Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon haqqında

Mil düzü rayonları qrupuna daxil olan Beyləqan rayonu 24 noyabr 1939-cu ildə yaranmış və Jdanov rayonu adlandırılmışdır. Azərbaycan SSR Ali Sovetinin 19 mart 1989-cu il tarixli qərarı ilə rayonun adı dəyişdirilərək Beyləqan rayonu adlandırılmışdır.

Beyləqan rayonun ərazisi Azərbaycan Respublikasının Ağcabədi, Zərdab, Füzuli, İmişli rayonları ilə, habele İran İslam Respublikası ilə həmsərhəddir.Rayonun ərazisi 1,13 min kvadrat km, əhalisinin sayı 01.01.2019-cu il tarixə 98,7 min nəfərdir.1 kvadrat km-ə 87 nəfər düşür.Mərkəzi Beyləqan şəhəridir.Beyləqan rayonu ilə Bakı şəhəri arasındakı məsafə 265 km-dir.Rayon 1 şəhər, 16 qəsəbə və 25 kənd olmaqla, cəmi 42 ərazi vahidinə bölünmüşdür. Rayonda  37 bələdiyyə mövcuddur.

Beyləqan rayonunda bir neçə tarixi abidələr mövcuddur. Bunlar Həzrəti Cərciz Peyğəmbər ziyarətgahı, orta əsrlər dövrünü əhatə edən qədim Beyləqan şəhər xarabalığı (Örənqala) və Soltanbud təpəsidir. Həzrəti Cərciz Peyğəmbər ziyarətgahı XVII-XVIII əsrlərdə tikilmişdir. Hal-hazırda bu ziyarətgah respublikamızın bütün bölgələrindən, eləce də Gürcüstandan və Dağıstandan gələn müsəlmanların inam və səcdə yeridir. Beyləqan xarabalığı Örənqala tarixi abidəsi rayondan 18 km arasında yerləşən Kəbirli kəndinin yaxınlığındadir. Burada qədim Beyləqan şəhəri mövcud olmuşdur. Tarixi məlumatlara görə əsası V əsrdə qoyulmuş Beyləqan şəhəri dövrünün ən iri ticarət və mədəniyyət mərkəzlərindən biri olmuşdur. Bu şəhər XIII əsrdə monqol-tatarların işğalına məruz qalaraq tamamilə dağılmışdır. XIV esrde Əmir Teymur tərəfindən şəhərin yenidən inşasına başlansa da, onun ölümü ilə əlaqədar olaraq başlanmış işlər yarımçıq qalmışdır. XVI əsrdən bəri şəhər xarabalığa çevrilmiş və bir daha bərpa olunmamışdır. Bundan əlavə, rayon Mədəniyyət şöbəsinin mühafizəsində olan aşağıdakı tarixi, memarlıq və incəsənət abidələri mövcuddur: Saray təpəsi, Soltanbud qəbiristanlığı, Seyid Əminə türbəsi, Əminə Xatun məscidi, Kərbəlayı Seyid Ağa türbəsi, Gəray Əsədovun ev muzeyi, Böyük Vətən Müharibəsi iştirakçılarının xatirə kompleksi, Sevil Qazıyevanın ev muzeyi və büstü, Sovet İttifaqı Qəhrəmanı Gəray Əsədovun xatirəsinə ucaldılmış abidə, Türklər məscidi, Əmək birliyi abidəsi, Mücrəddin Beyləqanının heykəli, Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun büstü.

Keçidlər