Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayonunda cari ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr həsr olunmuş hesabat yığıncağı keçrilmişdir.

13 aprel 2016 | 16:00

Məruzə ilə çıxış edən Beyləqan rayon İcra hakimiyyətinin başçısı cənab Vaqif Abdullayev bildirdi ki, ilin üç ayında ümumi məhsul buraxılışının 30,1 milyon manat, o cümlədən sənaye məhsulları istehsalnın həcminin 2,1 milyon manat, kənd təsərrüfatı məsulları istehsalının həcminin 15,1 milyon manat olduğu, əsas kapitala 865,8 min manat investisiya yönəldildiyi,  784,3 min manatlıq tikinti-quraşdırma işlərinin aparıldığı diqqətə çatdırılıb.
Vaqif Abdullayev onuda bildirdi ki, hesabat dövründə abadlıq-quruculuq işləri davam etdirilib, Beyləqan şəhərinin Akif Əkbərov, Bəhruz Kəngərli, M.F.Axundov, F.Kərimzadə, Gəray Əsədov küçələrinə asfalt örtük salınıb, 120 yerlik yeni uşaq bağçasının tikintisi başa çatdırılıb. Rayonun Xaçınabad qəsəbə orta məktəbi üçün yeni bina istifadəyə verilib. Rayon mərkəzində Bayraq muzeyinin, 54 mənzilli 6 mərtəbəli yaşayış binasının, 240 yerlik, İmamverdili kəndində 180 yerlik məktəblərin, Toxum Müfəttişliyi və Aqrokimya Laboratoriyasının binasının tikintisi davam etdirilir. Birinci Şahsevən-Əhmədli-Dünyamalılar avtomobil yolunun əsaslı tikintisi Dünyamalılar kəndi istiqamətində artıq başa çatmaq üzrədir.
Yığıncaqda təhsil, səhiyyə, mədəniyyət, idman və aqrar sahədə həyata keçirilən tədbirlərdən, əhalinin elektrik enerjisi, təbii qaz, içməli və təsərrüfat suyu ilə təminatı istiqamətində görülən işlərdən ətraflı bəhs edilib.
Məruzə və çıxışlarda uğurlarla yanaşı, problemlər də sadalanıb, onların həlli üçün təkliflər irəli sürülüb.

Keçidlər