Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun Baharabad qəsəbəsində səyyar qəbul-görüş keçirildi.

24 yanvar 2023 | 21:30
 
24 yanvar 2023-cü il tarixdə Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev növbəti səyyar qəbulunu rayonun Baharabad qəsəbəsində keçirib.
 
Görüşdə rayon icra hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri, ərazidə yaşayan yerli sakinlər və məcburi köçkünlər, idarə, müəssisə, təşkilat, bələdiyyə, özəl qurum rəhbərləri, şəhid ailələri, müharibə əlilləri və iştirakçıları, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişdir.
 
Kənd sakinlərinin əsas müraciətləri mövsüm ərzində suvarma suyunun verilməsi, dren kanalının təmizlənməsi, yeni subartezian quyusunun qazılması və ünvanlı sosial yardımın verilməsi kimi məsələlər təşkil edib.
 
Səyyar qəbulda sakinləri narahat edən məsələlərə aydınlıq gətirildi, müvafiq izahatlar verildi və qaldırdıqları məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verildi.
 
Baharabad qəsəbə sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyev cənablarına öz minnətdarlıqlarını bildirdilər.
Keçidlər