Şriftin ölçüsü :

Saytın rəngi :

Heyvandarlığın inkişafına həsr edilmiş zona müşavirəsi keçrilmişdir.

13 aprel 2016 | 16:00

13 aprel 2016-cı il tarixdə Beyləqan rayonun Gənclər Mərkəzində heyvandarlıq sahəsində prioritetlərin müəyyən edilməsi, damazlıq seleksiya işlərinin yaxşılaşdırılması, yerlərdə heyvanların süni mayalandırılması işinin daha səmərəli təşkili məqsədi ilə zona baytarlıq laboratoriyalarının fəaliyyətinin genişləndirilməsi , heyvanların süni mayalandırılmasında istifadə olunan genetik materialın müayinə edilməsi, yem istehsalının təşkili, bölgə üçün xarakterik olan heyvan xəstəliklərinə qarşı mübarizə tədbirlərinin aparılması və heyvandarlığın digər məsələləri ilə bağlı zona müşavirəsi keçirilmişdir.
Beyləqan rayon Gənclər Mərkəzində heyvandarlığın inkişafına həsr edilmiş zona müşavirəsində Beyləqan rayon icra hakimiyyətinin başçısı cənab Vaqif Abdullayev qonaqları salamladı və onlara uğurlar arzulayaraq, Ermənistan, silahlı təxribatının qarşısını alaraq qəhrəmancasına şəhid olmuş hərbiçilərimin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Müşavirədə Beyləqan, Füzuli, İmişli, Laçın və Xocavənd rayonlarından heyvandarlıqla məşğul olan fermerlər, süni mayalama mütəxəssisləri, heyvandarlıq mütəxəssisləri iştirak etmişdir.
Zona müşavirəsində Kənd Təsərrüfatı Nazirliyi Aparatının heyvandarlıq sahəsində qarşıda duran vəzifələrdən, heyvandarlığın intensiv metodlarla inkişaf etdirilməsi yollarından, heyvandarlıqda damazlıq-seleksiya işlərinin daha da yaxşılaşdırılması məqsədi ilə mütərəqqi texnologiyalardan, bu sahədə zona baytarlıq laboratoriyalarında işlərin mərkəzləşmiş qaydada təşkilindən ətraflı məlumat verdi.
Zona müşavirəsində heyvandarlıqda seleksiya-damazlıq işlərinin təşkili, heyvan xəstəlikləri ilə mübarizə tədbirləri, heyvandarlıqda möhkəm yem bazasının yaradılması yolları və heyvandarlıqda süni mayalanmanın əhəmiyyəti barədə təqdimatlar və çıxışlar oldu.
Zona müşavirəsi geniş diskussiya formasında keçməklə fermerləri və mütəxəssisləri maraqlandıran suallara ətraflı cavablar verildi və qarşılıqlı fikir mübadiləsi aparıldı.
Zona müşavirəsinin sonunda heyvanların saxlanılması və yem istehsalı üzrə qabaqcıl təcrübənin nümayişi təşkil edildi.

Keçidlər