Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Fərid Nağıyevin anım günü qeyd olunub.

02 dekabr 2022 | 16:12
Xızı rayonu ərazisində yerləşən "Qaraheybət"aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayaraq şəhidlik zirvəsinə ucalmış şəhidimiz baş leytenant Fərid Nağıyevin anım günü ilə əlaqədar məzarı izdihamlı şəkildə ziyarət olunub.
Ziyarətdə şəhidin ailə üzvləri, Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı və aparatın məsul nümayəndələri, DSX rəisinin müavini və əməkdaşları, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, qazilər və ictimaiyyət nümayəndələri şəhidin məzarını ziyarət edərək, ruhuna dualar oxuyub və məzarı önünə gül dəstələri qoyublar.
Ziyarət iştirakçıları şəhidin ildönümünə həsr olunmuş məclisdə iştirak ediblər.
Keçidlər