Şriftin ölçüsü :

Saytın rəngi :

Qanı ilə Vətən torpağını bütövləşdirən şəhid

05 iyun 2021 | 16:00

5 iyun 2021-ci ildə torpaqlarımızın bütövlüyü uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Beyləqan rayonunun İkinci Şahsevən kənd sakini Teymurov Mənsur Elnur oğlunun doğum günü uyuduğu şəhidlər xiyabanında məzarı yanında anılıb.

Şəhidin ad günü məzarı başında qeyd olundu. Şəhidin yaxınları ilə yanaşı rayon İcra hakimiyyəti aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Heybət Əliyev və digər əməkdaşları,ictimaiyyət nümayəndələri, Qarabağ qaziləri şəhidin məzarını ziyarət ediblər. Mərasim iştirakçıları şəhidin ruhuna dua oxuyub,xatirəsinə ehtiramlarını bildirmişlər. Daha sonra şəhidin doğulduğu evə ziyarət edib, ailəsinə baş sağlığı diləyiblər.
Prezident İlham Əliyevin sərəncamlarına əsasən,  "Qubadlının azad olunmasına görə" medalı  və “Vətən uğrunda” medalları ilə təltif edilmiş qəhrəmanımız yaşasaydı, 22 yaşı tamam olacaqdı. O, 1999-ci ilin iyun ayının 5-də İkinci Şahsevən kəndində anadan olub. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan İkinci Qarabağ müharibəsi başlanan zaman könüllü olaraq döyüşlərə qatılıb. . İdarə etdiyi hərbi tibbi yardım maşını ilə dəfələrlə ən ağır nöqtələrdən yaralı əsgər və zabitləri çıxararaq hospitala çatdırır. Mənsur elə həmin döyüşlərdən birində igidlik göstərərək Qubadlı istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
Beyləqan rayon İcra hakimiyyəti olaraq 44 günlük Vətən müharibəsində şəhid olmuş bütün qəhrəmanlarımıza rəhmət diləyirik.

Keçidlər