Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun Yuxarı Kəbirli kəndində səyyar qəbul-görüş keçirildi.

29 mart 2022 | 16:00

Beyləqan rayonunda əhalinin problemlərinin yerində həlli məqsədilə rayon İcra hakimiyyətinin başçısı Asif Ağayevin 29 mart 2022-ci il tarixdə rayonun Yuxarı Kəbirli kənd sakinləri ilə səyyar qəbul-görüşü  keçirilmişdir. Görüşdə  rayon icra hakimiyyətinin,  rayonun hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri, ərazidə yaşayan yerli sakinlər və məcburi köçkünlər, idarə, müəssisə, təşkilat,  bələdiyyə, özəl qurum rəhbərləri, şəhid ailələri, müharibə əlilləri və iştirakçıları, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişdir. Tədbiri giriş sozü ilə açan rayon İcra hakimiyyətinin başçısı Asif Ağayev sakinləri salamladı və onları narahat edən məsələlər barəsində çıxış etmələrini xahiş etdi. Görüşdə qəsəbə sakini Allahverdiyev Adil Cəmil oğlu məktəbin yaxınlığında yerləşən elektrik tranformatorunun məftil torla mühafizəsinin təmin edilməsini, İsmayılov İmran Qardaşxan oğlu içməli su probleminin həll olunması və maddi yardım olunmasını, Azadov Elnur Murad oğlu Vətən müharibəsi zamanı QAZEL markalı avtomobilinə dəymiş ziyanın ödənilməsini, Əmirov Səhliyalı İsmayıl oğlu  “DOST İş Mərkəzi” MMC tərəfindən  Yuxarı Kəbirli kəndi ərazisinə iki işçi ayrılmasını və Qasımov Eldəniz Eldar oğlu fərdi yaşayış evinin yaxınlığında yerləşən elektrik dirəyinin qəzalı olması səbəbindən  dəyişdirilməsini  xahiş etdi.  Rayon İcra hakimiyyətinin başısı Asif Ağayev sakinlərin qaldırdıqları məsələlərin həlli istiqamətində rayonun aidiyyəti üzrə idarə, müəssisə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verdi. Rayon icra hakimiyyətinin başçısı Asif Ağayev Beyləqan rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılmasından danışaraq, görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirmişdir. Yuxarı Kəbirli kənd  sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə prezident İlham Əliyev cənablarına öz minnətdarlıqlarını bildirdilər.

 

Keçidlər