Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanda 02 fevral “Gənclər Günü” qeyd edildi

02 fevral 2017 | 16:00

01 fevral 2017-ci il tarixdə 110 nəfər gəncin iştirakı ilə Heydər Əliyev Mərkəzində “2 fevral Gənclər günü” nə həsr olunmuş konfrans keçirilmişdir.
Tədbirdən əvvəl Beyləqan rayon İcra haklimiyyətinin başçısı cənab Vaqif Abdullayev və rayonun fəal gəncləri Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə tər gül dəstələri düzdülər.
Konfransı giriş sözü ilə açan rayon İcra hakimiyyətinin başçısı cənab Vaqif Abdullayev “Gənclər günü” münasibətilə rayon gənclərini təbrik etdi, qarşıda duran vəzifələrdən söhbət açdı və gənclərə bu yolda uğurlar dilədi.
Daha sonra məruzə ilə çıxış edən rayon Gənclər və İdman idarəsinin rəisi cənab Sənan Quliyev 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılmasından, eləcə də 1997-ci il fevralın 2-nin “Gənclər günü” elan edilməsində Ümummilli liderimiz Heydər Əliyevin xüsusi rolundan, hal-hazırda gənclərə göstərilən dövlət qayğısının Heydər Əliyev irsinin layiqli davamçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən və ötən ildə idarə tərəfindən görülmüş işlərdən geniş bəhs etdi.
Sonda bir qrup fəal gəncə rayon İcra hakimiyyətinin və rayon Gənclər və İdman idarəsinin diplom və qiymətli hədiyyələri təqdim edildi.

Keçidlər