Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun Bahar qəsəbəsində səyyar qəbul-görüş keçirilmişdir.

24 may 2023 | 20:40
23 may 2023-cü il tarixdə rayonun Bahar qəsəbəsi sakinləri ilə səyyar qəbul-görüşü keçirilmişdir.
 
Tədbirdən əvvəl Rayon İcra Hakimiyyətinin başçısı, rayonun hüquq-mühafizə orqanlarının və xidmət sahələrinin rəhbərləri Bahar qəsəbəsində şəhidlərimizin xatirəsinə inşa edilmiş abidəni ziyarət etmiş, önünə gül dəstələri düzərək ehtiramlarını bildirmişlər.
 
Daha sonra baş tutan səyyar görüşdə qəsəbə sakinləri qəsəbə tam orta məktəb binasının yenidən tikilməsini, SİB kabellərinin çəkilməsini, qəsəbə avtomobil yolunun əsaslı təmir olunmasını, qəsəbə ərazisində poçt məntəıqəsinin açılmasını xahiş etdilər.
 
Sakinlərin qaldırdıqları məsələlərin bir qismi yerindəcə araşdırılmış, müvafiq izahatlar verilmiş, həlli vaxt tələb edən digər müraciətlər isə nəzarətə götürmüşdür.
Keçidlər