Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonumuzun gənc və istedadlı musiqişünaslarından Aygün Bayramlı Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edilib

28 may 2022 | 11:41

     Rayon İcra Hakimiyyətinin başçısı cənab Asif Ağayev rayonumuzun gənc və istedadlı şəxslərini daim diqqət mərkəzində saxlayır, onların fəaliyyətlərini yüksək qiymətləndirir. Həmin gənclərdən olan Bayramlı Aygün Rauf qızı rayonda Mədəniyyətin inkişafında uğurlu fəaliyyətinə görə Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif olunub. Qeyd edək ki, Bayramlı Aygün Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecində (Asəf Zeynallı adına Musiqi Məktəbi) Fortepiano ixtisası üzrə təhsil alıb. 8 ildir ki, pedoqoji fəaliyyətlə məşğul olan gənc musiqişünas bu illər ərzində bir sıra uğurlara imza atıb. Belə ki, 2016-cı ildə  Azərbaycan Müəlliflər İctimai Birliyi tərəfindən Müəllif adına layiq görülmüş, 2021-ci ildə səmərəli fəaliyyətinə görə Mədəniyyət naziri cənab Anar Kərimov tərəfindən fəxri fərmanla təltif olunmuş, 2021-ci ildə Rusiya Federasiyası Başqırdıstan Respublikasının paytaxtı Ufa şəhərində keçirilən “Dünya xalqlarının musiqisi fortepiano üçün” adlı V Beynəlxalq festival müsabiqəsində Azərbaycan Milli Konservatoriyasının tələbəsi kimi  uğurla çıxış edərək  2-ci laureat adına layiq görülmüşdür. Hal –Hazırda isə Azərbaycan Milli Konservatoriyasında musiqişünaslıq ixtisası üzrə təhsilini davam etdirir.
      Uğurlar arzulayırıq!

Keçidlər