Beyləqanda dezinfeksiya işləri davam etdirilir.
05 aprel 2020 | 16:00
Dünyanın əksər ölkələrində yayılan koronavirus epidemiyasının Azərbaycanda törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə respublikamızın hər bir yerində olduğu kimi Beyləqan rayonunda da bu virusa qarşı qabaqlayıcı profilaktik tədbir olaraq dezinfeksiya işləri davam etdirilir və rayondakı ümumi sanitar-gigiyenik vəziyyət nəzarətdə saxlanılır.
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq Beyləqan rayonunda xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara əməl olunması istiqamətində zəruri tədbirlər görülür.