Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun Allahyarlı kəndində səyyar qəbul-görüş keçirilmişdir.

14 mart 2023 | 19:22
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev 14 mart 2023-cü il tarixdə Allahyarlı kəndinin sakinləri ilə görüşüb.
 
Əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Görüşdə rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər.
 
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev sakinləri qarşıdan gələn Novruz Bayramı münasibəti ilə təbrik etdi və daha sonra sakinlərdən onları narahat edən məsələlər barəsində çıxış etmələrini xahiş etdi.
 
Görüşdə kənd sakinləri bələdiyyə torpağının verilməsini, fərdi yaşayış evinin tikintisinə köməklik məqsədilə mişar daşının verilməsini, elektrik sayğacında olan borcun silinməsinə köməklik olunmasını, işlə təmin olunmasını, Allahyarlı kəndi ərazisində meliorativ tədbirlərin aparılmasını xahiş etdilər.
 
Rayon İcra hakimiyyətinin başısı Asif Ağayev sakinlərin qaldırdıqları məsələlərin həlli istiqamətində rayonun aidiyyəti üzrə idarə, müəssisə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verdi.
 
A.Ağayev ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, eləcə də Beyləqan rayonunda aparılan tikinti-quruculuq, abadlıq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən ətraflı məlumat verdi.
 
Allahyarlı kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Keçidlər