Şriftin ölçüsü :

Saytın rəngi :

İnzibati xətalarla bağlı

                                                            Azərbaycan Respublikası
                                               Beyləqan rayonu İcra hakimiyyəti başçısının

                                                                            Ə M R İ

№-74                                                                                                                            18 aprel 2017-ci il


İnzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Beyləqan rayon İcra hakimiyyəti adından baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı”  barədə

“İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyətli vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 23.02.2017-ci il tarixli 1256 nömrəli Fərmanının 5-ci bəndinin icrasını təmin etmək məqsədilə  “Yerli İcra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.15.6-cı maddəsinə uyğun olaraq

                                                             ƏMR EDİRƏM:


1. “İnzibati xətalar haqqında işlərə Beyləqan rayon İcra hakimiyyəti adından baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı” təsdiq edilsin.(əlavə olunur)

2. Rayon İcra hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri A.Mirzəyevaya tapşırılsın ki, inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısını Beyləqan rayon İcra hakimiyyətinin rəsmi internet səhifəsində yerləşdirilməsini təmin etsin.

      Beyləqan rayonu İcra
      hakimiyyətinin başçısı:                                                       Vaqif Abdullayev

 

 

 

                                                                                  Beyləqan rayon İcra hakimiyyəti başçısının

                                                                                  18 aprel 2017-ci il tarixli, 74 nömrəli Əmri ilə

                                                                                   təsdiq edilmişdir

                                  


                                   “İnzibati xətalar haqqında işlərə Beyləqan rayon İcra hakimiyyəti
                                   adından baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı”


        Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin  428.7, 454, 455.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə - Başçının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri, şöbə müdirinin müavini, baş məsləhətçi;
       Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 189.1, 189.3, 189.4, 512 və 522-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalara dair işlərə- Başçının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri;
       Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 400 və 587-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə - İcra hakimiyyəti başçısı aparatının ərazi idarəetmə və yerli özünüidaretmə orqanları iş şöbəsinin müdiri, baş məsləhətçi;
      Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 319.1, 320.1 və 455.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə - İcra hakimiyyəti başçısı aparatının hüquq şöbəsinin müdiri;
       Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 393, 395 və 396-cı maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə - İcra hakimiyyəti başçısı aparatının memarlıq və tikinti şöbəsinin müdiri-baş memar, böyük məsləhətçi.

Keçidlər