Şriftin ölçüsü :

Saytın rəngi :

Aprel şəhidimiz Cavadzadə Şahinin ildönümü onun məzarı başında anıldı.

09 aprel 2022 | 12:34

Tariximizə "Aprel döyüşləri" kimi düşən döyüşlər zamanı Beyləqan rayonundan olan Şahin Cavadzadə son damla qanına qədər savaşaraq şəhidlik zirvəsinə yüksələn qəhrəmanlarımızdan biri idi. Qəhrəmanımızın şəhidlik zirvəsinə yüksəlməsinin ildönümü münasibəti ilə aprelin 9-da Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev və aparatın məsul nümayəndələri şəhidin ailə üzvləri, qazilər və veteranlar ilə birlikdə məzarını ziyarət edərək önünə gül dəstələri düzmüş ruhuna ehtiram əlaməti olaraq dualar oxuyublar. 
Qeyd edək ki, Şahin Cavadzadə 1994-ci ildə Beyləqan rayonunun Bolsulu kəndində anadan olub. 2001-ci ildə Beyləqan rayonu Fərman Hacıyev adına tam orta məktəbin birinci sinifinə daxil olmuş, 2012-ci ildə həqiqi hərbi xidmətə çağırılmış, xidməti dövründə, 2014-cü ilin iyul ayından Xüsusi Təyinatlı Qüvvələrdə Gizir kimi fəaliyyətə başlamışdır.
Gizir Şahin Cavadzadə 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı qəhrəmancasına şəhid oldu. Aprelin 9-u isə Şahin Cavadzadə doğulduğu Beyləqan rayonunun Bolsulu kəndində son mənzilə yola salındı.
Şahin Cavadzadə ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.

 

 

Keçidlər