Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov Beyləqan rayonunda vətəndaşları qəbul etmişdir.

17 may 2019 | 16:00

       17.05.2019-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinə diqqət və qayğı ilə yanaşılması və bu zaman ədalət prinsiplərinin tam təmin edilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov Beyləqan rayon “Sukanal” Sahəsinin inzibati binasında Beyləqan və Xocavənd rayonlarının vətəndaşlarını qəbul etmişdir.
     Qəbuldan əvvəl  “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov və Beyləqan rayon icra hakimiyyətinin başçısı Asif Ağayev Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə tər gül dəstələri qoymuş və dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad etmişlər.
     Qəbul zamanı əhaliyə içməli suyun verilməsinin yaxşılaşdırılması, qəsəbə, kəndlərə su və kanalizasiya xətlərinin çəkilməsi, işə qəbul və s. məsələlərlə bağlı 59 nəfər vətəndaşın müraciət və təklifləri dinlənilmişdir.Müraciətlərdə qaldırılan məsələlərin bir qismi yerindəcə həll edilmiş, digərləri üzrə araşdırma aparılaraq tədbir görülməsi barədə aidiyyatı məsul şəxslərə müvafiq tapşırıq verilmişdir.
     Vətəndaşlar bölgə sakinlərinin yerindəcə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılması ilə bağlı razılıqlarını bildirərək, göstərilən diqqət və qayğıya görə  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə etmişlər.

 

Keçidlər