. Ona görə də hərbçi olmağı seçdi. Döyüşlər başlamazdan əvvəl isə gizirlik kursunu bitirən Cavanşir snayperçi oldu. Döyüş yolu Füzuli istiqamətindən başlayan Cavanşir açdığı dəqiq atəşlərlə ermənilərin xeyli qüvvəsini məhv edib. Sonuncu dəfə qardaşının doğum günüdə zəng edən Cavanşir söyləyib ki, qələbə bizimdi, erməniləri torpaqlarımızdan qovuruq və hər şey yaxşı olacaq. Cavanşir oktyabrın 3-də gərgin döyüşlərdə qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalıb.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən , Cavanşir Əzimov ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalı və "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edilib. |
|
35 |
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi Gəray Soltanov 1993-cü il oktyabrın 29-da Beyləqan rayonunun Dünyamalılar kəndində anadan olub. Ailəli idi. Bir qızı yadigar qaldı.
Hələ orta məktəb illərində vətənpərvərliyi ilə seçilən Gəray böyükdən-kiçiyə hər kəsin sevimlisi olub. Hərbi xidmətini sülhməramlı qrupun tərkibində yerinə yetirən Gəray hərbi biliklərə peşəkarcasına yiyələnib. O, Aprel döyüşlərində də cəbhəyə könüllü yollanmışdı. Elə Vətən müharibəsində də öz istəyi ilə döyüşlərə qatıldı. Vətən müharibəsinə könüllü yollanan Gəray Soltanov ailəsini atasına əmanət edərək, döyüşlərə qoşulmuşdu. Tək arzusu torpaqlarımızın azad edilməsi idi. 44 günlük Vətən müharibəsində Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Gəray Soltanov oktyabrın 3-də Füzuli döyüşləri zamanı şəhid olub. Beyləqan rayonunda dəfn olunub.Şəhidin atası Xəlil Soltanov deyir ki, şəhidlərimizin hər biri eyni amalda olan qəhrəmanlardır: “Gəray hər zaman vətənpərvərliyi ilə seçilirdi. O, iyul hadisələrindən sonra hərbi komissarlıqda qeydiyyatdan keçdi. Vətən müharibəsi başlayan zaman isə könüllü olaraq cəbhəyə getdi. Baxmayaraq ki, ailəli idi, bir övladı var, Vətən sevgisi onun üçün əziz oldu. Gedərkən ailəsini bizlərə əmanət edib, vidalaşdı. Gəray döyüşlər zamanı göstərdiyi şücaətə görə seçilib. O, Füzuli və Cəbrayıl istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Oktyabr ayının 4-də isə qəhrəmancasına şəhid olub. Bu gün biz bütün şəhid övladlarımızla fəxr edirik. Çünki onların sayəsində Vətənimiz yağı düşmənin tapdağından xilas edildi, şəhidlərimiz özlərindən əvvəlki şəhidlərin də qisasını aldılar”. Şəhidin həyat yoldaşı Mələk Soltanova Gəray haqqında qürurla danışır. “Gəray çox ailəcanlı və vətənpərvər insan idi. Döyüşlər başlayan gün bir an belə tərəddüd etmədən “övladımızdan muğayat ol” deyərək, cəbhəyə yollandı. Bir neçə dəfə əlaqə saxlamışdım, hər dəfə qələbə haqqında bəhs edərdi”, - deyə şəhidin həyat yoldaşı bildirir.Gəray Cəbrayıl istiqamətində gedən döyüşlərdə son damla qanına qədər vuruşaraq şəhidlik zirvəsinə ucalıb. O, Vətən müharibəsində göstərdiyi şücaətə görə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” ,“Cəbrayılın azad olunmasına görə” və "Cəsur döyüşçü" medalları ilə təltif edilib. |
|
36 |
Quliyev Murad Şahin oğlu 1998-cı il avqustun 11-də Beyləqan rayonu 1-ci Şahsevən kəndində anadan olub.
Azərbaycan Ordusunun MAHHXHQ Murad Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. O, Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Murad Quliyev oktyabrın 4-də Füzuli rayon istiqamətində gedən hərbi əməliyyatlar zamanı döyüş taşırığını yerinə yetirərəkən düşmən tərəfindən açılan nəticəsində şəhid olub.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Murad Quliyev ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalı, "İgidliyə görə", "Cəsur döyüşçü" medalları ilə təltif edilib. |
|
37 |
Ayxan İlham oğlu Heydərli 1996-cı il dekabrın 26-da Beyləqan rayonunun Orta Əlinəzərli kəndində anadan olub. Ayxan uşaqlıqdan halal zəhmətlə yaşamağa öyrənmişdi. O, bütün işlərdə valideynlərinə kömək edər, ailənin yaxşı dolanması üçün əlindən gələni edərdi. Özündən yaşca böyük olan Heydər adlı qardaşı ilə birgə evdə təsərrüfat işləri ilə maraqlanar, kəndin hər tərəfini əhatə edən sıx meşəlikdə uşaqlarla birgə qoyun–quzu otarar və ailəsinə düşən pay torpağında əkin-biçinlə məşğul olardı. Ayxan 2003-2014-cü illərdə K. Əliyev adına tam orta məktəbdə təhsil alıb. Uşaqlıqdan musiqi məktəbinin qarmon sinfində təhsil alıb, həmçinin, idmanla da maraqlanıb. İdmanın Mauy-Tay, Tay Boksinq növləri ilə ciddi şəkildə, xüsusi bir həvəslə məşğul olub. Bu istiqamətdə uğurları çox olub, dəfələrlə birincilik qazanaraq diplom və mükafatlarla təltif edilib. Ayxan Heydərli 2015-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan şəhərində yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi hərbiyə davam edib. 2018-ci ildə Ağcabədi rayonunun Minaxorlu kəndində “N” saylı hərbi hissədə post komandiri olub. Bu müddət ərzində xidmət etdiyi ərazidə nizam-intizam yaradıb və post komandiri kimi digər hərbi qulluqçulara nümunə olub. İgid Vətən oğlu 2020-ci ilin iyul ayında, Tovuz rayonunda mənfur qonşularımızın dövlət sərhəddimizi kobudcasına pozaraq təxribat törətdikləri zaman silaha sarılaraq Vətənimizin müdafiəsinə qatılıb və qızğın döyüşlərdə fəal iştirak edib. Nəhayət, 2020-ci ilin Vətən Müharibəsində illərin təcrübəsi və çəkdiyi zəhmətin nəticəsi olaraq, Ayxan bu qanlı döyüşlərdə də xüsusi xidmətləri ilə fərqlənib və bir çox uğurları ilə yadda qalıb. O, həm mahir kəşfiyyatçı, həm də, çevik sanitar-həkim kimi xidmətini ləyaqətlə yerinə yetirib. Həmin qızğın döyüşlər zamanı o, 20 nəfərə yaxın hərbçini ölümün pəncəsindən alaraq, həyatını xilas edib. Füzuli rayonu və ətraf kəndləri istiqamətində gedən qızğın göyüşlərə Ayxan bütün gücünü səfərbər edib, mənfur düşmənlərə sarsıdıcı zərbələr vurub. Düşmənin illərlə yaratmış olduğu, çox çətin keçilən 5 istehkamınının darmadağın edilməsində yaxından iştirakı olub. Erməni quldurlarının yerləşdiyi 6-cı istehkamın azad edilməsi uğrunda ordumuzun apardığı mübarizədə Ayxan düşmən tərəfindən atılan qumbaraatan mərmisinin yanında partlaması nəticəsində 6 oktyabr 2020-ci il tarixdə qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Ayxan Heydərli ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif edilib. |
|
38 |
Şakir Bakir oğlu Orucov 1999-cu il martın 24-də Beyləqan rayonunun Qəhrəmanlı kəndində anadan olub. 2005-2016-cı illərdə Qəhrəmanlı kənd tam orta məktəbində təhsil alıb. Subay idi.
Şakir Orucov 2017-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2017-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmət edirdi. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Şakir Orucov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli və Cəbrayıl rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.Şakir Orucov oktyabrın 6-da Füzuli döyüşləri zamanı şəhid olub. Beyləqan rayonunun Qəhrəmanlı kəndində torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Şakir Orucov ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib. |
|
39 |
Hüseyn Kamil oğlu Qasımov 1984-cü il mayın 13-də Füzuli rayonu Qaraxanbəyli kəndində dünyaya gəlib. Doğulduğu kənd ermənilər tərəfindən işğal olunduqdan sonra dədəd-baba yurdundan köçkün düşən Hüseyn ailəsi ilə birgə Beyləqan rayonunun Qəhrəmanlı qəsəbəsində məskunlaşıb. Orta məktəbi bitirdikdən sonra Ağcəbədi Pedoqoji Kollecində təhsil alıb. Amma kollecdəki təhsilini başa vurduqdan sonra müəllim deyil, hərbşi olub.
Vətən müharibəsində şəhid olmuş Hüseynin həyat yolu haqqında Quba Qasımova deyir: “Torpaqlarımızı azad etmək ən böyük arzusu idi” “Həmişə deyirdi ki, biz torpaqlarımızı azad etməsək, müharibə bizim övladlarımıza qalacaq. Həmişə doğulduğu el-obasının həsrətini çəkirdi. Torpaqlarımızı azad etmək ən böyük arzusu idi. Bu arzuya görə də 2011-ci ildən hərbçi olmağı qərara aldı. İlk vaxtlar Tərtər, Ağdam, Füzulidə xidmət etdikdən sonra Beyləqana gələrək, hərbi qulluğu Kəşfiyyat taborunda davam etdirdi. Verilən tapşırıqları layiqincə yerinə yetirdiyi üçün Kəşfiyyat tağımının komandiri oldu”. 8 yaşında çıxdığı doğma kəndini azad edən şəhidimiz Hüseyn hərbi hissə komandiri ilə birgə öndə döyüşürdü. Doğma torpağından didərgin düşdüyü Qaraxanbəyli kəndini azad etdi. Oktyabrın 2-si səhər saatlarında Cəbrayıl uğrunda gedən döyüşlərdə mənfur düşmənin snayper gülləsindən şəhid olub. Hüseyin Qasımov ölümündən sonra “Vətən uğrunda” , "Hərbi xidmətlərə görə" , “Füzulinin azad olunması uğrunda” medalları ilə təltif olunub. |
|
40 |
Tural Bayramlı 1996-cı il fevralın 10-da Beyləqan rayonunun Şərq qəsəbəsində anadan olub. Əslən Cəbrayıl rayonunun Daş Veysəlli qəsəbəsindən idi. Subay idi. Tural Bayramlı 2014-2016-cı illərdə müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ildən Daxili Qoşunların sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının əsgəri olan Tural Bayramlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tural Bayramlı noyabrın 4-də Şuşa döyüşləri zamanı şəhid olub. Döyüşlər zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Tural Bayramlı ölümündən sonra "Vətən uğrunda" medalı və "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib. |
|
41 |
Vətənin bölünməzliyi və müstəqilliyi uğrunda canından keçən qəhrəman Vətən övladlarından biri də Hüseynov Ruslan Vəli oğludur.
Əslən Cəbrayıl rayonundan olan Ruslan Hüseynov 10.05.1988-ci ildə Beyləqan rayonu Bahar qəsəbəsində anadan olmuşdur. 2007-ci ildə həqiqi hərbi xidmətə yollanır, hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq xidmət etməyə qərar verir və kəşfiyyatçı kimi hərbi xidmətini davam etdirir.2016-cı ildə Aprel döyüşlərinin iştirakçısı olur. 2020-ci il noyabr ayının 1- də Ruslan Hüseynov Xocavənd və Şuşaya gedən qırmızı bazar deyilən istiqamətdə qəhrəmancasına döyüşərək şəhid olur. Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərdiyinə görə “Vətən uğrunda”, “Xocavəndin və Füzulinin azad olunması” medalları ilə təltif edilmişdir.Ruslan Hüseynov doğulub boya-başa çatdığı Beyləqan rayonu Bahar qəsəbəsində dəfn edilmişdir. |
|
42 |
Elyar Mirzəyev Cəlal oğlu 1984-cü il senytabrın 6-da Beyləqan rayonunun Bahar qəsəbəsində dünyaya gəlib. Uşaqlıqdan futbola xüsusi marağı və həvəsi olan Elyar oxuduğu illər ərzində Bahar futbol komandasında çıxış edib. Elyarın kapitanı olduğu komanda məktəblilər arasında keçirilən çempionatlarda birincilik qazanıb. 2001-ci ildə məktəbi bitirən Elyar artıq professional futbolçu kimi tək Beyləqanda yox, ölkə futbolunda da tanınan sima idi. O, bir neçə futbol klubundan təklif alsa da, hərbi xidmətə getməyi seçir.
Əsgər Mirzəyev xidməti ərzində də futboldan ayrılmayıb, o, Ədliyyə nazirliyinin "Ədliyyə" futbol klubunda futbolu davam etdirib. Hərbi xidməti başa vurduqdan sonra 2004-cü ilin aprelindən Bakının "Bakılı" futbol klubunda çıxış edib. Sonra ailə qurması ilə əlaqədar olaraq rayona qayıdıb xırda bizneslə məşğul olan Elyar həm də Beyləqanın "Mil" komandasında oynayıb. O, 2006-2007-ci illərdə "Mil" futbol klubunun tərkibində Respublika həvəskarlar liqasında Azərbaycan çempionu olub, eyni zamanda ölkə kubokunu qazanıb. Hərbi xidməti dövründə də futbol karyerasını davam etdirən Elyar 2019-cu ildə Gəncədə keçirilən Azərbaycan Silahlı Qüvvələrinin futbol üzrə ordu çempionatında ikinci ordu korpusunun komandası tərkibində ordu çempionu olub. 2020-ci ilin 27 sentyabrından başlayan Vətən müharibəsində Elyarın döyüş yolu cəbhənin Füzuli istiqamətindən başlayır. Təmsil etdiyi "Həmlə" taborunun tərkibində döyüşlərə qatılan Elyar elə ilk günlərdən xüsusi qəhrəmanlıqları ilə fərqlənir. O, müharibənin birinci günündə düşmənin illərlə möhkəmləndiyi "Ohanyan" xətti adlandırılan istehkamı keçib, bir neçə kəndin işğaldan azad edilməsində iştirak edir. Füzuli, Cəbrayıl və Ağoğlan (Hadrut) istiqamətində gedən döyüşlərin fəal iştirakçısı olan Elyar pulemyotçu kimi işinin öhdəsindən peşəkarlıqla gəlir. O, dəfələrlə özünü təhlükəyə ataraq, döyüş anında atəş altında qalan yaralı yoldaşlarını qorxmadan, igidcəsinə xilas edib. Daim düşmənin hədəfində olan qəhrəman pulemyotçumuz oktyabrın 14-də səhər saatlarında Ağoğlan istiqamətində yerləşən Şaban dağının ətəklərində başlayan açıq döyüşdə snayper gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucalıb. Elyar oktyabrın 16-da Bahar qəsəbəsində uğrunda canını fəda etdiyi Vətən torpağına tapşırılıb. |
|
43 |
Mansur Elnur oğlu Teymurov 1999-cu ilin 5 iyununda Beyləqan rayonunun İkinci Şahsevən kəndində anadan olub. Orta təhsilini başa vurduqdan sonra Beyləqan rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb və Naxcıvan Muxtar Respublikasına həqiqi hərbi xidmətə yola salınıb. Mansur Günnüt əməliyyatında iştirak edib və Müdafiə naziri cənab general-polkovnik Zakir Həsənov tərəfindən şəxsən mükafatlandırılıb. Mansurun Vətənə olan sevgisi onu 2019 -cu ildə Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissələrin birində müddətdən artıq həqiqi hərbi xidmət edən qulluqçu kimi xidmətə başlamağına sövq edib. Vətənimizin igid oğlu Mansur hər zaman işğal altında olan torpaqlarımın işğaldan azad olunması arzusu ilə yaşayıb. Vətən müharibəsində hünərlə iştirak edən Mansur hərbi tibbi yardım maşını ilə ən ağır nöqtələrdən yaralılarımızı xəstəxanaya çatdırıb. Bununla yanaış bəzən döyüşdə yaralı əsgərlərimizi döyüş meydanından çıxarıb. V'ətən Müharibəsi zamanı Füzuli, Qubadlı rayonları uğrunda gedən ağır döyüşlərdə iştirak edib və böyük qəhrəmanlıqlar göstərib. Qəhrəman Mansurun döyüş yolu Xocavənd istiqamətində də davam edib və o, oktyabr ayının 18 -də Xocavənd rayonunun azad olunması uğrunda şəhid olub. Şəhidin nəşi səhərisi gün doğulub, boya-başa çatdığı Beyləqan rayonunun İkinci Şahsevən kəndinə gətirilib və böyük izdihamla torpağa tapşırılırb. Ölümündən sonra "Vətən uğrunda" , "Xocavəndin azad olunmasına görə" , "İgidliyə görə" , "Füzulinin azad olunmasına görə" , "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunub. |
|
44 |
Vətən müharibəsinə könüllü yollanan qəhrəmanlarımızdan biri də Səxavət İsmayılovdur. O, Vətən uğrunda şəhidlik zirvəsinə ucalmağı hər şeydən üstün tutdu.
Səxavət 1997-ci il avqustun 19-da Beyləqanın Dünyamalılar kəndində dünyaya göz açıb. Atası Birinci Qarabağ müharibəsinin iştirakçısı olub. Səxavət də böyüyəndə hərbçi olmağı arzulayırdı. Hələ uşaq yaşlarından vətənpərvərliyi ilə seçilən qəhrəmanımız hər zaman həmyaşıdlarından fərqlənib. Atası Sabir kişi ilə hər söhbətində düşmənə qarşı nifrəti daha da artıb, torpaqlarımızı azad etmək arzusu ilə yaşayıb. Həqiqi hərbi xidmətini Naxçıvan Muxtar Respublikasında yerinə yetirən Səxavət nizamlı və xidmətinə görə fəxri fərmanla təltif edilib. Hərbi xidməti bitirdikdən sonra müddətdən artıq xidmətçi kimi fəaliyyətini davam etdirmək istəsə də, bu arzusu reallaşmayıb. Daha sonra mülki işdə çalışmağa başlayan Səxavət Tovuz döyüşlərində könüllü olaraq Səfərbərlik Xidmətində qeydiyyata alınmaq üçün müraciət edib. Vətən müharibəsi ərəfəsində isə Səxavətə gələn çağırış sanki onun ən böyük arzusunun gerçəkləşməsi idi. Şəhidin atası Sabir İsmayılov deyir ki, Bakıda öz işində olsa da, çağırış gəldiyini eşidən kimi təcili kəndə qayıtdı. Deyib-gülərək döyüşə yollandı. Səxavətin ilk döyüş yolu Füzuli istiqamətində başladı. Bir neçə postun azad edilməsində şücaəti ilə seçilib. Növbəti tapşırıqlar isə Cəbrayıl istiqamətində idi. Ağır döyüşlərin birində, oktyabrın 7-də şəhidlik zirvəsinə ucaldı. Döyüşlərdə göstərdiyi şücaətə görə İsmayılov Səxavət Sabir oğlu ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib. |
|
45 |
İkinci Qarabağ müharibəsində şücaət göstərmiş hərbçilərimizdən biri də Səbuhi Əliyev olub. O, acdığı atəşlə düşmən mövqelərini darmadağın edib.
Əliyev Səbuhi Teyyub oğlu 1983- ci ildə Beyləqan rayonunun Orta Əlinzərli kəndində anadan olub. 2008- ci ildə həqiqi hərbi xidməti başa vurduqdan sonra müddətdən artıq hərbi qulluqçu kimi Azərbaycan ordusunda xidmətə başlayıb. Təlim-tədris mərkəzində kurs keçdikdən sonra gizir rütbəsində xidmətini davam etdirib. 13 illik xidməti dövründə top və zirehli döyüş maşını komandiri olub.Vətən müharibəsində Ermənistan ordusuna məxsus zirehli texnikaları və canlı qüvvəni dəqiq atəşlə məhv edib. Səbuhi Əliyev oktyabrın 7-də Füzuli döyüşləri zamanı şəhid olub. Ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Füzulinin azad olunmasına görə" medallları ilə təltif edilib |
|
46 |
Düşmənə aman verməyib, döyüşlərdən bir addım belə geri çəkilməyən, Azərbaycana qalibiyyəti bəxş edən igidlərimizdən biri dəƏliyev Azər Aydın oğlu idi. Araz Aydın oğlu Əliyev 1984-cü il iyunun 21-də Beyləqan rayonunun Kəbirli kəndində anadan olub. Ailəli idi. Günəş və Şəfəq adında 2 qızı yadigar qaldı. Azərbaycan Ordusunun kiçik çavuşu olan Araz Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Araz Əliyev oktyabrın 8-də Cəbrayıl döyüşləri zamanı şəhid olub. Beyləqan rayonunun Kəbirli kəndində dəfn olunub. Döyüşlərdə göstərdiyi şücaətə görə Əliyev Azər ölümündən sonra "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib. |
|
47 |
Vətən müharibəsinin qələbə ilə başa çatması onların şücaətinin göstəricisidir. Döyüşlərdə qəhrəmanlıq, igidlik və fədakarlıq göstərərək adlarını tarixə yazan bu oğullar milyonların sevgisini qazanıblar. Şəhid Aqil Habil oğlu Hüseynov da həmin qəhrəmanlardan biridir. Əslən Beyləqan rayonunun Əhmədli kəndindən olan Aqil həqiqi hərbi xidmətini başa vurduqdan sonra 7 ay idi ki, MAXE olmuşdu.
Vəzifəsi rabitəçi olan Aqil müharibə başlayan kimi döyüşlərə qatılıb. O, Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak edərək böyük qəhrəmanlıq göstərib, Milli Qəhrəman Şükür Həmidovla çiyin-çiyinə döyüşüb. Məhz onun peşəkarlığı nəticəsində Azərbaycan Ordusu düşmən mövqelərini məhv edib, onlara ağır zərbə vurub. Aqil Hüseynov Cəbrayıl istiqamətində gedən ağır döyüşlərdə oktyabrın 7-i qəhrəmancasına şəhadətə yüksəlib. Şəhidimizin vətənə əmanət 2 oğul övladı qalıb.Şəhid Aqil Hüseynov torpaqlarımızın azadlığı uğrunda gedən ən ağır döyüşlərdə iştirak etdiyinə və göstərdiyi qəhrəmanlığa görə Prezident İlham Əliyev tərəfindən ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib. |
|
48 |
Xəyal Rahil oğlu Rəhimli 1992-ci il iyunun 9-da Beyləqan rayonunun Orta Əlinəzərli kəndində anadan olub. 1999-2008-ci illərdə K. Əliyev adına Orta Əlinəzərli kənd tam orta məktəbində təhsil alıb. Xəyal Rəhimli 2010-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun əsgəri olan Xəyal Rəhimli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə döyüşlərdə savaşıb. Xəyal Rəhimli oktyabrın 7-də Cəbrayıl döyüşləri zamanı şəhid olub. Beyləqan şəhərində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarıına əsasən Xəyal Rəhimli ölümündən sonra "Vətən uğrunda" medalı və Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə "Qubadlının azad olunmasına görə" medalı i ilə təltif edilib. |
|
49 |
Saleh Səməd oğlu Əsədov 1984-cü il dekabrın 29-da Beyləqan rayonunun Kəbirli kəndində anadan olub. Ailəli idi. Səməd və Səid adlarında 2 oğlu yadigar qaldıb.
Azərbaycan Ordusunun çavuşu olan Saleh Əsədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Saleh Əsədov oktyabrın 8-də Füzuli döyüşləri zamanı şəhid olub. Beyləqan rayonunun Kəbirli kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Saleh Əsədov ölümündən sonra "Vətən uğrunda","Şuşanın azad olunmasına görə","Cəbrayılın azad olunmasına görə","Füzulinin azad olunmasına görə" və "İgidliyə görə" medalları ilə təltif edilib. |
|
50 |
Ruslan Tanrıverdi oğlu Rəhimov 1986-cı il iyulun 7-də Beyləqan rayonunun Kəbirli kəndində anadan olub. Ailəli idi. Elmir adında oğlu və Əsmər adında qızı yadigar qaldı.
Azərbaycan Ordusunun çavuşu olan Ruslan Rəhimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ruslan Rəhimov oktyabrın 8-də Füzuli döyüşləri zamanı şəhid olub. Beyləqan rayonunun Kəbirli kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Ruslan Rəhimov ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunub. |
|
51 |
Rüstəmov Elnur İsmayıl oğlu 1 dekabr 1986-ci ildə Beyləqan rayon Kəbirli kəndində dünyaya gəlib.
Azərbaycan Ordusunun əsgəri olan Elnur Rüstəmov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Cəbrayılın, Füzulinin, Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Elnur Rüstəmov 8 oktyabr 2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Elnur Rüstəmov ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "İgidliyə görə", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub. |
|
52 |
Quliyev Hüseyn Aydın oğlu 1991-ci il avqustun 25-də Beyləqan rayonu Örənqala qəsəbəsində anadan olub.
Azərbaycan Ordusunun MAHHXHQ əsgəri olan Hüseyn Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. Hüseyn Quliyev oktyabrın 8-də Füzuli və Cəbrayıl istiqamətində gedən döyüşlər zamanı şəhid olub.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Hüseyn Quliyev ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "İgidliyə görə" medalı təltif edilib. |
|
53 |
Gənc olmasına rəğmən düşmənə aman verməyən digər qəhrəmanımız Zaur Əsədzadə Teyyub oğlu idi. Zaur Əsədzadə Teyyub oğlu 2002-ci il 1 fevral tarixində Beyləqan rayonunda anadan olub. 2008-2019-cu illərdə Beyləqan şəhər Təbiət və Humanitar fənlər təmayüllü liseydə orta təhsil alıb.
2020-ci ilin iyul ayında həqiqi hərbi xidmətə çağrılıb. |
|
54 |
Yusifli Müzəffər Ziyəddin oğlu 2000-ci il oktyabrın 22-də Beyləqan rayonunun Kəbirli kəndində anadan olub. Müzəffər Vətən müharibəsi zamanı Füzuli və Cəbrayıl rayonları istiqamətində gedən döyüşlərdə iştirak edib və işğal altında olan bir çox ərazilərimizin alınmasında böyük rolu olub. Müzəffər Vətən müharibəsi zamanı Füzuli rayonu istiqamətində gedən döyüşlərdə iştirak edib . İşğal altında olan bir çox ərazilərimizin alınmasında böyük rolu olub. Gənc qəhrəmanımız Müzəffər oktyabrın 9-da Füzuli döyüşləri zamanı şəhidlik zirvəsinə ucalıb və Beyləqan rayonunun Kəbirli kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Müzəffər Yusifli ölümündən sonra "Vətən uğrunda" "Cəbrayılın azad olunmasına görə" , "Xocavəndin azad olunmasına görə", "İgidliyə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib. |
|
55 |
Barat Nizami oğlu Quliyev 1991-ci il dekabrın 26-da Beyləqan şəhərində anadan olub.
O, 1999-2010-ci illərdə orta təhsilini Beyləqan şəhər 3 nömrəli tam orta məktəbdə alıb. 2010-cu il 12 oktyabr həqiqi hərbi xidmətə çağrılıb. Hərbi xidmətini Suraxanıda yerləşən hərbi hissədə xidmət edib.Barat Quliyev 2014-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinə daxil olub. Azərbaycan Silahlı Qüvvələri sırasında manqa komandiri kimi çalışmışdır. 2015-ci il 30 dekabrda hərbi hissənin 2-ci taborunun 6-cı bölüyün 2-ci taqımın 1-ci manqasında sürücü vəzifəsində xidmət edib. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib. Barat Quliyev sentyabr 28-də Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub.Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Barat Quliyev ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “İgidliyə görə” medalları ilə təltif edilib. |
|
56 |
Hafiz Saleh oğlu Həsənov 1993-cü il 4 oktyabrda Beyləqan rayonu Kəbirli kəndində anadan olub. 2000-2009-cu illərdə Kəbirli kənd M.Fərzəliyev adına 1 nömrəli orta məktəbin 9-cu sinfini bitirib. Hafiz 2013-cü ildə ailə həyatı qurub. Şəhidimizin Sahil adında bir oğlu, Nuray adında bir qızı var.
Hafiz 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzuli rayonu istiqamətində gedən döyüşlərdə savaşıb. Eyni zamanda Cəbrayıl, Ağdərə, Suqovuşan istiqamətində gedən döyüşlərdə də qəhrəmanlıq göstərib. Hafiz 14 oktyabrda mənfur düşmənin gülləsinə tuş gələrək şəhid olub. Kəbirli kənd qəbristanlığında dəfn edilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Hafiz Həsənov ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "İgidliyə görə" medalları ilə təltif edilib. |
|
57 |
İlqar Nadir oğlu Mayılxanlı 24 iyul 1998-ci ildə Beyləqan rayonunun Milabad kəndində dünyaya göz açmışdır. 2004-2015-ci illərdə şəhid Vilayət Cəfərov adına Beyləqan rayon Milabad kənd tam orta məktəbində təhsilini almışdır. Orta məktəbi bitirdikdən sonra 5 oktyabr 2016-cı ildə hərbi xidmətə yollanmışdır. 2018-ci ilin 12 aprelində ordudan tərxis olunan İlqar həmin ilin oktyabr ayında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq hərbi xidmətini davam etdirmişdir. Hərbi xidmətinə piyadanın döyüş maşınında tuşlayıcı vəzifəsində başlayıb.
Azərbaycan Ordusunun əsgəri olan İlqar Mayılxanlı 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə döyüşən İlqar müharibənin ilk günü qarşı tərəfin texnikasını, silah-sursatını, canlı qüvvəsini məhv edib. İlqarın idarə etdiyi tank hədəf alınır. O, yaralı döyüş yoldaşlarını xilas edir. Bütün bu qəhrəmalara imza atan İlqar Mayılxanlı 27 sentyabr 2020-ci ildə minaatandan açılan atəş nəticəsində şəhid olub. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən İlqar Mayılxanlı "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "İgidliyə görə" medalları ilə təltif edilib. |
|
58 |
Quliyev Orxan Bəxtiyar oğlu 1995-ci il iyulun 25-də Beyləqan rayononun Aşqalılar kəndində anadan olub.
Əsgər Orxan Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Orxan Quliyev oktyabrın 14-də Füzuli istiqamətində gedən döyüşlər zamanı şəhid olub.Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Orxan Quliyev ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “İgidliyə görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib. |
|
59 |
Mehdili Eşqin Tərlan oğlu, 2001-ci ilin oktyabrın 10-da Beyləqan rayonunun Əlinəzərli kəndində anadan olub. Oktyabr ayında dünyaya gələn Eşqin, 2019-ci ilin oktyabrında hərbi xidmətə yola düşüb. 2020-ci ilin oktyabrın 14-ü şəhid olub. Eşqin anasını itirəndə 12 yaşı olub. 3 qardaşın sonbeşiyi olan Eşqin anasının yoxluğu ilə barışmaqda çətinlik çəkib. Bir az ərkəsöyünlük edirmiş amma ailədə hərkəs onu çox sevib. Evdə özü üçün otaq ayırmaq istəyən Eşqinin atası indi onun istədiyi otağı onun üçün ev muzeyi edib. Eşqin Mehdilinin ailəsindən bildirilib ki, Eşqinin anasından yadigar qalan ailədə 3 oğulun 2-si hələ də hərbi xidmətdədir. Böyük qardaşları ilə danışanda deyirmiş ki, bu torpaqları niyə almırsınız, mən hərbi xidmətə gedəndə o torpaqları alacam. Eşqini hirsləndirmək üçün isə qardaşları ona "hə bilirik Lələ təpəni sən almısan Eşqin" deyirdilər. Ağbirçək nənəsi Eşqinlə fəxr edir, deyir ki, Eşqin sözünü tutdu. Dedi də, dostları ilə birlikdə o torpaqların alınmasında iştirak etdi də. Eşqinin bu dünyadakı diləklərinin hamısı oktyabr ayında baş tutdu. Kəlbəcərdə başlayan döyüş yolu, Cəbrayıl və daha sonra Füzulidə bitdi. O vətən yolunda bitirdiyi gənc ömrünü əslində ölümsüzləşdirdi. Mükafatların ən alisini - Şəhidlik zirvəsini fəth edən Eşqinin qəhrəmanlığını Ali Baş Komandan da qiymətləndirdi. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Eşqin Mehtili ölümündən sonra "Döyüşdə fərqlənməyə görə”, “Kəlbəcərin azad edilməsinə görə”, “Xocavəndin azad edilməsinə görə” və “Şücaətə görə” medalları ilə təltif olunub. |
|
60 |
Şəhidlik zirvəsi qəhrəmanlıq simvoludur. O, vətənə məhəbbətdən, torpağa, yurda bağlılıqdan irəli gəlir. Məhz bu sevgi, bir də 30 illik nifrət, qisas almaq əzmi Vətən müharibəsində qəhrəmanlığı alın yazısı seçən mərd oğullarımızı şəhidlik zirvəsinə yüksəltdi. Həmin qəhrəmanlarımızdan biri də cəsur ürəkli, gülər üzlü Munis idi. Munis Həbibulla oğlu Abbaslı 2000-ci il martın 18-də Beyləqan şəhərində doğulub. 2006-2017-ci illərdə şəhər 2 nömrəli orta məktəbdə təhsil alıb. Elə bu illərdə əxlaqı, istiqanlı olması, dosta sədaqəti, daim öz üzərində çalışması ilə hamının rəğbətini qazanıb. İdmanı (sərbəst güləşlə məşğul olub) həyat tərzində inkişaf etdirən məktəbli oğlan 2010-cu ildə yarışlara qatılaraq birincilik qazanıb. Munisin məqsədi müddətdən artıq hərbi xidmətdə olmaq idi. O, fikirləşmədən sənədlərini Hərbi qulluqçuların hazırlığı kursuna verir və müraciətinə əsasən kurs keçən Munis Beyləqan rayonunda yerləşən “N” saylı motoatıcı hərbi hissəsində xidmətə başladı. Arzularının beşiyi olan ürəyində təhsilini davam etdirmək də vardı. Odur ki, sənədlərini Ağdam Dövlət Sosial İqtisad Kollecinə verib. Qəbul olunduğu haqda xəbəri eşidəndə o, cəbhədə idi. Çünki, işğalda olan torpaqlarımızı faşist xislətli ermənilərdən azad etmək istəyi ondan ötrü öndə olub. Munisin ən böyük arzusu 30 ilə yaxın işğalda olan dədə-baba torpaqlarımızı azad etmək, erməni təxribatlarının qarşısını almaq, qollu-qüvvətli igid kimi düşmənin qarşısında sipər olmaqdı. Munisin döyüş yolu xidmət etdiyi hərbi hissənin tərkibində Füzulinin Alxanlı kəndindən başladı. Cəmi 18 gün davam edən bu yol Füzuli, Cəbrayıl, Xocavənd istiqamətində gedən döyüşlərdən keçdi. İşğalda olan torpaqlarımızın azadlığı uğrunda canlarından keçən oğullarımız kimi, Munis də cəbhədə aslan kimi döyüşüb, rəşadət göstərib, yaralı əsgərlərimizi döyüş meydanından çıxarıb. Düşmənə bir saniyə belə aman verməyən gənc qəhrəmanımız Abbaslı Munis oktyabrın 14-də elə Füzuli döyüşləri zamanı şəhid olub. Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Munis Abbaslı ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "İgidliyə görə" medalları ilə təltif edilib. |
|
61 |
Azərbaycanın şanlı tarixini öz qanları ilə yazan qəhrəmanlarımızdan biri də kəşfiyyatçı Hasil Abdullayevdir. O, ömrünün 11 ilini Vətən keşiyində dayandı. Kəşfiyyatçı olaraq bir çox tapşırıqları uğurla icra etdi. Abdullayev Hasil Miryusif oğlu 1985-ci il mayın 21-də Beyləqanın Dünyamalılar kəndində dünyaya göz açıb. Ürəyi Vətən sevgisi ilə döyünən Hasil hərbçi olmaq arzusu ilə yaşayıb. Məktəbli vaxtlarından idmanla məşğul olub. Orta məktəbi bitirən Hasil həqiqi hərbi xidmətə də sevinclə yollanıb. Hərbi biliklərə peşəkarcasına yiyələndikdən sonra müddətdən artıq xidmətçi kimi Vətənin keşiyində dayanıb. Vətən keşiyində dayandığı müddətdə bir çox uğurlu tapşırıqların icrasında Hasilin də xidmətləri olub. 2016-cı il Aprel döyüşlərində Lələtəpəyə bayraq sancalar arasında olan igidlərdən biri də Hasil idi.Torpaqlarımızın azadlığı uğrunda döyüşmək, düşməni məhv etmək istəyən Hasilin arzusu Vətən müharibəsində gerçəkləşir. Döyüşlərin ilk günlərindən cəbhəyə yollanan Hasil kəşfiyyatçı yoldaşları ilə düşmənə bir çox ağır zərbələr endirib. Füzuli uğrunda gedən döyüşlərdə ağır yara almasına baxmayaraq, geri çəkilməyib. Tapşırıq uğurla icra edildikdən sonra Hasil yaralı vəziyyətdə hospitala yerləşdirilib. Başından snayper gülləsi ilə yaralanan və 14 gün ölüm-dirim mübarizəsi aparan Hasilin həyatını xilas etmək mümkün olmur. O, oktyabrın 16-da şəhidlik zirvəsinə ucalır. Hasil Abdullayev Vətən müharibəsində göstərdiyi şücaətə görə ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub |
|
62 |
Bu gün vətənimizin göylərində ruhu dolaşan, adı dillər əzbəri olan, ruhu önündə səcdə etdiyimiz şəhidlərdən biri də Zahir Hüseynlidir. Zahir Mahir oğlu Hüseynli 2001-ci il aprelin 17-də Beyləqan rayonunun Yuxarı Aran qəsəbəsində anadan olub.
Azərbaycan Ordusunun əsgəri olan Zahir Hüseynli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başladılan Vətən müharibəsi zamanı Kəlbəcər, Cəbrayıl, Füzuli və Xocavənd rayonlarının işğaldan azad olunmasında fəal iştirak edib. Zahir Hüseynli oktyabrın 15-də Füzuli döyüşləri zamanı şəhid olub. Beyləqan rayonunda dəfn olunub. Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyi, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyi üçün Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə əsgər Hüseynli Zahir ölümündən sonra "Cəsur döyüşçü, və "Vətən uğrunda" medalları təltif edilib. |
|
63 |
Şəhidlik adi ölüm deyil, Vətən, torpaq, böyük amallar uğrunda candan keçmək, özünü şüurlu şəkildə qurban vermək deməkdir. Bu uca məqama yüksələnlərdən biri düşmənə aman verməyən, cəsur, mərd Həsənov Səddam idi. Həsənov Səddam Aydın oğlu 15 oktyabr 1992-ci ildə Beyləqan rayonu Yeni Mil qəsəbəsində anadan olub.2010-cu ildə Yeni Mil kənd tam orta məktəbini bitirdikdən sonra hərbi xidmətə yollanan şəhidimiz xidmət müddətində öz vətənpərvərliyi, dözümü və iradəsi fərqlənmişdir. Hərbiyə olan marağı və diqqəti nəticəsində hərbi xidməti başa vurduqdan sonra Azərbaycan Respublikası Silahlı Qüvvələrinin gizir hazırlıq kursuna daxil olmuş və həmin kursu müvəffəqiyyətlə bitirib, Naxçıvanda yerləşən N-saylı hərbi hissənin kəşfiyyat bölüyündə xidmətini davam etdirmişdir. Zəkası və fiziki qabiliyyəti ilə seçilən Səddam daha sonra Xüsusi Təyinatlı Taborun qrup kamandirinin müavini vəzifəsində təyin olunmuşdur. Səhidimiz 2014-2019-cu illər ərzində müxtəlif vəzifələrdə fəqlənmişdir. Müxtəlif dövrlərdə Türkiyədə təşkil olunan xüsusi təlimlərdə iştirak etmiş, həmin təlimləri uğurla tamamlamışdır. Səddam həmçinin, Naxçıvanda xidmət edərkən Günnüt əməliyyatında iştirak etmiş , Günnüt kəndinin işğaldan azad edilməsində böyük şücaət göstərmişdir. Beləliklə, ömrünü gününü vətənə xidmətə həsr edən Səddamın son döyüşü və ən böyük qalibiyyəti İkinci Qarabağ Müharibəsində təsadüf edir. Xüsusi Təyinatlı Qüvvələrin Giziri olan qəhrəmanımız cənub istiqamətindəki bütün döyüşlərdə iştirak edən xüsusi dəstə qruplarından birini təmsil edib. Ona tapşırılan ən çətin əmr və tapşırıqların öhdəsindən şərəflə gəlib. Murovdağ zirvəsinin alınmasında, Füzuli rayonun azad edilməsində xüsusi qəhrəmanlıqlar göstərib. Şəhid olmağı özünə şərəf bilən Səddamın daxilində yüksək vətənpərvərlik, cəsurluq, müsbət əxlaq, əqidə var idi. Elə buna görə də o şüurlu şəkildə ölümü gözə ala bildi Döyüşlərdə yaralanmasına baxmayaraq, yaralı qolunu sarıyıb irəli getdi Xüsusi Təyinatlı Şəhidimiz. Həmişə öndə gedən, saysız igidliyə imza atan Səddam 17 oktyabr tarixində Xocavəndin Hadrut cəbhəsində qəhrəmancasına vuruşaraq Şəhidlik zirvəsinə yüksəlib. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə Həsənov Səddam Aydın oğlu ölümündən sonra “Vətən uğrunda”, "Igidliyə görə","Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları və nəhayət "Azərbaycan Bayrağı" Ordeni ilə təltif olunub. |
|
64 |
Əbədi borclu qaldığımız şəhid qəhrəmanlarımızdan biri də sentyabrın 30-da könüllü olaraq döyüşə yollanan Elgiz Salahlıdır. O Elgiz ki, cəbhəyə yollanmamışdan öncə öz şəkillərini bayraqlara bürüyüb. O Elgiz ki, “Vətənin belə günündə qıraqda dura bilmərəm” deyib, özünü ən önə atıb. O, 44 gün təkcə "Vətən" deyib, üzü Laçınadək döyüş yoldaşları ilə birlikdə özlərini düşmən mərmisinə sipər etdi. Elgiz torpaqlarımızın erməni işğalı altına düşdüyü dövrdə - 1992-ci il sentyabr ayının 11-də Beyləqan rayonunda anadan olub. Rayonun 1 nömrəli tam orta məktəbində 11 illik təhsil alıb. Daha sonra 2010-cu ildə əsgərlik borcunu yerinə yetirmək üçün hərbi xidmətə yollanıb. 2015-ci ildən "N" saylı hərbi hissədə müddətdən artıq hərbi xidmətdə işini davam etdirib. O, çavuş rütbəsində kəşfiyyatçı olaraq xidmət göstərib. Aprel döyüşlərində Nərgiztəpə istiqamətində vuruşub. 2017-ci ildə sağlamlığı ilə əlaqədar işindən ayrılıb. Yaxınları deyir ki, Elgiz lap uşaqlıqdan Vətən sevdalısı olub. Uşaqlıqdan içində olan Vətən sevgisi və haqq tərəfdarlığı onu Qarabağ müharibəsinə çəkib apardı. Qələbəmizə imza atanlardan oldu. Elgizdən geriyə qızı yadigar qalıb. İndi ailəsi həyata onunla tutunurlar. 2016-cı ildə dünyaya göz açan qızının adın da özü qoyub - Dəniz. Elgizin anası deyir ki, əks hücum əməliyyatlarımız başlayan vaxt Bakıda işləyən Elgiz sentyabrın 27-si səhər tələsik rayona gəlib. Dəfələrlə hərbi komissarlığa gedərək könüllü döyüşlərə yollanıb. Qəhrəmanımız döyüş yoldaşları ilə birlikdə oktyabr ayının 4-nə qədər Füzuli-Hadrut istiqamətində sürətlə irəliləyib. 27 yaralı əsgərin döyüş bölgəsindən çıxarılmasında fəallıq göstərib. Saysızi gidliyə imza atan Elgiz Oktyabrın 6-sı Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə ölümündən sonra Elgiz Salahlı "Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub. |
|
65 |
18 yaşlı gənc şəhidimiz Toğrul Rafiq oğlu Əlizadə 2002-ci il yanvarın 1-də Beyləqan rayonunun Yuxarı Aran qəsəbəsində anadan olub. 2020-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. Toğrul ailənin 3 oğlundan biri idi. O, hərbi xidmətə çağırılan zaman özündən böyük qardaşı da ordu sıralarında xidmətdə olub.
Azərbaycan Ordusunun əsgəri olan Toğrul mərdliyi, cəsurluğu ilə döyüş yoldaşlarının da sevgisini qazanmışdı. O, Vətən müharibəsi zamanı əvvəlcə Talış kəndi istiqamətində, sonra isə Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Oktyabrın 16-da Suqovuşanda şəhid olub. Beyləqan rayonunda dəfn edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Toğrul Rafiq oğlu Əliyev ölümündən sonra "İgidliyə görə", "Suqovuşanın azad olunmasına görə”, "Laçının azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib. |
|
66 |
Əliyev Elşən Novruz oğlu 1986-cı il,yanvarın 22-də Beyləqan rayon Yuxarı aran kəndində anadan olub. Döyüşlərə könüllü olaraq qatılıb. Çünki, o hər zaman vətəninin istiqlaliyyətini öz canından üstün tutardı.
Vətən də ana qədər müqəddəsdir deyib döyüşlərə qatıldı Əliyev Elşən və 14 oktyabr, 2020-ci il Füzuli rayonu ərazisində gedən döyüşlərdə şəhid olub. |
|
67 |
İkinci Qarabağ savaşında Vətənin bölünməzliyi və müstəqilliyi uğrunda canından keçən qəhrəman Vətən övladlarından biri də Hüseynov Məhəmməd Alik oğludur. Əslən Cəbrayıl rayonu Horovlu kəndindən olan Məhəmməd Hüseynov 28oktyabr 1993-cü ildə Beyləqan rayonu Bahar qəsəbəsində anadan olub. Sərdar İmrəliyev adına Bahar kənd tam orta məktəbini bitirdikdən sonra Daxili İşlər Nazirliyinin Daxili Qoşunları XTD–də həqiqi hərbi xidmət keçib. Xidmətini başa vurduqdan sonra Xüsusi Təyinatlı dəstədə müddətdən artıq hərbi qulluqçu kimi xidmətini davam etdirib.
Məhəmməd Türkiyənin İzmir şəhərində yerləşən Foca Jandarma Komando məktəbində 6 ay xüsusi təyinatlıların kursunu keçib, paraşutla atlama, əlbəyaxa döyüş və sualtı dalğıc kurslarında yüksək məharət göstərərək fərqlənmə diplomları ilə təltif edilib. İkinci Qarabağ müharibəsində Murov dağ silsiləsində gedən döyüşlərdə iştirak edən xüsusi təyinatlımız Murov zirvəsi azad edildikdən sonra öz doğma yurdu olan Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərə qoşulub. 8 oktyabrda Cəbrayıl rayonu ərazisində gedən döyüş zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Məhəmməd Hüseynov Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı igidlik və mərdlik nümunəsi göstərdiyinə görə "Vətən uğrunda”, «Cəbrayılın azad olunmasına görə», «Kəlbəcərin azad olunmasına görə» medalları ilə təltif edilib. Qeyd edək ki, Məhəmməd Hüseynov Alik oğlu sosialist əməyi qəhrəmanı Sərdar İmrəliyevin nəvəsidir. Əmisi Hüseynov Hüseyn Məmməd oğlu da torpaqlarımız uğrunda şəhid olub. |
|
68 |
Ağdama şeir yazan, Füzulini azad edən şəhid idi Böyükağa. Yusifli Böyükağa Elbrus oğlu 2000-cü il sentyabrln 1-də Beyləqan rayonu Kəbirli kəndində anadan olub. O, 2020-ci ildə MAXE kimi xidmətə başlayıb. Tuşlayıcı -operator olub.
Vətən müharibəsinin ilk günlərindən döyüşlərdə iştirak edib. Cəbrayılın, Füzulinin, Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Böyükağa sentyabrın 30-da Füzuli istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Yaxınları qeyd edir ki, Böyükağanın hələ uşaq yaşlarından şeirə, poeziyaya marağı var idi. Şeirlərindən birində yazıb : "ana, şəhid olsam, bil ki, arzuma çatdım."Anası ona həmişə doğma diyarı AĞdam haqqında danışarmış, Ağdamı real olaraq görməsə də Ağdam Məscidini şəkillərlə təsvir edib ona şeirlər yazarmış. Bütün bunlar qəhrəman şəhidimizin daxilindəki Vətənə qarşı olan sevgi və Qarabağ arzusundan xəbər verir. Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı igidlik və mərdlik nümunəsi göstərdiyinə görə Böyükağa Yusibli ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "İgidliyə görə" medalları ilə təltif edilib. |
|
69 |
Vətəni canından üstün tutan qəhrəmanımız Hüseynov Vüsal Nadir oğlu 30 yanvar 1991-ci ildə Beyləqan rayonu Qəhramanlı qəsəbəsində dünyaya gəlib. Azərbaycan Ordusunun əsgəri olan Vüsal Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb. Ermənilərə qarşı daim qisas hissi ilə yaşayan Vüsal Hüseynov düşmənə aman verməyərək döyüşlərdə həmişə irəli atılıb. Vüsal Hüseynov oktyabrın 20-də Xocavənd rayonunda gedən döyüşdə alıdığı qəlpə yarası nəticəsində şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Hüseynov Vüsal Nadir oğlu ölümündən sonra "Vətən uğrunda" medalı və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib. |
|
70 |
44 günlük İkinci Qarabağ müharibəsində qəhrəmanlıqla döyüşərək şəhidlik zirvəsinə yüksələnlərdən biri də Beyləqan rayon Qəhrəmanlı qəsəbə sakini Məmmədov Vüqar Xaləddin oğludur. Vüqar Xaləddin oğlu Məmmədov 1990-cı il yanvarın 23-də Beyləqan rayonunun Qəhrəmanlı qəsəbəsində anadan olub. Ölkəmizin ərazi bütövlüyü uğrunda başlanan Vətən müharibəsində qəhrəmanlıq göstərmiş, Azərbaycan Ordusunun giziri olan Vüqar Məmmədov Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, həmin döyüşlərdə igidliyin, cəsarətin, qorxmazlığın əsl nümunəsini yaradıb. Vüqar oktyabrın 20-də elə həmin istiqamətlərdə gedən döyüşlərdə şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Vüqar Məmmədov ölümündən sonra "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib. |
|
71 |
Şamxal Xasay oğlu Abbasov 14 fevral 1995-cı ildə Beyləqan rayonunun Kəbirli kəndində dünyaya göz açıb. 2013-cü ildə hərbi xidmətə çağırılıb. Hərbi xidmətini bitirdikdən sonra Vətənə xidmətini hərbçi kimi davam etdirməyi qərara almış və Azərbaycan Silahlı Qüvvələrinin Quru Qoşunlarında MAXE Əsgər kimi xidmət etmişdir.
Vətən müharibəsində Füzuli, Zəngilan və Qubadlı uğrunda gedən şiddətli döyüşlərdə iştirak edib. Yüksək döyüş əhval-ruhioyyəsi ilə seçilən Şamxal hərbçi kimi təcrübələrini və mükəmməl döyüş hazırlığını dəfələrlə sübut etmiş və sözün əsl mənasında düşməni öz döyüş yoldaşları ilə məhv edirmiş. O, 21 oktyabr 2020-ci ildə Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Şamxal Abbasov ölümündən sonra "İgidliyə görə", "Füzulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib. |
|
72 |
Vətən mühüribəsi zamanı şəhid olan Vətən oğullarından biri də Beyləqan rayonunun Kəbirli kəndində dünyaya göz açan Şəhid Həsənov Pərviz Yolçu oğludur. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən, Həsənov Pərviz ölümündən sonra "Füzulinin azad olunmasına görə" və "Vətən uğrunda" medalı ilə təltif edilib. |
|
73 |
Vətən müharibəsi qəhrəmanlarından olan Elçin Zalov döyüşlər zamanı düşmənin xeyli sayda canlı qüvvəsini və texnikasını məhv edib. O, Qubadlı istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.
Zalov Elçin İslam oğlu 1995-ci il iyunun 6-da Beyləqanın Dünyamalılar kəndində dünyaya göz açıb. Elçin yaşa dolduqca şəhid əmisinin qəhrəmanlıq xatirələri ilə böyüyüb. Elə kiçik yaşlarından hərbçi olmaq arzusu ilə yaşayıb. Şəhidin atası İslam Zalov deyib ki, Elçin vətənpərvərliyi ilə seçilirdi. Əmisi birinci Qarabağ müharibəsində şəhid olub. O, əmisinin qisasını almağa söz vermişdi. Erməni qəsbkrlarına böyük nifrət bəsləyən Elçin həqiqi hərbi xidmətdə olarkən ön cəbhədə Vətənin keşiyini çəkir. Hərbi xidməti başa vurduqdan sonra xidmətini davam etdirmək istəsə də, bu istəyi baş tutmur, mülki işdə çalışmağa başlayır. 2020-ci ilin İyul hadisələrindən sonra Elçin hərbi çağırışa könüllü olaraq müraciət edir. Vətən müharibəsində isə ilk çağırışda ordu sıralarına qoşulur. Vəzifəsi qumbaraatan olan Elçinin ilk döyüş yolu Füzuli istiqamətindən başlayıb. Bir çox tapşırıqların icrasını uğurla yerinə yetirib, düşmənin texnika və canlı qüvvəsini məhv edib. Daha sonra Cəbrayıl istiqamətində gedən qanlı döyüşlərdə düşmənə ağır zərbələr vurub. Oktyabr ayının 21-də isə Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Vətən müharibəsində göstərdiyi şücaətə görə Elçin ölümündən sonra “Vətən uğrunda”, “Qubdlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və "Cəsur döyüşçü" medalları ilə təltif edilib. |
|
74 |
Vətən Müharibəmizə, qələbəmizə bütün varlığını verərək şəhid olan qəhrəmanlarımızdan biri Nəsirov İlyas Arzuman oğludur. Şəhid kəşfiyyatçımız ömrünü, gününü və nəhayət canını torpağımızın, vətənimizin azadlığı uğrunda fəda etdi. O, 1985-ci il iyulun 4-də Beyləqan rayonunun Milabad qəsəbəsində anadan olub. Böyükdən kiçiyə hamının hörmət və rəğbətini qazanan qəhrəmanımızın döyüş yolu uzun və şərəfli olmuşdur.
O, Aprel döyüşlərində göstərdiyi şücayətə görə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif olunmuşdur və bu mükafatı ona İlham Əliyev şəxsən özü təqdim etmişdi. |
|
75 |
Quliyev Sehrulla Xeyrulla oğlu 1999-cu il oktyabrın 2-də Beyləqan rayonunun Birinci Şahsevən kəndində anadan olub.
Sentyabrın 24-də səfərbərlik üzrə hərbi xidmətə çağırılıb. Atası Xeyrulla Quliyevin sözlərinə görə, o, sevinərək cəbhəyə yollanıb. Çünki, qisas gününü, Qarabağ azadlığını uzun müddət gözləyirdi qəhrəman şəhidimiz. Hətta qardaşı ilə birlikdə Vətən müharibəsində torpaqlarımızın azad olunması uğrunda vuruşub.Döyüş yolu Qubadlıya qədər gedən gənc qəhrəmanımız 2020-ci il oktyabrın 21-də elə Qubadlı istiqamətində gedən döyüşlərdə şəhid olub. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə, "Vətən uğrunda", " Füzulinin azad olunmasına görə" və "İgidliyə görə" medalları ilə təltif edilib. |
|
76 |
İlqar Mehdi oğlu İsmayılov 1988-ci il avqustun 23-də Beyləqan şəhərində anadan olub. 1994-2005-ci illərdə F. Hacıyev adına tam orta məktəbdə təhsil alıb. Ailəli idi. 2 qızı yadigar qaldı.
İllərini Vətənə xidmətə həsr edən qəhrəmanımızın döyüş yolu Vətən Müharibəsindən də keçib. Azərbaycan Ordusunun çavuşu olan İlqar İsmayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Hərbçi yoldaşları ilə birgə illərin ona qazandırdığı təcrübə sayəsində döyüşlərdə xeyli üstünlük əldə ediblər. Şiddətli döyüşlərdə həmişə irəlidə gedən İlqar İsmayılovun son döyüşü Cəbrayılda oldu. O, s Cəbrayıl döyüşləri zamanı Nüzgar istiqamətində şəidlik zirvəsinə yüksəlib. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə İlqar İsmayılov ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib. |
|
77 |
Tacir Muradlı 2000-ci il sentyabrın 25-də Beyləqan rayonunun Yeni Mil qəsəbəsində anadan olub. Yaxınları qeyd edir ki, məktəb vaxtlarında Tacir həmişə şən, zarafatcıl və yüksək əhval-ruhiyəli gənc olub. Yeni Mil kənd tam orta məktəbində təhsilini başa vurduqdan sonra Tacir hərbçi kimi Vətənə xidmət etməyi seçib.
Azərbaycan Ordusunun əsgəri olan Tacir Muradlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, həmdə 2-ci Ordu Korpusunun Komandir müavini Şükür Həmidovun şəxsi mühafizə heyətinin üzvü idi. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Tacir Muradlı ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalı ilə təltif olunub. |
|
78 |
Torpaqlarımızın bütövlüyü uğrunda canından keçərək, tarixə şərəfli imzasını atan digər qəhrəmanımız Xəqani Bayramov Mamed oğludur. O, 1990-cı il noyabrın 17-də Beyləqan rayonunun Təzəkənd kəndində anadan olub. Ailəli idi, vətənə əmanət iki övladı yadigar qaldı. Azərbaycan Ordusunun giziri olan Xəqani Bayramov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Döyüşlərdən bir an belə geri çəkilməyən qəhrəmanımız oktyabrın 21-də elə Qubadlı döyüşləri zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Xəqani Bayramov ölümündən sonra "Vətən uğrunda" , "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib. |
|
79 |
İşğal altında olan torpaqlarımızın azad olunması üçün başladılan Vətən Müharibəsi vaxtı şəhid olan qəhrəmanlarımızdan biri də “Pekaşnik” ləqəbli şəhidimiz Elnur Novruz oğlu Qənbərovdur. Döyüş yoldaşları tərəfindən bu ləqəblə çağırılan Elnur Qəmbərov 8 iyun, 1990-cı ildə Beyləqan rayonunun Şərq kəndində dünyaya gəlib. Ailədə 4 uşaq olublar. 1996-cı ildə orta məktəbə daxil olub. 2017-ci ildə orta məktəbi bitirib. 2008-2010-cu illərdə həqiqi hərbi xidmətə gedib. Elnur Qəmbərov vətən qarşısında xidməti borcunu yerinə yetirdikdən sonra müddətdən artıq hərbi qulluqçu kimi bu sahədə qulluq etmək istəyib. Amma valideynləri etiraz etdiyi üçün evinə geri qayıdıb. Könüllü olaraq ordu sıralarına daxil olan Qənbərov Elnur 2020-ci il sentyabrın 27-dən başlayan, işğal altında olan ərazilərin azad edilməsi uğrunda Vətən müharibəsində savaşmış və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə əsl qəhrəmanlıq nümunəsinə çevrilmişdi. Elnur Qənbərov 25 Oktyabr elə Qubadlı uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olmuşdur. Şəhidimizin vətənə əmanət 2 övladı var. Onlar atalarının şəhid adını şərəflə daşıyırlar. Azərbaycan Respulikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Qənbərov Elnur Novruz cəsarətinə, qəhrəmanlığına, şəxsi igidliyinə görə ölümündən sonra "" Vətən uğrunda" medalı ilə təltif edilib. Şəhid qəhrəman həmçinin, "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları təltif olunub. |
|
80 |
İkinci Qarabağ savaşında Vətənin bölünməzliyi və müstəqilliyi uğrunda canından keçən qəhrəman Vətən övladlarından biri də Qoşqar Qasımovdur. O, 1995-ci il yanvarın 16-da Beyləqan rayonunun Aşağı Çəmənli kəndində anadan olub. Azərbaycan Ordusunun giziri olan Qoşqar Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Qoşqar Qasımov oktyabrın 24-də Qubadlı döyüşləri zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Qoşqar Qasımov ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları təltif edilib. |
|
81 |
Toğrul Ramil oğlu Atakişiyev 2000-ci il fevralın 25-də Beyləqan şəhərində anadan olub. 2020-ci il iyun ayının 27-də hərbi polis kursuna qəbul olub. Hərbi polis kursunu bitirdikdən sonra Lənkaran şəhərində yerləşən Hərbi Polis İdarəsində işə başlayıb.
Toğrul cəmi 20 bahar gördü. Hamı kimi qayğısız uşaqlıq çağlarını yaşadı, orta məktəbdə təhsil aldı. Bütün yaşıdları kimi onun da qəlbi şirin arzularla çağladı. Amma qeyrətli oğul kimi dərk etdi ki, arzularına yol işğalda olan torpaqlarımızı düşmən tapdağından azad etməkdən keçir. Buna görə də, Toğrul Atakişiyev öz istəyi ilə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsinə qatılıb, Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Toğrul Atakişiyev oktyabrın 21-də Hadrut döyüşləri zamanı şəhid olub. Beyləqan şəhərində dəfn olunub.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Toğrul Atakişiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. |
|
82 |
Vətən Müharibəsi başlayandan döyüşlərdə son damla qanına qədər savaşan igidlərimizdən biri də 29 yaşlı şəhid leytenant Siyavuş Muradov. Ən böyük arzusu torpaqlarımızı düşməndən azad edib, bayrağımızın həmin torpaqlarda dalğalandığını görmək idi.
Baş leytenant Muradov Siyavuş Akif oğlu 1991-ci il avqustun 5-də Beyləqan rayonunda anadan olub. Sonra ailəsi Bakıya köçüb. 192 saylı orta məktəbdə oxuyub. Orta məktəbi bitirəndən sonra Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olub. Hərbi Dəniz Qüvvələrində xidmətini başa vurandan sonra Daxili Qoşunlarda hərbçi kimi fəaliyyət göstərməyə başlayıb. Sonra Milli Ordu sıralarında zabit kimi xidmət göstərib. Şəhid Siyavuş Muradov general Polad Həşimovun tabutunu çiynində atası evinə gətirmişdi. Generalın şəhadəti Siyavuşun vətənə olan sevgisini, döyüş əzmini daha da qüvvətləndirmişdi. O, həmişə qeyd edərmiş ki, “General şəhid olursa, əsgəri niyə olmasın?” Qəhrəmanımız ən şiddətli döyüşlərə qatılmış düşməni öz silahdaşları ilə topaqlarımızdan qovmuşdur. Siyavuş oktyabrın 25-də Qubadlı döyüşləri zamanı şəhid olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1müvafiq sərəncamlarına əsasən Siyavuş Muradov ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib. |
|
83 |
İsmayılzadə Vaqif Vüqar oğlu – 1996-cı ildə Beyləqan rayonunun Şahsevən kəndində anadan olub.
Əslən Cəbrayıl rayonunun Horovlu kəndindən olan Vaqif 2014-cü ildə F.Miriyev adına Araz qəsəbə tam orta məktəbini bitirmişdir. 2016-cı ildə hərbi xidmətə getmiş, 2017-ci ildə hərbi xidməti başa vurmuşdur. Həmin ilin noyabr ayında Azərbaycanın Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsində işə başlamışdır. Hərbi polis idi və işini çox sevirdi. Hər kəsin qəhrəmanına çevrilən Vaqif İsmayılzadə Vətənin bölünməzliyi uğrunda gedən İkinci Qarabağ savaşında 20 oktyabr 2020-ci il tarixdə Füzuli rayonunun azadlığı uğrundakı döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Əsgər yoldaşlarını neytral ərazidən çıxaran Vaqifin öz nəşi üç gün neytral ərazidə qalır. 25 oktyabrda ailəsinə şəhidlik xəbəri verilir. 26 oktyabrda Beyləqan rayon məzarlığında dəfn edilmişdir.Ailəli idi, iki övladı var. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə İsmayılzadə Vaqif Vüqar oğlu ölümündən sonra “Vətən uğrunda” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilmişdir. |
|
84 |
44 günlük Vətən müharibəsi qəhrəmanı, Azərbaycan Silahlı Qüvvələrinin giziri Şirinov Elvin Elsevən oğlu 1997-ci il mart ayının 12-də Beyləqan rayonu Birinci Şahsevən kəndində anadan olub.
Bakı şəhərində Laçın rayonu 3 saylı tam orta məktəbdə təhsil alıb, 2014-cü ildə məzun olub. Uşaqlıqdan onun idmana böyük həvəsi var idi. Futbola olan marağı onun “Qarabağ” futbol komandasında azyaşlılar üçün təşkil edilmiş qrupa üzv olmasına səbəb olmuşdu. Elvin Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən qoşun kəşfiyyatı taqım komandiri müavini – qrup komandiri kursunu bitirib. O, gizir kursunu bitirmə haqqında sertifikat alıb.Hərbi xidmətdə olarkən çevikliyi, hərbi bacarğı ilə digərlərindən fərqlənib. E.Şirinov Vətən müharibəsində Füzuli rayonu istiqamətində gedən döyüşlərədə iştirak edib. Oktyabrın 26-da Füzulidə qəhrəmancasına şəhid olub.Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə gizir Şirinov Elvin Elsevən oğlu Vətən müharibəsində göstərdiyi şücaət və qəhrəmanlıqlara görə ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif olunub. |
|
85 |
Vətən və ulu torpaq uğrunda tarix yazan mərd oğullardan biri - Mahir Qərib oğlu Dadaşzadə düşmənlə döyüşdə qəhrəmanlıqla döyüşərək, Şəhidlik zirvəsinə ucalan igidimizdən biridir. Mahir Dadaşzadə 1993-cü il sentyabrın 1-də Beyləqan rayonunun Allahyarlı kəndində anadan olub.Ailəli idi. Mahir Dadaşzadə 2016-cı ilin 2–5 aprelində baş verən Aprel döyüşlərində və 2020-ci ilin 12–16 iyulunda baş verən Tovuz döyüşlərində savaşıb. Döyüş yoldaşları və komandanlıq Vətən Müharibəsində də öz hünərini göstərən, igid zabitimiz Mahir Dadaşzadənin rəhbərlik etdiyi hərbi hissənin müharibə başlayan gündən düşmənə sarsıdıcı zərbələr vurduğunu, şanlı Ordumuzun işğal altında olan torpaqları sürətlə azad etməsinə böyük töhfə verdiyini fəxarətlə qeyd edir. Belə ki, Azərbaycan Ordusunun baş leytenantı olan Mahir Dadaşzadə Vətən müharibəsi zamanı Murovun, Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mahir Dadaşzadə Vətən müharibəsində 20-dən çox yaralı hərbçini döyüş meydanından çıxarıb. Mahir Dadaşzadə Oktyabrın 26-da Füzuli döyüşləri zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Mahir Dadaşzadə ölümündən sonra " Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib. |
|
86 |
Əslən Ağdamın Mərzili kəndindən olan Məmmədov Elşad Əvəzoğlu 1990-cı ilin 7 iyulunda Beyləqan rayon Təzəkənd kəndində dünyaya gəlib. Beyləqan rayon Təzəkənd kənd orta məktəbində orta təhsilini başa vuran Elşad Məmmədov hərbi xidmətə yollanır. Müəllim olan ata-anası Elşada hərbi xidməti başa vurduqdan sonra universitetə hazırlaşmağı məsləhət görsə də, şəhdimiz "Biz niyə ata-baba yurdumuza getmirik? Axı biz qarabağlıyıq" deyib. Valideyinləri ona "İnşallah, o gün də gələcək" desə də, Elşad fikrindən dönməyib və hərbi sahəyə yönəlib. Murov zirvəsinə təyin olunan Elşad Məmmədov 5,6 il MAXE olaraq arxa cəbhədə xidmət edir. 27 sentyabrda Vətən müharibəsi başladıqdan sonra isə Murovdan ön cəbhəyə yazılmaq üçün komandirə müraciət edir. Komandir "Hələ səfərbərlik elan olunmayıb, olunsa sənin adını yazaram" desə də, Elşad bununla razılaşmayıb və könüllü ön cəbhəyə yazılıb. Komandirə isə "Atamgil zəng eləsə, burda olduğumu deyin" deyərək xahiş edib.
27 sentyabrdan könüllü olaraq ön cəbhədə döyüşlərə qatılan Elşad Məmmədov 26 oktyabrda Füzuli rayonun Əbdülrəhmanlı kəndi istiqamətində gedən döyüşlərdə şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub. |
|
87 |
Rahib İlham oğlu Hüseynov 2000-ci il aprelin 2-də Beyləqan rayonunun Birinci Şahsevən kəndində anadan olub.
Azərbaycan Ordusunun kiçik çavuşu olan Rahib Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub.Rahib Hüseynov oktyabrın 29-da Füzuli döyüşləri zamanı şəhid olub. Füzuli rayonunun Alxanlı kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığına və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Rahib Hüseynov ölümündən sonra "Vətən uğrunda" Füzulinin azad olunmasına görə", "İgidliyə görə" medalı ilə təltif edilib. |
|
88 |
Sabir Əhmədov 1989-cu il iyunun 14-də Beyləqan rayonunun Qəhrəmanlı qəsəbəsində anadan olub. 2005-2016-cı illərdə Qəhrəmanlı kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. Üç övladı yadigar qalıb. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Sabir Əhmədov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Xocavənd və Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Sabir Əhmədov oktyabrın 29-da Füzuli döyüşləri zamanı şəhid olub. Beyləqan rayonunun Qəhrəmanlı qəsəbəsində torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə Sabir Əhmədov ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib. |
|
89 |
Azərbaycanın işğalla barışmayan, öz əzəli torpaqlarını gec-tez geri qaytaracağı ümidi ilə yaşayan və bu yolda şəhidlik zirvəsinə yüksələn növbəti qəhrəmanımız Zamiq Eldar oğlu Hacıyevdir. Zamiq Hacıyev Eldar oğlu 1983-cü il noyabrın 22-də Beyləqan şəhərində anadan olub. 1990 -cı ildə akademik M.Mehdizadə adına şəhər 3 nömrəli tam orta məktəbinə daxil olub,1999-cu ildə ümumi orta təhsilini başa vurub. Azərbaycan Ordusunun baş çavuşu olan Zamiq Hacıyev Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Hadrut qəsəbəsinin, Qubadlının və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Zamiq Hacıyev oktyabrın 29-da Xocavənd döyüşləri zamanı Tuğ istiqamətində şəhid olub. Beyləqan şəhərində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi, habelə Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Zamiq Hacıyev ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib. |
|
90 |
Seyfəddin Dadaşov 1999-cu il martın 8-də Beyləqan rayonunda anadan olub. 2005-2016-cı illərdə Beyləqan rayon Mayak kənd tam orta məktəbində təhsil alıb. 2016-2020-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və İqtisadiyyat fakültəsində ali təhsil alıb. Qəhrəmanımız hətta magistraturaya qəbul olsa belə hərbi xidmətə getməyi daha üstün tutduğundan, 2020-ci il iyul ayının sonunda hərbi xidmətə başlayıb.
Azərbaycan Silahlı Qüvvələrinin Mingəçevir şəhərində yerləşən “N” saylı hərbi hissəsində xidmətə başlayıb. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi uğrunda başlanan Vətən müharibəsinə qoşulub. Suqovuşan istiqamətində gedən döyüşlərdə fəal iştirak edib. Oktyabrın 31-də Suqovuşanda gedən şiddətli döyüşlərdə şəhid olub. Beyləqan rayon Mayak kəndində dəfn edilib. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Səyfəddin Dadaşov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildib. |
|
91 |
Eltac Sədrəddin oğlu Azadlı 1992-ci il, martın 22-də Beyləqanın Dünyamalılar kəndində doğulub. iki bacının tək qardaşı idi. 1999-2010-cu illərdə Dünyamalılar kənd 1 saylı məktəbdə təhsil alıb.
Məktəbi bitirdikdən sonra hərbi xidmətə çağırılıb və Gəncə şəhərindəki hərbi hissədə 4-cü özüyeriyen artilleriya divizionunun 10-cu batareyasının 1-ci özüyeriyen artilleriya tağımında xidmət edib. 2012-ci ildə tərxis olunub. ətənin azadlığını canından da üstün tuturdu. Torpaqlarımızın işğalda olması ilə hec vaxt barışmırdı. Bu amalı uğrunda da ən uca zirvəyə ucaldı. Eltac 2020-ci il sentyabr 21-də səfərbərlik çağırışı ilə ordu sıralarına qoşulub. Vətən mübaribəsi zamanı Füzuli-Qubadlı və Xocavənd istiqamətlərində gedən döyüşlərdə fəal iştirak edib. Oktyabrın 3-də Füzuli-Qubadlı istiqamətində düşmənlə mübarizədə şəhadətə yüksəlib.Oktyabrın 31-də Dünyamalılar kəndində dəfn edilib. Şəhadətindən sonra "Xocavəndin alınması uğrunda" , "Füzulinin alınması uğrunda" , "Cəsur döyüşçü" və "Vətən uğrunda" medallarıyla təltif edilib. Fateh adlı bir oğlu Vətənə əmanətdir. |
|
92 |
200-ə yaxın erməni hərbçisini məhv edən kəşfiyyatçı Siyahim Dəmirov.
1990-cı il sentyabrın 13-də Beyləqan rayonunun Əlinəzərli kəndində anadan olan Siyahim Dəmirov 3 il yarım topçu və top komandiri kimi Azərbaycan Ordusunda xidmət edib. O, Aprel döyüşlərində Lələtəpəyə ilk bayraq sancanlardandır. Döyüşlər zamanı düşmənin canlı qüvvəsini, texnikasını, silah-sursat anbarlarını məhv edib. Onun bu bacarığını görən hərbi hissə komandiri şəhid hərbçini Xüsusi Təyinatlı Qüvvələrin hazırlandığı 6 aylıq kursa göndərib. O kəşfiyyat bölüyündə təlim aldıqdan sonra xidmətini Cəlilabadda kiçik gizir rütbəsində davam etdirib. Siyahimin peşəkarlığı sərhəd tanımayıb. Şəhid hərbçi Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illik münasibətilə “Yubiley” medalı ilə təltif olunub. Siyahim Tovuz döyüşlərinin qəhrəman kəşfiyyatçısı olub. Şücaətinə görə, komandanlıq tərəfindən fəxri fərman və təşəkkürnamələr alıb.Vətən Müharibəsi başlayan kimi könüllü olaraq cəbhəyə yollanıb və Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib. Düşmən istehkamlarının dağıdılmasında böyük xidmətləri olub. Bununla da o, Şuşanı fəth edən ilk hərbçilərdən biri kimi Azərbaycan tarixinə düşməyi bacarıb. Eyni zamanda şəhid hərbçi Daşaltı əməliyyatı zamanı düşmənin mayor rütbəli hərbçisini məhv edib, kəşfiyyatçısını əlbəyaxa döyüş zamanı boğaraq öldürüb. Ümumilikdə isə 200-ə yaxın erməni hərbçisini məhv edib. Sonda isə namərd gülləsinə tuş gələrək şəhid olub.Ölümündən sonra Siyahim Dəmirov ''Qarabağ'' ordeni, eləcə də ''Vətən uğrunda'' , “Vətən müharibəsi iştirakçısı”, ''Kəlbəcərin azad olunmasına görə'', Cəbrayılın azad edilməsinə görə”, “Şücaətə görə” və ''Xocavəndin azad olunmasına görə'' medalları ilə təltif olunub. |
|
93 |
Ərəstun Əfşan oğlu Həsənov 1990-cı il sentyabrın 10-da Beyləqan rayonunun Kəbirli kəndində anadan olub. Azərbaycan Ordusunun kiçik çavuşu olan Ərəstun Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Döyüş yolu Füzulidən başlayıb düz Şuşaya kimi uzandı qəhrəmanımızın. Bir neçə rayonun işğaldan azad olunmasında xüsusi rəşadət göstərən Ərəstun Həsənov noyabrın 3-də Qubadlı döyüşləri zamanı şəhid olub. Beyləqan rayonunun Kəbirli kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən Ərəstun Həsənov ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "İgidliyə görə" medalları ilə təltif edilib. |
|
94 |
Növbəti qəhrəmanımız Şükürov Azər Cahid oğlu Beyləqan rayonunun Birinci Şahsevən kəndində 11 fevral 1994-dü il tarixində anadan olub. Azər 44 günlük Vətən müharibəsi başlayan zaman könüllü olaraq döyüşlərə qatılıb. Yaxınlarının sözlərinə görə, müraciətinə baxmayaraq onu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən çağırmasalar da, cəbhə bölgəsinə hələlik aparmaq istəməsələr də, qəhrəmanımız xeyli təkid etdikdən sonralə döyüşə yollana bilib. Döyüşlərə qatılan kimi şücaət göstərən Azər düşmən gülləsinə tuş gələrək Qubadlıda şəhid olub. Göstərdiyi qəhrəmanlıqlara görə, "Vətən uğrunda" , "Cəsur döyüşçü", Qubadlının və Cəbrayılın azad olunmasına görə medalları ilə təltif edilib. |
|
95 |
Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədə payı olan şəhid Abdullayev Vüsal Şakir oğlu 1986-cı il martın 15-də Beyləqanın Sarısu qəsəbəsində anadan olub. Vüsal Abdullayev vətənpərvərlik dolu həyat yolu keçib. Vətənə sadiqliyi ilə seçilən Vüsalın 44 günlük Vətən Müharibəsində göstərdiyi qəhrəmanlıqları onu tanıyanlar tərəfindən həmişə qeyd edilir. Onun döyüşlərdə bir çox uğurlu tapşırıqda və əhəmiyyətli ərazilərin işğaldan azad olunmasında mühüm rolu olduğu qeyd olunur. Füzulidən Qubadlıya kimi döyüş yolu keçən Vüsal noyabrın 4-də Qubadlı şəhəri uğrunda gedən döyüşdə şəhid olub. Qeyd edək ki, Vüsal Abdullayev döyüşlərdə göstərdiyi xüsusi igidlik və rəşadətə görə “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub. |
|
96 |
44 Vətən Müharibəsində dastan yazan oğullarımızdan biri də şəhid Əlizamin Həmid oğlu İsgəndərovdur. Əlizamin İsgəndərov 6 dekabr 1977-ci ildə Beyləqan rayonunun Milabad qəsəbəsində anadan olub.
1984-1996-cı illərdə Milabad qəsəbəsi tam orta məktəbində təhsil alıb. Güləş idman növü ilə məşğul olub. Bir çox yarışların qalibi olan Əlizamin həyatını hərb sənətinə bağlayıb. Əlizamin İsgəndərov 1996-1999-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Hərbi xidməti zamanı müdafiə naziri Səfər Əbiyevin mühafizə xidmətinin üzvü olub. 2006-cı ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi və Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində rabitəçi olaraq xidmət edirdi. 2016-cı ildən müqavilə əsasında Kəşfiyyat Manqasının Komandiri idi.Azərbaycan Ordusunun çavuşu olan Əlizamin İsgəndərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Xüsusi Təyinatlı Qüvvələrin tərkibində Hadrut qəsəbəsinin, Füzulinin, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Bu döyüşlər zamanı 3 dəfə yaralansa da geri qayıtmayıb. Əlizamin İsgəndərov noyabrın 5-də Şuşa döyüşləri zamanı Daşaltı istiqamətində şəhid olub. Beyləqan rayonunun Milabad qəsəbəsində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə“Vətən uğrunda” medalı,”Qubadlının azad olunmasına görə” medalı ,“Füzulinin azad olunmasına görə” medalı,”Xocavəndin azad olunmasına görə” medalı,”Şuşanın azad olunmasına görə” medalı , “Cəsur döyüşçü” medalı ilə təltif edilib. |
|
97 |
44 günlük İkinci Qarabağ müharibəsində qəhrəmanlıqla döyüşərək şəhidlik zirvəsinə yüksələnlərdən biri də Məmmədov Emin Fazil oğludur. O, 1997-ci ilin oktyabr ayının 11-də Beyləqan rayonunun Birinci Şahsevən kəndində anadan olub.
Emin uşaqlıqdan vətənə, torpağına sevgi ilə böyümüşdür. O,həmişə hərbiçi olacağını deyirdi. 2016-ci ildə Fazil Miriyev adına Araz qəsəbə tam orta məktəbin 11-ci sinfini bitirən Emin məzun günündə bayrağımızı məktəbinin ən uca yerindən asmış, sonra isə fəxrlə hər zaman bayrağımızı ucaldacağını söyləmişdir. Qorxmazlığı və şücaəti ilə adını tariximizin şanlı səhifəsinə yazan əsgər Məmmədov Emin Fazil oğlu ölümündən sonra “Vətən uğrunda” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilmişdir. |
|
98 |
Şəhid Məmmədov Mürşüd Zülfüqar oğlu 1998-ci il iyulun 27-də Beyləqan rayonunun Birinci Şahsevən kəndində anadan olub.
O, 2004-cü ildə Əli Rüstəmov adına Birinnci Şahsevən kənd 2 nömrəli tam orta məktəbin 1-ci sinfinə qəbul olub. 2015-ci ildə həmin məktəbin 11-ci sinfini bitirib, daha sonra hərbi xidmətə yollanan Mürşüd xidmət etdiyi dövrdə öz nizam-intizamı ilə seçilib, bacarığı, təşəbbüskarlığı və vətənpərvərliyi ilə fərqlənib. Milli Qəhrəman general-mayor Polad Həşimovun şəhadətindən sonra o, “Generalı şəhid olan ölkənin əsgəri evdə otura bilməz” – deyərək 44 günlük Vətən Müharibəsində savaşmaq üçün könüllü olaraq ordu sıralarına qoşulur və xidmət etdiyi hərbi hissənin tərkibində döyüşlərə qatılır.Döyüş yolu Füzulidən başlayan qəhrəmanımız bir çox ərazilərimizin işğaldan azad olunmasında xüsusi fədakarlıqlar göstərib. Füzuli, Cəbrayıl və Qubadlı rayonlarında uğurlu döyüş əməliyyatlarında iştirak edib. Oktyabrın 21-də yaxınlığına düşən minomyot mərmisindən qəlpə yarası almış, tam sağalmasa da, öz istəyi ilə bir neçə gün sonra yenidən cəbhəyə qayıtmışdır. Noyabrın 5-də növbəti döyüşdə düşmənə xeyli itki verən qəhrəmanımız snayperlə vurularaq şəhidlik zirvəsinə ucalıb. O, noyabrın 6-da Birinci Şahsevən kəndində uğrunda canını fəda etdiyi Vətən torpağına tapşırılıb. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra "İgidliyə görə", "Vətən uğrunda" və "Cəsur döyüşçü" və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib. |
|
99 |
İmaməddin Abdullazadə 1996-ci il avqustun 4-də Beyləqan rayonunun Kəbirli kəndində anadan olub. 2002-ci ildə məktəbə qədəmlərini qoyan İmadəddin uşaqlıqdan hərbçi olmaq arzusu ilə yaşayıb.
2014-cü ildə Qazax rayonuna müddətli həqiqi hərbi xidmətə yollanıb. 2016-cı ildə Aprel döyüşlərində iştirak edib. Əsgərliyini başa vurub geri qayıtdıqdan təxminən üç ay sonra yenidən cəbhəyə yollandı, o, hərbçi olmağı qərara almışdı. Belə ki, Beyləqan rayonu N saylı hərbi hissəsində kəşfiyyatçı kimi xidmət etməyə başlayıb. YAxınları qeyd edir ki, qəhrəman şəhidimiz döyüşlərdə başına üzərində qurandan ayələr olan çalma bağlayıb. Bu çalmaya görə də döyüş yoldaşları ona "Çalmalı" ləqəbi ilə müraciət ediblər və dəfələrlə yaralanmasına baxmayaraq, döyüşü davam etdirib. O, noyabrın 5-də Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub.Qeyd edək ki, İmaməddin Abdulalzadə Füzuli, Hadrut, Xocavənd, Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşub. Sonuncu döyüşü Şuşada Daşaltı kəndində olub və həmin döyüşdə şəhidlik zirvəsinə yüksəlib. Ölümündən sonra “Vətən uğrunda” , "Qubadlının azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalı və nəhayət "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunub. |
|
100 |
Adı kimi özü də qəhrəman olan Rzayev Qəhrəman Bəhmən oğlu 16.10.1996-cı ildə Beyləqan rayonu Kəbirli kəndində anadan olub. 44 günlük Vətən Müharibəsi başlayan zamanı bir sıra yaşayış məntəqələrinin işğalçı, terrorçu düşməndən azad olunmasında fəal iştirak edən Rzayev Qəhrəmanın döyüş yolunu Qubadlı rayonuna qədər davam etdirib. Adının haqqını verən QƏhrəman son damla qanına qədər savaşıb. Döyüş yoldaşları onu həmişə cəsurluğu və düşmənə qarşı nifrəti ilə seçildiyini qeyd edirlər. Son döyüşünü Qubadlıda edən Qəhrəman 7 noyabrda şəhidlik zirvəsinə ucalıb. Beyləqan rayonu, Kəbirli kənd Şəhidlər xiyabanında dəfn edilib. Rzayev Qəhrəman Bəhmən oğlu Vətən müharibəsində göstərdiyi şücaət və qəhrəmanlıqlara görə “Vətən uğrunda”, “ Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub. |
|
101 |
Düşşmənə dərs keçən müəllim- Şəhid Quliyev Əvdil Qardaşxan oğlu. O, 1972-ci il iyulun 31-də Beyləqan rayonunun Təzəkənd kəndində anadan olub. Ali təhsilini Kənd Təsərüffatı Akademiyasında (indiki Gəncə Dövlət Aqrar Universiteti) aldıqdan sonra həqiqi hərbi xidmətdə olub. Ali məktəbi leytenant olaraq başa vurduğundan 1996-cı ildə həqiqi hərbi xidmətə zabit olaraq başlayıb. 2000-ci ilə qədər Tovuzda taqım komandiri vəzifəsində xidmət edib və baş leytenant rütbəsi alıb. Hərbi xidmətdən tərxis olunaraq evinə qayıdıb və ailə həyatı qurub. Yoldaşı ilə birgə Ə.Məmmədov adına Təzəkənd kənd tam orta məktəbində çiyin-çiyinə çalışan qəhrəman şəhidimiz “Gənclərin çağırışaqədərki hazırlığı” fənnini tədris edib. Vətən Müharibəsi başlayan zaman könüllü olaraq ordu sıralarına geri döndü. Cəbhədən-cəbhəyə irəliləyərək Füzuli, Cəbrayıl, Xocavənd, Qubadlı istiqamətlərində döyüşdü. İllərdir işğal altında olan torpaqlarda qarış-qarış irəliləyən Azərbaycan Ordusunun sıralarında Əvdil müəllim də vardı. Dəfələrlə mühasirəyə düşsə də, ağıllı qərarları və seçdiyi döyüş taktikaları ilə gözlənilməz vəziyyətlərdən çıxmağı bacardı. Qəhrəmanlığı ilə əsgərlərinə örnək oldu. Onları da çıxılmaz situasiyalardan sağ-salamat qurtardı. Əvdil Quliyev noyabrın 7-də Şuşakənd istiqamətində gedən döyüşlərdə şəhid olan zabit yoldaşına kömək etmək istəyərkən düşmən tərəfindən açılan snayper atəşi ilə şəhid olub. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Əvdil Quliyev ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə”, “İgidliyə görə” medallar və “Vətənə xidmətə görə” 3-cü dərəcəli orden ilə təltif edilib. |
|
102 |
“Şuşa, gözlə, gəlirəm” deyib müharibəyə yollanan qəhrəman, şəhid Həsənzadə Famil Şiraslan oğlu. 22 mart 1994-cü ildə Beyləqan rayonunun Kəbirli kəndində anadan olub. 2011-ci ildə Kəbirli kənd orta məktəbinin 11-ci sinfini bitirib.
2011-2012-ci illərdə həqiqi hərbi xidmətdə olub. 2014-cü ilin mart ayından Müddətdən Artıq Hərbi Xidmət qulluqçusu kimi, Azərbaycan Ordusu sıralarında xidmətə başlayıb. Minaatan komandirləri kursunu bitirib. 2014-cü ilin fevral ayından "N" saylı hərbi hissənin minaatan taborunda minaatan komandiri vəzifəsində xidmətə başlayıb. 2020-ci ilin sentyabrın 25-də xüsusi kursu bitirərək gizir rütbəsi alıb. İkinci Qarabağ Müharibəsinin ilk günündən qardaşı ilə birlikdə döyüşə başlayıb - Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı və Xocavənd rayonlarının işğaldan azad olunmasında qəhrəmancasına döyüşüb. Qəhrəman gizirimiz keçdiyi 42 günlük döyüş müddətində bir dəfə də olsun döyüş mövqeyindən çəkilməyib. Gizir Famil Həsənzadə Şuşa şəhəri uğrunda gedən qanlı döyüşlərdə, noyabr ayının 8-də Sığnaq kəndində qəhrəmancasına şəhid odub. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Əvdil Quliyev ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
|
|
103 |
44 günlük müharibənin 43 yaşlı şəhidi-Hikmət Babaşov. 1977-ci il fevralın 3-də Beyləqan rayonunun Milabad qəsəbəsində anadan olmuşdur. 1983-1994-cü ildə Beyləqan rayonu Milabad qəsəbə tam orta məktəbində təhsil almışdır. Hikmət Babaşov 1994-cü ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq hərbi xidmət etmiş, mühəndis-istehkamçı kimi hərbi fəaliyyətinə davam etmişdir. Hərbi xidmət müddətində 2016-cı ilin aprelin 2-dən 5-nə qədər davam edən Aprel döyüşlərində yaxından vuruşmuş, fərqlənmiş və ağır yaralanmışdır. Azərbaycan Ordusunun kiçik çavuşu olan Hikmət Babaşov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşmışdır. Hikmət Babaşov noyabrın 8-də Qubadlı döyüşləri zamanı şəhid olmuşdur. Şəhid Hikmət Babaşov müharibədəki xidmətlərinə görə ölümündən sonra "Vətən uğrunda" , "Füzulinin azad olunmasına görə" , "Cəbrayılın azad olunmasına görə" , "Qubadlının azad olunmasına görə" medalları və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib. |
|
104 |
Vətənə olan sevgisi qarşısında şüurlu şəkildə ölümü gözəalaraq şəhid olan qəhrəmanlarımızdan biri də Qara Nəsirovdur.
Qara Eldəniz oğlu Nəsirov 5 yanvar 1999-cu ildə Beyləqan rayonunda dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanmışdır. Hərbi xidmət müddəti bitəndə mülki şəxs olaraq fəaliyyətini davam etdirmişdir.Azərbaycan Ordusunun əsgəri olan Qara Nəsirov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Xocavənd döyüşlərində vuruşmuşdur. 7 noyabr 2020-ci ildə Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Qara Nəsirov ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub. |
|
105 |
Hüseynov Zaur Eldar oğlu 20.03.1992-ci ildə Beyləqan rayonu İmamverdilər kəndində anadan olmuşdur. 29 sentyabrdan Vətən müharibəsinə könüllü olaraq qoşulmuşdur. Hərbçi qardaşı ilə birgə çiyin-çiyinə Vətənimizin bütövllüyü uğrunda savaşıb. Qəhrəman şəhidimiz Zaur Cəbrayil va Qubadlı uğrunda döyüşdə igidliyi ilə xatirələrdə qalib. 9 noyabrda Qubadlı rayonu Qurbantəpə kəndində döyüşlar zamanı qəhrəmanlıqla şəhid olub. Zaur Hüseynov ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın işğaldan azad olunmasına görə ”, “Qubadlının işğaldan azad olunmasına görə” medalları ilə təltif olunub. |
|
106 |
Elvin Məmmədov 1988-ci il sentyabrın 5-də Beyləqan rayonunun Milabad qəsəbəsində anadan olub. Ailəli idi. 2 oğlu Vətənə yadigar qaldı. Vətənə ömrünü, gününü və nəhayət canını verən Elvin Vətən müharibəsi başlayan gündən döyüşlərdə iştirak edib. Onu tanıyanlar qeyd edir ki, Elvin çox qorxmaz və mərd insan idi. Döyüşlər ərəfəsində həmişə ailəsinə şəhid olsa başlarını dik tutmalarını və heç vaxt ağlamalarını qeyd edib, sanki bu uca məqama yüksələcəyini bilirdi. Məmmədov Elvin Dayandur oğlu Vətən müharibəsi zamanı Füzulinin, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elvin Məmmədov noyabrın 8-də Şuşa döyüşləri zamanı şəhid olub. Vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Elvin Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı, "Qubadlının azad olunmasına görə" medalı , "İgidliyə görə" medalı, "Füzulinin azad olunmasına görə" medalı və "Şuşanın azad olunmasına görə" medalı təltif edilib. |
|
107 |
Əsədov Tural Sərvan oğlu 1990-cu il martın 2-də Beyləqan şəhərində anadan olub. 2008-ci ildə həqiqi hərbi xidmətdə olan Tural Əsədov 2011-ci ildə ailə həyati qurub. İki qız övladi var. Azərbaycan Ordusunun əsgəri olan Tural Əsədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tural Əsədov noyabrın 9-da Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Tural Əsədov ölümündən sonra "Vətən uğrunda","Füzulinin azad olunmasına görə","Şuşanın azad olunmasına görə" və "Döyüşdə fərqlənməyə görə" medalları ilə təltif edilib. |
|
108 |
Azərbaycan Ordusunun baş giziri Ramil Qardaşxan oğlu Yunisov 1977-ci il mayın 26-da Beyləqan rayonunun Yeni-Mil qəsəbəsində anadan olub. Artilleriya divizyonunun tibb məntəqəsi sürücüsü olan Ramil Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib. Ramil Yunusov Vətən müharibəsi zamanı 08 noyabr 2020-ci ildə Şuşa istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən Ramil Yunisov ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "İgidliyə görə" və “Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” medalı ilə təltif olunub. |
|
109 |
44 günlük Vətən Müharibəsində xüsusi qəhrəmanlıq göstərən hərbçilərimizdən biri də Mikayıl Vidadi oğlu Mikayılzadədir.
Mikayıl Mikayılzadə 1992-ci il yanvarın 4-də Beyləqan rayonunun Şərq qəsəbəsində anadan olub. Ailəli idi. Bir oğlu yadigar qaldı. |
|
110 |
Qarabağı azadlığa qovuşduran müqəddəs şəhidlik məqamına yüksələn neçə-neçə cəsur, mərd qəhrəmanlar oldu. Bu qəhrəmanlardan biri də Azərbaycan Ordusunun əsgəri Hüseynli Elxan İsrayıl oğludur. O, 1999-cu il aprelin 4-də Beyləqan rayonu Yuxarı Kəbirli kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Elxan Hüseynli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başladılan Vətən müharibəsində iştirak edib. Cəbrayılın, Füzulinin, Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub, döyüş yoldaşları ilə birgə düşmənə sarsıdıcı zərbələr endirib. Elxan Hüseynli 9 noyabr 2020-ci ildə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən Elxan Hüseynli ölümündən sonra "Vətən uğrunda" "Cəbarayılın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib. |
|
111 |
Əslən Cəbrayıldan olan Tural Ədil oğlu Bayramlı 1996-cı il, fevralın 10-da Beyləqan rayonunun Qəhrəmanlı qəsəbəsində doğulub. 2003-cü ildə Cəbrayıl rayonunun Daştumas kəndindəki tam orta məktəbə daxil olub. 2014-cü ildə oranı bitirib. 2014-cü ildə Cəbrayıl rayon Hərbi komissarlığından həqiqi hərbi xidmətə çağırılıb. Aprel döyüşlərində böyük şücaətlə iştirak edib. 2016-cı ildə hərbi xidməti bitirib. Ailəsinin yanına qayıtsa da, Vətən eşqi qəhrəmanımızı yenidən səngərlərə səsləyib. 2016-cı ildə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hacıqabul şəhərində yerləşən Hərbi Hissəsinin Xüsusi Təyinatlı Dəstəsində müddətdən artıq xidmətə başlayıb. 2020-ci ilin noyabr ayının 9-da Şuşada gedən döyüşlərdə düşmənlərə qan udduran igidimiz Şəhidlik zirvəsinə ucalıb. Döyüş əməliyyatları zamanı yüksək peşəkarlıqla hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən Tural Bayramlı ölümündən sonra "Şuşanın azad olunmasına görə" və "Vətən uğrunda” medalı ilə təltif edilib. |
|
112 | Abbaslı Hikmət Zahir oğlu 18 yanvar 1999-cu il tarixində Beyləqan şəhərinddə anadan olmuşdur. 2006-2016-cı illər ərzində Fərman Hacıyev adına 2 saylı məktəbdə təhsil almışdır. Məktəbi bitirdikdən sonra Bakı Dövlət Humanitar Kollecinə daxil olmuşdur. 2017-ci il 19 yanvar tarixində həqiqi hərbi xidmətə çağırıldığı üçün kollecdə olan təhsilini dondurmuşdur. Hərbi xidmətini Naxçıvan Muxtar Respublikasında keçmişdir. Tovuz hadisələri zamanı Ali baş komandanın çağırışı ilə könüllü olaraq ordu sıralarına yazılaraq 20 avqust tarixində Müddətdən artıq həqiqi hərbi qulluqçu kimi fəaliyyətə başlamışdır. Hikmət 24 sentyabr 2020-ci il tarixindən təlimlərə, 27 sentyabr 2020-ci il tarixində Vətən müharibəsi başlayanda isə dərhal cəbhəyə yollanmışdır. Füzuli, Hadrut, Cəbrayıl, Daşaltı və Suşa istiqamətində gedən döyüşlərdə qəhrəmancasına iştirak etmişdir. Hikmət Abbaslı Zahir oğlu 9 noyabr 2020-ci il tarixində Şuşada ətrafında Şəhidlik zirvəsinə ucalmışdır. 11 noyabr 2020-ci il tarixində Beyləqan rayonunda Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Hikmət Abbaslı ölümündən sonra "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə" , "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" "Xocavəndin azad olunmasına görə” və "İgidliyə görə" medalı ilə təltif edilib | |
113 |
Vətən Müharibəsində qəhrəmancasına savaşaraq şəhidlik zirvəsinə ucaladan digər igidimiz Fərid Güloğlan oğlu Vəliyevdir. O, 1993-cü il sentyabrın 1-də Beyləqan rayonunun Əhmədli kəndində anadan olub. Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının əsgəri olan Fərid Vəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.Döyüş yoldaşları və yaxınları qeyd edir ki, Vəliyev Fərid xüsusi peşəkarlığı və şücaəti ilə fərqlənib, düşmənə aman verməyib. Qəhrəmalıq dastanı yazan Fərid Vəliyev noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Fərid Vəliyev ölümündən sonra "Vətən uğrunda" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib. |
|
114 |
44 gün döyüş yoldaşları ilə tarixə yeni və parlaq bir səhifə açan lakin, müharibənin son saatlarında şəhid olan Bəyişli Elgün Teyuf oğlu 1996-cı il martın 6-da Beyləqan rayonu Təzəkənd kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Elgün Bəyişli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı vuruşub. Şuşaya qədər bir-bir torpaqlarımızı işğaldan azad edən qəhrəman Elgün Bəyişli noyabrın 10-da Şuşa şəhəri istiqamətində gedən hərbi əməliyyatlar zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən Elgün Bəyişli ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "İgidliyə görə", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib. |
|
115 |
Niyaməddin Məhərrəmov Beyləqan rayonunun Eyvazalılar kəndində doğulub. Hələ kiçik yaşlarından Vətənə böyük sevgisi olub. Hər bir azərbaycanlı kimi onu da daim torpaqların azad olunması düşündürüb. Odur ki, sentyabrın 27-də Vətən müharibəsi başlayanda könüllü olaraq döyüşlərdə iştirak edib. Müharibənin ilk günündən düşmənin müdafiə xəttinin yarılmasında qəhrəmanlıqla döyüşüb. Füzuli, Cəbrayıl, Xocavənd istiqamətində gedən döyüşlərdə şücaət göstərib. Niyaməddin Məhərrəmov ailəli idi. İki azyaşlı övladı Ayan və Ayxan Vətənə əmanət qaldı. Müharibəyə gedən gün həyat yoldaşının ona ünvanladığı "Bəs uşaqların taleyi neçə olacaq" sualına “Vətən mənə övladlarımdan da şirindir. Biz anamızı, bacımızı, Vətənimizi qorumuruqsa, bu torpaqda biz niyə gəzirik?! “ Deyə cavab verib Niyaməddin Məhərrəmov. Niyaməddin Məhərrəmov ön xətdə düşmənlə üzbəüz savaşmış, oktyabrın 6-da Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Prezident İlham Əliyevin sərəncamlarına əsasən "Vətən uğrunda», «Cəbrayılın azad olunmasına görə», «Füzulinin azad olunmasına görə» və «Xocavəndin azad olunmasına görə» medallarla ölümündən sonra təltif edilib. |
|
116 |
Elgün Yedulla oğlu Yunusov 1986-cı il iyunun 30-da Beyləqan rayonunun Yeni Mil kəndində anadan olub. Vətən, torpaq sevgisi Elgünü hərbçi olmağa sövq etdi. Gün Qarabağın azadlığı üçün gəldikdə o da döyüş yoldaşlarıilə birgə irəli atıldı. Ona tapşırılan ən çətin tapşırıqların öhdəsindən məharətlə gələn Elgün xüsusi döyüş bacarığı və şüacəti ilə fərqlənirdi. Müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olan Elgün Yunusov Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. QƏhrəmanımız elə Murovdağ döyüşləri zamanı qəhrəmancasına şəhid olub, amma təəssüf ki, nəşi erməni tərəfində qalıb. Noyabrın 10-da imzalanan üçtərəfli bəyanatın 8-ci maddəsinə (Hərbi əsirlərin və digər saxlanılan şəxslərin və ölülərin cəsədlərinin mübadiləsi aparılır) əsasən şəhidimizin nəşi qarşı tərəfdən götürüldü və ailəsinə təhvil verildi. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Elgün Yunusov ölümündən sonra "Vətən uğrunda""Füzulinin azad olunmasına görə", İgidliyə görə" medalları ilə təltif edilib. |
|
117 |
Elnur Ramiz oğlu Xəlilov 1990-cı il aprelin 21-də Beyləqan rayonunun Bolsulu qəsəbəsində anadan olub. Ailəli idi. 2 övladı yadigar qalıb. Elnur Xəlilov 2013-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Daha sonra isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edib. 2016-cı ilin Aprel döyüşlərində savaşıb. Azərbaycan Ordusunun kiçik çavuşu olan Elnur Xəlilov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərib. Elnur Xəlilov sentyabrın 27-də Füzuli döyüşləri zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Elnur Xəlilov ölümündən sonra "Vətən uğrunda""Füzulinin azad olunmasına görə", İgidliyə görə" medalları ilə təltif edilib. |
|
118 |
Maarif Məmmədov 1986-cı ildə Beyləqan rayonunun Təzəkənd kəndində anadan olub. Ürəyi Vətən eşqi ilə döyünən Maarif gələcəkdə hərbçi olmaq arzusu ilə yaşayıb. Həqiqi hərbi xidmətini yerinə yetirdikdən sonra bir müddət mülki işlərdə çalışsa da, yenidən hərbçi olmaq üçün müraciət edib. Aprel döyüşlərində göstərdiyi şücaətə görə fəxri fərmanla təltif olunub. Hərbin sirlərinə peşəkarcasına yiyələnən Maarif 2020-ci ildə baş gizir rütbəsinə qədər yüksəlib. Vətən müharibəsində də döyüşə ilk atılanlardan olub. Füzulidən Şuşaya qədər döyüş yolu keçən Maarif əsl qəhrəmanlıq nümayiş etdirib. Noyabrın 5-də Şuşa uğrunda gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb. Məmmədov Maarif Məmməd oğlu döyüşlərdə göstərdiyi şücaətə görə “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. |
|
119 |
Toğrul Xudiyev 1999-cu il dekabrın 29-da Beyləqan rayonunun Qəhrəmanlı qəsəbəsində anadan olub. Subay idi. Yaşının az olmasına baxmayaraq igidliyi və vətənpərvərliyi ilə seçilən, Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan qələbəmizin qazanılmasında payı olan igid oğullarımızdan biri olan Torğul Habil oğlu Xudiyev torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən Müharibəsində Füzuli, Xocavənd, Şuşa uğrunda gedən döyüşlərdə döyüşüb. 9 noyabr 2020-ci il tarixdə Şuşa döyüşləri zamanı qəhrəmancasına şəhid olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğurunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün , döyüş əməliyyatlarında göstərdiyi şəxsi igidliyə, şücaətə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamları ilə ölümündən sonra “Vətən uğurunda”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə ” medalları ilə təltif edilib. |
|
120 |
44 günlük Vətən müharibəsinin qəhrəman övladlarından biri də İbrahim Əsgərovdur. Əsgərov İbrahim Məzahir oğlu 27 oktyabr 1995-ci ildə Beyləqan rayonunda dünyaya gəlib. O, Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət edirdi. Füzuli rayonunda xidmət edən İbrahim Əsgərov 27 sentyabrda düşmən təxribatı başlayanda döyüş meydanına ilk atılanlardan olub. Taqım komandiri olan qəhrəmanımız Füzuli, Ağdam, Ağdərə və Xocavənd rayonlarında gedən ağır döyüşlərdə iştirak edib. İbrahim 6 noyabr 2020-ci ildə Xocavənd rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhid olmuşdur. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, İbrahim Əsgərov ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib. |
|
121 |
18 yaşında 30-dan çox düşmən məhv edən igid- Bayramov Səddam Ələddin oğlu. Səddam Ələddin oğlu Bayramov 2002-ci ildə Beyləqan rayonunun Təzəkənd kəndində anadan olub. Hələ uşaq yaşlarından həmyaşıdlarından bir çox xüsusiyyətləri ilə fərqlənib. Səddam hərbi xidmətə getməyi də səbrsizliklə gözləyirdi. O,2020-ci ilin yanvarın 29-da 18 yaşı tamam olan gün hərbi xidmətə yollanıb. Səddam cəbhə bölgəsində böyüyən digər uşaqlar kimi işğal altında olan torpaqlarımıza daim maraq göstərib. Bəlkədə elə bu maraq Səddamın qısa ömründə onu daim izləyib. Vətən Müharibəsinin başladığını eşidəndə ailəsindən xəbərsiz cəbhəyə yollanıb. 27 sentyabrdan 15 oktyabradək Tərtər rayonunun Suqovuşan qəsəbəsi istiqamətində gedən döyüşlərdə iştirak edib və Suqovuşanın düşmən tapdağından azad edən qəhrəmanlarımızdan biri kimi adını tarixə yazıb. 18 yaşlı Səddam döyüşlərdə 30-dan çox erməni məhv edib Oktyabrın 15-dən 16-na keçən gecə döyüşlərdə onlarla ermənini məhv edən Səddam yaralı əsgər yoldaşlarını və komandirni döyüş bölgəsindən çıxararkən şəhidlik zirvəsinə ucalıb. Vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə - Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin sərəncamı ilə"Vətən uğrunda"medalı ilə təltif edilmişdir. |
|
122 |
Tahirov Rəşid Loğman oğlu 1989-cu ildə Beyləqan rayonunun Qaradağlı kəndində dünyaya göz açıb. Onun uşaqlıq illərində ata-baba yurdu işğal altına düşsə də, Rəşid ötən illər ərzində torpaqlarımızı azad etmək arzusu ilə yaşayıb. Hələ yeniyetmə çağlarından vətənpərvərliyi, qorxmazlığı ilə fərqlənib, böyükdən-kiçiyə hər kəsin sevgisini qazanmışdı. Vətən müharibəsində könüllü olaraq iştirak edən Rəşid Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. İşğal altında olan torpaqlarımızın azad ediləcəyi günü səbirsizliklə gözləyən Rəşid Tahirov Vətən müharibəsində bu arzusu uğrunda qəhrəmanlıqla savaşaraq şəhidlik məqamına yüksəldi. Rəşid Tahirov 6 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qarşı tərəfin artilleriya atəşi nəticəsində şəhid olmuşdur. Rəşid Tahirov döyüşlərdə göstərdiyi şücaətə görə “Vətən uğrunda” və “Füzulinin azad olunmsına görə” medalları ilə təltif olunub. |
|
123 |
44 günlük Vətən müharibəsində tarix yazan,ölümü ilə ölümsüzlüyə qovuşan digər şəhidimiz Abdullayev Hikmət Şaiq oğludur. Abdullayev Hikmət Şaiq oğlu 20 sentyabr 1998-ci ildə Beyləqan rayonunun 1-ci Şahsevən kəndində anadan olub. Hikmət Vətən müharibəsi başlayan zamanı bir neçə vacib məntəqnin işğaldan azad olunmasında yaxından iştirak etmiş, əsl igidlik və mərdlik simvoluna çevrilmişdir. Şəhidimizin döyüş yoldaşları onu qorxmaz, ölümün gözünə dik baxan igid kimi xarakterizə edirlər. Abdullayev Hikmət Şaiq oğlu Zəfər istiqamətində uzun bir yol qət etsə də, Şuşa istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Sərəncamına əsasən Hikmət Abdullayev ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib. |
|
124 |
“Müəllim ləqəbli kəşfiyyatçı son gülləsinə qədər vuruşdu. Xeyli düşməni məhv etdi. Canından çox sevdiyi Vətəni uğrunda şəhid oldu". Söhbət Vətənin bütövlüyü uğrunda canından keçən Məmmədli İmran Cahangir oğlundan gedir. İmran Məmmədli 1985-ci il avqustun 9-da Beyləqan rayonunun Birinci Şahsevən kəndində anadan olub. Hərbçi yoldaşları onu "müəllim" deyə çağırıblar. Çünki ali təhsilli idman müəllimi idi və taekvondo ilə məşğul olurdu. Hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq hərbi qulluqçu kimi xidmətini davam etdirib. Müqaviləsi bitdikdən sonra bir müddət uşaqlara məktəbdə hərbi təlim keçib. Şagirdlərinin sevimlisi, onlara hərb elminin sirlərini, torpaq uğrunda döyüşməyi öyrədən, əsil kişilik nümunəsi göstərən, ürəyi Vətən sevdalı bir müəllim - dərs dediyi məktəblilər isə onu bu cür xatırlayır. Hələ 2016-cı ildə çağdaş Azərbaycan tarixinin aprel döyüşləri səhifəsi yazılarkən İmran Məmmədli də sözügedən döyüşlərə qatılıb öz döyüş əzmkarlığını, məsuliyyətini göstərmiş, əsl döyüşçü kimi qəhrəmanlıq nümayiş etdirmişdir. Vətən Müharibəsi başlayan zaman İmran Məmmədli Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl rayonlarının işğaldan azad olunmasında iştirak edib. O, oktyabrın 25-də Füzuli istiqamətində gedən qızğın döyüşlərdə qəhrəmancasına şəhid olub. Ondan iki qız və iki oğlan övladı Vətənə yadigar qalıb . Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün İmran Məmmədli ölümündən sonra "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib. |
|
125 |
6 medallı qəhrəman gizir- Qasımov Faiq Mayıl oğlu Qasımov Faiq Mayıl oğlu 27 noyabr 1983-cü ildə Beyləqan rayonunun Bolsulu kəndində anadan olub. Azərbaycan Ordusunun giziri olan Faiq Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Faiq Qasımov noyabrın 9-da Şuşa döyüşləri zamanı şəhid olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsəsən Qasımov Faiq Mayıl oğlu ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə" , "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub. Yəni, qalib qəhrəmanımız uğrunda şəhidliyə yüksəldiyi mübarizədən düz 6 medalla ayrılıb. |
|
126 |
Vətənin bölünməzliyi və müstəqilliyi uğrunda canından keçən qəhrəman Vətən övladlarından biri də Fərzəlizadə Emin Fərman oğludur. O, 1995-ci ildə Beyləqan rayonunun Yeni-Mil qəsəbəsində anadan olub. Kiçik yaşlarında hər kəsin sevimlisi olan , Vətən və millətinə bağlı olan, hərbçi olmağı, vətənə, xalqa xidmət etməyi özünə hər daim şərəf bilən Emin elə həmin il sənədlərini müddətdən artıq xidmət üçün Milli Orduya təqdim etdi. Nizam və intizami ilə xüsusilə seçilən Emin 3 il hərbi post rəhbəri olub. İkinci Qarabağ müharibəsi başlayan zamandan onun iştirakçısına çevrilib bir sıra gərgin döyüşlərə ürəklə atılıb, Füzulinin, Cəbrayılın, Hadrutun, Qubadlının, Xocavəndin və Şuşanın işğaldan azad edilməsi uğrunda vuruşmuşdur. Düşmənin canlı qüvvəsini və texnikasının məhv edilməsində, döyüş yoldaşlarının, yaralıların xilas edilməsində əsl şücaət və qəhrəmanlıq göstərən Eminin şərəfli döyüş yolu Şuşaya qədər uzandı. Fərzəlizadə Emin elə Şuşa döyüşləri zamanı qəhrəmancasına şəhid olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsəsən Fərzəlizadə Emin "Vətən uğrunda", "İgidliyə görə" , "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub. Yəni, qalib qəhrəmanımız uğrunda şəhidliyə yüksəldiyi mübarizədən düz 7 medalla ayrılıb. Eminin Vətənə əmanət Mələk və Nuray adlı 2 qız övladı yadigar qalıb. Emin Vətəni uğrunda savaşmağa gedərkən Kiçik övladı Nuray hələ yenicə doğulduğundan atası onun üzünü belə görməmişdi. Eminin yoldaşı qeyd edir ki, Nurayın yaşı çox az olsa da şəhid atasını hər zaman şəkillərdə gördükdə tanıyır, gülümsüyür və onu səsləyir. Balaca olmalarına baxmayaraq hər iki övladı atalarının böyük bir qəhrəman olduğunu anlayırlar və gələcəkdə də atalarının adlarını qürurla anacaqlar. |
|
127 |
“Bu texnikanın son dayanacağı Şuşa olmalıdır!"-deyərək savaşdı. Rahib Pənah oğlu Fətəliyev 1978-ci il iyulun 10-da Beyləqan rayonunun Bolsulu qəsəbəsində anadan olub. Rahib Fətəliyev 2007-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində vuruşub. Ailəli idi, bir oğlu və bir qızı yadigar qaldı. Fətəliyev Rahib Vətən müharibəsi zamanı Füzuli rayonu istiqamətində gedən döyüşlərdə döyüşüb. Döyüşdə BMP-də tuşlayıcı operator kimi fəaliyyət göstərirdi. zirehli texnikası ilə düşmənin qorxusuna çevrilən Rahib həmişə deyərmiş : “Bu texnikanın son dayanacağı Şuşa olmalıdır!" Lakin o, 27 sentyabrda döyüş tapşırığını yerinə yetirərkən, ağır ehkamları yarakən Füzuli rayonu Aşağı Veysəlli kəndində qəlpə yarası alaraq şəhid olumuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi, üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Rahib Fətəliyev ölümündən sonra "Vətən uğrunda" medalı, “Cəsur döyüşçü” medalı, həmçinin Azərbaycanın Füzuli, Ağdam rayonlarının işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Prezidentin müvafiq sərəncamları ilə “Füzulinin azad olunmasına görə", “Ağdamın azad olunmasına görə” medalları ilə təltif edilib. |
|
128 |
İlqar Nadir oğlu Həsənov 1990-cı il yanvarın 2-də Beyləqan rayonunun Dünyamalılar kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra İlqar hərbi xidmətə yollanır. Hərbi xidmətini başa vurduqdan sonra ordu sıralarında qalmağa qərar verib də müddətdən artıq hərbi xidmətçi kimi Vətənin keşiyində dayanıb. Vətən müharibəsində ilk günlərdən döyüşə atılan İlqar və döyüşçü yoldaşları Füzuli istiqamətində düşmənin birinci səddinin yarılmasında şücaət göstəriblər. Daha sonra onlar Cəbrayıl uğrunda gedən döyüşlərdə ermənilərin xeyli sayda canlı qüvvəsini və texnikasını məhv ediblər. Yeni tapşırıq üzrə İlqar Hadrut istiqamətində irəliləyib. Növbəti uğurlu tapşırıqları isə Zəngilan və Qubadlı istiqamətində olub. İlqar oktyabrın 27-də yaralanıb və hospitala yerləşdirilib. Lakin bir gün sonra öz istəyi ilə yenidən döyüşlərə qatılıb. Laçının Güləbird və Səfiyan kəndlərinin də azad edilməsində qəhrəmanlıq göstərib. Sonuncu dəfə noyabrın 1-də ailəsi ilə əlaqə saxlayıb və qələbənin çox yaxında olduğunu deyib. Noyabr ayının 8-də isə Şuşa uğrunda gedən döyüşlər zamanı İlqar qəhrəmancasına şəhid olub. Vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən İlqar Həsənov ölümündən sonra "Vətən uğrunda" medalı, “İgidliyə görə”, «Cəbrayılın azad olunmasına görə» medalı, «Füzulinin azad olunmasına görə»medalları ilə təltif edilib. |
|
129 |
Vətən Müharibəsinə könüllü qatılıb, torpaqlarımzın azadlığını, Azərbacanın bütövlüyünü bizə bəxş edən növbəti qəhrəmanımız Əliyev Tural Arif oğludur. O, 1991-ci il yanvar ayının 1-də Beyləqan rayonu, Təzəkənd kəndində anadan olub. Bütün digər şəhidlərimiz kimi o da seçilirdi vətənpərvərliyi ilə, sanki bu hislər, bu vətən sevgisi sırf onların talelərinə əvvəlcədən yazılmış, bu sevgi ilə böyüdülmüşdülər. O , hətta 2016-cı ildə Aprel döyüşlərində fəal iştirak etmiş və buna görə də bir neçə fəxri fərmanla təltif olunub. Vətən Müharibəsində könüllü olaraq qatılan Əliyev Tural öz dostları ilə birgə bir neçə ərazilərimizin işğaldan azad edilməsində yaxından iştirak etmiş, həm mənəvi həm də fiziki gücü ilə düşmənin qorxusuna çevrilmişdilər. Kiçik çavuş Əliyev Tural Füzuli və Qubadlı rayonlarının azad olunmasında böyük şücaət göstərmişdir. Füzuli rayonuna ilk bayrağı sancanlardan biri də Əliyev Tural olmuşdur. Bütün bu uğurlu döyüşlərdən sonra o yaralanır və yenə də döyüşə davam etmək istəyir. Lakin, Hadrut yaxınlığında qəhərmancasına şəhid olmuşdur. Nəşi 43 gün sonra neytral ərazidən çıxarılaraq ailəsinə təhvil verilib. Dekabrın 15-də Təzəkənd kənd qəbiristanlığında dəfn olunub. |
|
130 |
Elmir Rayil oğlu Qənbərov 1982-ci ildə Beyləqan rayonunun Qəhrəmanlı kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Elmir Qənbərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və fərqlənib. Dekabrın 27-də saat Azərbaycanın Xocavənd rayonunun Ağdam kəndi istiqamətində qanunsuz erməni silahlı qrupu və ya ərazidə qalmış Ermənistan Silahlı Qüvvələrinin qalıqlarından ibarət 6 nəfər Azərbaycan Ordusunun bölmələrinə hücum edib. Nəticədə əsgər Elmir Qənbərov şəhid olub . Görülən tədbirlər nəticəsində isə qanunsuz erməni hərbi dəstəsinin altı üzvü məhv edilib. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Elmir Qənbərov "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" , "Vətən uğrunda" və "Cəsur döyüşçü" medalları ilə də təltif edilib. |
|
131 |
Barəsində çox böyük qürur hissi ilə söz açacağım gözəl ürəkli bir insan, adını şanlı hərb tariximizin daş salnaməsinə qızıl hərflərlə yazdıraraq özünü təsdiq edən, xalqımızın qeyrətli oğlu, hər birimizin fəxr yeri olan şəhidimiz Xasayev Elməddin Qoçu oğludur. Vətəni xidməti öz həyatından üstün tutan, könüllü olaraq bütün döyüşlərdə irəli atan, gözünü qırpmadan hərbçi yoldaşlarının köməyinə çatan və bu yolda uca məqam-şəhidlik zirvəsinə ucalan qəhrəman idi Xasayev Elmədin Qoçu oğlu. O, 12 fevral 1980-ci ildə Beyləqan rayonu Yeni -Mil qəsəbəsində dünyaya göz açıb. Onu tanıyanlar tərəfindən həmişə sevilən, xeyirxah, yüksək insani keyfiyyətlərə malik, gözəl ailə başçısı kimi yad edilir qəhrəmanımız. Elməddin Xasayev 2014-cü ildən hərbi sanitar vəzifəsində xidmət edirmiş. Bir müddət Beyləqan rayonunda və Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissələrdə xidmət edəndən sonra o, Füzuli rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmətini davam edib. Vətən Müharibəsi başlayan zamanı döyüşlərə könüllü olaraq qatılıb. Ona tibbi heyyətin işçisi kimi arxa cəbhədə olması gərəkdiyi söylənilsə də, yaralananlara ilk təcili yardımı göstərmək üçün ən qızğın döyüşlərə könüllü surətdə daxil olmuş, onlarla hərbçimizə ilk təcili təxirə salınmaz yardım göstərərək həyatda qalmalalarına səbəbkar olmuşdur. Əsl qəhrəman kimi savaşmış, neçə-neçə hərbçimizi həyatda saxlamışdır. Qarşısına qoyduğu bu ali vəzifəni yerinə yetirmək üçün yenə yola düşür Elməddin. Komandir tərəfindən ona arxa cəbhədə qalmağı yenə də məsləhət edilsə də, o hərbçi yoldaşlarının olduğu maşına daxil olmağı seçir və beləcə növbəti döyüşlərdə onlara yardım edə biləcəydi. Bu onun qəhrəmanlıq hekayəsinin son sətiri oldu. Elməddinin də içində olduğu maşın Füzuli istiqamətində gedən döyüşlərə girmiş, uzun mübarizədən sonra ermənilər tərəfindən atəşə tutulan maşında bir neçə döyüş yoldaşları ilə birgə qəhrəmancasına şəhid olmuşdur. Elməddin Xasayev qarşısına qoyulan tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" , "Şuşanın azad olunmasına görə", "İgidliyə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib. |
|
132 |
Deyirlər, torpaq uğrunda ölən varsa, Vətəndir! Qarabağı azadlığa qovuşduran, müqəddəs Vətən torpağını düşmən tapdağından qurtaran, uca şəhidlik məqamına yüksələn neçə-neçə cəsur, mərd oğullarımızdan biri də gizir Vasif Üzeyir oğlu Məhərrəmov oğludur. Vasif Üzeyir oğlu Məhərrəmov, 08 fevral 1989-cu ildə Beyləqan rayonunun Milabad qəsəbəsində, sadə həyat tərzi sürən, öz halal zəhməti ilə yaşayan bir ailədə dünyaya göz açmış, böyüyüb boya-başa çatmışdır. Vətənə xidmət zamanı gəlir və Vasif 2006-ci il oktyabr ayında Ordu sıralarına həqiqi hərbi xidmətə çağırılır. Xalqımızın vətənpərvər övladı öz xidmətinə Fövqəladə Hallar Nazirliyinin Bakı şəhərində yerləşən “N” saylı hərbi hissəsindən başlayır. Vasif xidmət etdiyi dövrdə Vətənə ləyaqətlə xidmət etdiyinə, nümunəvi davranışlarına, intizamına, yüksək əxlaqi keyfiyyətlərinə görə, dəfələrlə yuxarı komandanlıq tərəfindən diplom, fəxri fərman və müxtəlif mükafatlarla təltif edilmişdir. Vasif Üzeyir oğlu Məhərrəmovun hərbçi kimi yolu tariximizə “Dörd günlük müharibə” kimi düşmüş məlum aprel savaşından da keçmişdir. O, düşmənlə mübarizədə xüsusi qəhrəmanlıq göstərmiş və qazanılmış olan möhtəşəm qələbəyə öz töhfəsini vermişdir. Vətən müharibəsi başlayan zaman bütün hərbçilərimiz kimi, Vasif Məhərrəmov da döyüş əmri verilən andan düşmənlə mübarizəyə qatılmış və döyüş meydanında əsl qəhrəmanlıq göstərmişdir. Çox sayda erməni əsgər və zabitini məhv edərək, öz üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlmişdir. Yuxarı komandanlıq tərəfindən ona verilən əmr və tapşırıqları vaxtında icra etməklə, seçilmiş bir hərbçi olduğunu bir daha sübut etmişdir. Düşmənin məğlub edilməsində və qazanılmış olan Qələbədə Vasifin də xüsusi rolu olmuşdur. Döyüşü Zəfərli bitirən, ürəyi Vətən eşqi ilə alışıb-yanan Vasif Məhərrəmov 2021-ci il yanvarın 1-də Qubadlı rayonu ərazisində minaya düşməsi nəticəsində şəhid olmuşdur. Məhərrəmov Vasif Üzeyir oğlu döyüşlərdə göstərdiyi igidliyə görə, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı, Prezidentimiz, cənab İlham Əliyevin Sərəncamları ilə, müvafiq olaraq, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilmişdir. |
|
133 |
Yaqubov Həsən Hüseyn oğlu 1990-cı ilin 13 aprelində Beyləqan rayonu şəfəq qəsəbəsində anadan olub. O, Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində Xocavənd, Cəbrayıl, Füzuli və Şuşa rayonlarının işğaldan azad edilməsində yaxından iştirak etmiş, qazandığımız böyük Qələbənin imzasını atanlardan olmuşdur. Döyüşlərdə yüksək peşəkarlıq və igidlik nümayiş etdirsə də, Həsən Yaqubov 2021-ci il yanvarın 12-də Xocalı rayonunda avto qəza nəticəsində şəhid olub . Vətən Müharibəsində aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən Həsən Yaqubov ölümündən sonra "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub. |
|
134 |
Vətən Müharibəsi zamanı igidliyi və mərdliyi seçilən digər qəhrəman şəhidimiz Talıbov Talıb Azay oğludur. Talıbov Talıb Azay oğlu 1992-ci ildə Beyləqan rayonunun Birinci Şahsevən kəndində anadan olub. Azərbaycan Ordusunun çavuşu olan qəhrəmanımız Vətən Müharibəsi başlayan zamanı bir çox rayonlarımızın işğaldan azad edilməsində döyüş yoldaşları ilə birgə çiyin-çiyinə vuruşmuş, mərdliyi və igidliyi ilə həmişə seçilmişdir. Füzuli, Cəbrayıl və Xocavəndin işğaldan azad edilməsində böyük rəşadət göstərən Talıb Hadrut istiqamətində gedən döyüşlərdə qəhramancasına döyüşərək şəhid olmuşdur. |
|
135 |
Erməni silahlı qüvvələrinin hücumu nəticəsində həlak olan mülki şəhidlərimiz- Zülfiyyə və Arzu bacıları. İşğalçı ölkənin silahlı qüvvələrinin Beyləqan şəhərinin müxtəlif istiqamətlərində dinc əhalinin yaşayış evlərini ağır artilleriyadan atəşə tutması nəticəsində 03.10.2020-ci il tarixdə 1976-cı il təvəllüdlü Beyləqan şəhər sakinləri İsmayılova Zülfiyyə İsgəndər qızı və bacısı 1998-ci il təvəllüdlü Əsədova Arzu İsgəndər qızı yaşadıqları evə çoxsaylı top mərmilərinin düşməsi nəticəsində dağıntılar altında qalaraq həlak olmuşlar. |
|
137 |