Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Hüseynov Ruslan Vəli oğlunun ailəsi ziyarət olunub.

25 may 2023 | 18:44
Beyləqan Rayon İcra Hakimiyyəti başçısı Asif Ağayev və aparatın əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri Bahar qəsəbə şəhidi Hüseynov Ruslan Vəli oğlunun ailəsini ziyarət edib.
 
Ziyarət zamanı şəhidlərimizin əziz xatirəsinin əbədiyyən xalqımızın yaddaşına həkk olunduğunu vurğulayan Asif Ağayev ölkə prezidenti İlham Əliyevin hər zaman şəhid və qazilərimizin qələbəmizin təmin olunmasındakı fədakarlıqlarını ən yüksək səviyyədə dəyərləndirdiyini qeyd edib.
 
Qeyd edək ki, Ruslan Hüseynov 1998-ci il mayın 11-də Beyləqan rayonunun Bahar qəsəbəsində anadan olub. Azərbaycan Ordusunun kiçik çavuşu olan Ruslan Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ruslan Hüseynov noyabrın 1-də Xocavənd döyüşləri zamanı Qırmızı Bazar istiqamətində şəhid olub.
 
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Ruslan Hüseynov ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Keçidlər