Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayon Gənclər Evində “Məişət zorakılığının yayılma səviyyəsi və onu törədən səbəblər” barədə maarifləndirici tədbir keçirilib.

29 mart 2022 | 16:00

Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Fatma Xıdırlı, Şəfa Psixoloji İnkişaf İctimai Birliyinin sədri Xəlil Süleymanov, rayon peşə məktəbinin psixoloqu Sənani Umudov və peşə məktəbinin tələbələri, rayon Gənclər Evinin əməkdaşları iştirak edib. Tədbir açıq elandıqdan sonra çıxış edənlər məişət  zorakılığı və səbəbləri, onun fiziki və psixoloji nəticələri, zorakılığın qarşısının alınmasına yönəlik hüquqi və institusional mexanizmlərin təkmilləşdirilməsi haqqında geniş məlumat vermişdir. Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Fatma Xıdırlı çıxış edərək Rayon İcra Hakimiyyəti və rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə yaradılan məişət zorakılığından zərər çəkmiş şəxslər üçün 24 saat, 7 gün açıq olan ödənişsiz qaynar xətt xidməti haqqında məlumat vermiş, məişət zorakılığından zərər çəkmiş şəxslər üçün mühafizə orderlərinin tətbiqi, zorakılıq qurbanlarının məhkəməyə çıxış imkanları,  eyni zamanda zorakılıq zamanı kompleks yardımlar haqqında ətraflı məlumat vermişdir. Sonda “Qadına qarşı şiddətə son!” şüarı ilə gənc oğlanlara səslənilərək qadına qarşı zorakılığın həm qadının özü və ailəsi, həm də bütövlükdə cəmiyyət və ölkəyə vurduğu zərərlər haqqında məlumat verildi.
Qeyd edək ki, rayonumuzda bu cür maarifləndirici tədbirlər həmişəki kimi davamlı olaraq keçiriləcək.

 

 

Keçidlər