Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun Bolsulu qəsəbəsində səyyar qəbul-görüş keçirilmişdir.

06 iyun 2023 | 18:02
Vətəndaşların mövcud problemlərinin yerindəcə öyrənib həllini sürətləndirmək məqsədilə 06 iyun 2023-cü il tarixdə Rayon İcra Hakimiyyəti başçısı Asif Ağayevin Bolsulu qəsəbəsində növbəti səyyar qəbulu keçirilib.
 
Rayonun idarə, müəssisə və xidmət təşkilatları rəhbərlərinin iştirak etdiyi səyyar görüşdə əvvəlcə Bolsulu qəsəbə şəhidlərinin xatirəsinə inşa edilmiş abidə ziyarət olunub, torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilib.
 
Qəbulda çıxış edən rayon rəhbəri vətəndaşlarla görüş ölkə Prezidenti cənab İlham Əliyevin əhali ilə daima təmasda olmaq barədə tapşırığına uyğun olaraq keçirildiyini qeyd etmişdir.
Görüşdə qəsəbə sakinləri tam orta məktəb binasının əsaslı təmir olunmasını, elektrik enerjisinin fasiləsiz verilməsi məqsədilə SİB kabellərinin çəkilməsini, mərkəzi yolun əsaslı təmir olunmasını xahiş etdilər.
 
Sakinlərin səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən bir sıra digər məsələ isə aidiyyəti təşkilat rəhbərlərinə tapşırılaraq icrası nəzarətə götürülüb.
Keçidlər