Şriftin ölçüsü :

Saytın rəngi :

“BEYLƏQANDA BAHAR" ADLI TƏDBİR KEÇİRİLİB

20 mart 2023 | 20:29
Beyləqan_Montessori Uşaq İnkişaf Mərkəzinin, Tarix Diyarşünaslıq muzeyinin və Uşaq Musiqi məktəbinin birgə təşkilatçılığı ilə Novruz bayramı münasibətilə " Beyləqanda Bahar" adlı musiqili, əyləncəli tədbir keçirilib.
 
Beyləqan_ Montessori Uşaq İnkişaf Mərkəzinin işçilərinin Bahar bayramının atributlarından hazırladıqları maraqlı, əyləncəli nömrələr, musuqi məktəbinin hazırladıgı şən musiqi nömrələri, uşaqların rəqsləri tamaşaçılarda xoş təəssürat yaradıb.
 
Tədbirdə rayon İcra hakimiyyətinin,şəhid ailələrinin , qazi ailələrinin körpə fidanları, rayon mədəniyyət müəssisələrinin nümayəndələri, rayon ictimaiyyəti, məktəblərin müəllim və şagirdləri, iştirak edirdi.
 
Tədbirdə Azərbaycan Respublikası Kənd Qadınlar Assosiasiyası " Gülşən" Qadın İnkişaf və Müəssisə Qrupunun və Beyləqan şəhər Fərman Hacıyev adına 2 nömrəli tam orta məktəbin nəzdində fəaliyyət göstərən Peşə Təmayüllü Sinfin əl işlərindən ibarət sərgi və satış yarmarkası təşkil olunmuşdur.
Keçidlər