Şriftin ölçüsü :

Saytın rəngi :

“Tərəqqi” medalına işlədiyi dövrdə layiq görülən Rayon İcra Hakimiyyətinin əməkdaşı Tofiq Məmmədova medalı təqdim olunub.

24 yanvar 2023 | 14:38
Dövlət qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 22 iyun 2022-ci il tarixli Sərəncamı ilə “Tərəqqi” medalına layiq görülən Rayon İcra Hakimiyyətinin əməkdaşı Məmmədov Tofiq Canbaxış oğluna medalı təqdim olunub.
Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən “Tərəqqi” medalı ilə təltif olunmuş Tofiq Məmmədovu təbrik edərək, bu medalın onun rayonun ictimai-siyasi həyatında səmərəli fəaliyyətilə yanaşı, dövlətə və dövlətçiliyə sədaqətinin bariz nümunəsi olduğunu qeyd etmişdir.
Tofiq Məmmədov çıxış edərək bu medala işlədiyi müddət ərzində laiq görüldüyü üçün ölkə rəhbərliyinə öz minnətdarlığını bildirmiş, hal-hazırda təqaüddə olan təcrübəli dövlət qulluqçusu kimi RİH başçısı aparatının kollektivinə dəyərli məsləhətlərini verərək, onlara sonrakı fəaliyyətlərində uğurlar arzulayıb.
İcra Hakimiyyətinin əməkdaşları çıxış edərək Tofiq Məmmədovla keçmiş birgə fəaliyyətlərindən danışıb, uzun müddətli səmərəli fəaliyyətinin qiymətləndirilməsi münasibəti ilə təbrik ediblər.
Sonda Tofiq Məmmədova “Tərəqqi” medalı, Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı və hədiyyəsi təqdim edilib.
Keçidlər