Şriftin ölçüsü :

Saytın rəngi :

Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdlərinin təqdimatında Novruz şənliyi keçirilib.

16 mart 2023 | 19:46
Tədbir başlamamışdan öncə torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 
Şəhid və qazi övladlarının da dəvət olunduğu tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Yeganə Məmmədova, aparatın məsul nümayəndələri, Beyləqan rayon Təhsil Sektorunun əməkdaşları, rayonun idarə, müəssisə və təşkilat nümayəndələri iştirak edib.
 
Tədbiri giriş sözü ilə açan Yeganə Məmmədova ulularımızdan bizə yadigar qalan, milli ruhumuzu və yaddaşımızı bütün zənginliyi ilə özündə əks etdirən Novruz bayramı münasibətilə tədbir iştirakçılarını səmimi qəlbdən təbrik etmiş, ölkəmizə əmin-amanlıq, sülh və firəvanlıq arzulayıb.
 
Şənlikdə Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdləri öz bacarıqlarını nümayiş etdirərək milli rəqslər ifa etmiş, kosa və keçəlin iştirakı ilə maraqlı səhnəciklər təqdim etmiş, Azərbaycan xalq ədəbiyyatına məxsus bayram abu-havalı şeirlər söyləmişdir.
Keçidlər