Şriftin ölçüsü :

Saytın rəngi :

Coğrafi mövqeyi

Beyləqan rayonun ərazisi Azərbaycan Respublikasının Ağcabədi, Zərdab, Füzuli, İmişli rayonları ilə, habele İran İslam Respublikası ilə həmsərhəddir.

Beyləqan rayonu - Azərbaycan Respublikasında inzibati rayon.Mil düzü rayonları qrupuna və Orta kür iqtisadi rayonuna daxildir.Azərbaycan Respublikasının cənub-qərbində, Kür-Araz ovalığının Mil düzündə, şimalda Kür, cənubda Araz çaylarının arasında yerləşir.Coğrafi koordinatları 39 dərəcə 45 saniyə şimal en dairəsi, 47 dərəcə 30 saniyə şərq uzunluğundadır.
  Rayon kimi 24 noyabr 1939-cu ildə təşkil edilmişdir. 1939-1963-cü illərdə Jdanov rayonu adlandırılmışdır. 1963-cü ildə rayon ləğv edilmiş və ərazisi İmişli rayonu ilə birləşdirilmişdir.Lakin, 1965-ci ildə yenidən müstəqil rayon kimi təşkil olunmuş 1989-cu ildən Jdanov rayonu adlandırılmış, sonralar adı dəyişdirilmiş, ərazidə movcud olmuş qədim Beyləqan şəhərinin adı verilərək, Beyləqan rayonu adlandırılmışdır. Azərbaycan SSR Ali Sovetinin 19 mart 1989-cu il tarixli qərarı ilə rayonun adı dəyişdirilərək Beyləqan rayonu adlandırılmışdır. Mərkəzi Beyləqan şəhəridir.Bakıdan 265 km məsafədə yerləşir.Ən yaxin dəmir yol stansiyası olan Daşburuna qədər olan məsafə 17,5 km –dir.Rayon mərkəzi olan Beyləqan qəsəbəsinə 1966-cı ildə Şəhər statusu verilmişdir.Cənub şərqdə Araz çayı boyu İran İslam Respublikası, şərqdə İmişli, qərb və şimal qərbdə Ağcəbədi, cənub qərbdə Füzuli, şimalda Kür çayı boyu kiçik ərazidə Zərdab rayonu ilə həmsərhəddir. Beyləqan rayonun tərkibində 1 şəhər, 16 qəsəbə, 25 kənd yaşayış məntəqəsi olmaqla cəmi 42 yaşayış məntəqəsi vardır.Rayonda 37 bələdiyyə mövcuddur.Rayon ərazisindən dəmir yol xətti, Gəncə-Lənkəran, Bakı-Füzuli avtomobil çose yolu keçir.
Təbiəti-Relyefi.-Rayon Kür Araz ovalığının Mil, Qarabağ və Arazboyu maili düzənliklərində yerləşir Mil düzünün qərb və cənub qərb hisslərini tutur.Arazboyu düzənliklərə aid olan Arazboyu düzənliklərə aid olan Haramı düzünün bir hissəsi də rayon ərazisinə aiddir.Ərazisi tamamilə ovalıqdır.Ərazisinin şimal şərq hissəsi okean səviyyəsindən aşağıdadır.Cənub qərbdə hündürlüyü 100 metrdir.Bu ərazilər kaynazoy erasının Antropogen dövrünə aid qum, çınqıl, çaqıl daşları və digər çöküntü süxurları ilə örtülür.Ərazinin 40 % dən çoxu hündürlüyü 0-100 m, 25%- i 100-200 m, 35% - ə qədəri isə mütləqa hündürlüyü 0 m-dən aşağı olan ərazidə yerləşir.Kür çayına Şimala doğru mütləq hündürlük 8 m -ə qədərə azalır.Qərbə - Haramı düzünə doğru isə mütləq hündürlük 200-250  arasında dəyişir. Beyləqan şəhərinin mərkəzindən keçən 58 metrlik horizontaldır.Ümumiyyətlə, Beyləqan ərazisi dağarası çökəklik hesab olunur.Ərazinin Alp-Himalay geosinklinalının mərkəzində, konvergent sərhəddə yerləşməsinin nəticəsidir ki, seysmik fəal zonalardan hesab olunur.Kür çökəkliyi tektonik zonasında yerləşən rayon gücü 7 bal olan zonadır.Burada çökmə süxurların qalınlığı 10-15 km arasındadır.
Geoloji quruluşu.Beyləqan da daxil olmaqla Azərbaycan ərazisi Alp-Himlaya geosinklinalının Ön Asiya hissəsində yerləşir.Ərazinin geoloji inkişaf tarixində Alp qırışlığı ayrılır.Kaynazoy erasının Neogen dövründə Beyləqan rayonunun ərazisi dəniz altında olmuş, tektonik qalxma nəticəsində suyun səthinə qalxmış və Kaynazoy erasının Antropogen yaşlı IV dövr çökmə süxurları ilə örtülmüşdür.
Faydalı qazıntılar.Rayonda IV dövr çökmə süxurları geniş yayıldığı üçün çökmə mənşəli bütün faydalı qazıntılara rast gəlinir.Haramı düzü qum çınqıl, Arazboyu maili düzənliyi qum-çınqıl, termal su, maili düzənliklərdə isə gil və qumla yanaşı neftdə tapılmışdır.Haramı düzündə böyük ehtiyyatda içməli su olduğu müəyyənləşdirilmiş və qismən istifadə olunmaqdadır.Ərazidəki qış otlaqları və torpağı ən əhəmiyyətli təbii ehtiyatlardandır.
İqlim.Rayon ərazisi quru subtropik iqlim qurşağında yerləşir.Ərazidə qışı mülayim, yayı isti quraq keçən yarımsəhra və quru çöl iqlim tipi hakimdir.Qış fəslində mülayimlik, yay dövründə isə tropiklik üstünlük təşkil edir.İqlimin bu cür formalaşmasında ərazinin həm şimal, həmdə cənub hissəsində maili çay çökəkliyi, cənub qərbində təpəli, şərqində isə hamar düzənliyin olması mühüm rol oynayır.Ərazi daimi olaraq fəsillər üzrə dəyişməklə şərq, qərb və şimaldan gələn cənubdan siklonları, tropik, Orta Asiya və yerli hava kütlələrinin əsiri altındadır.Rayonda il ərizində 20-25 gün ağ yel küləkləri əsir.Havanın orta illik temperaturu 14,0 C-yə çatır.Yanvarın orta temperaturu 1,8 C, iyulun orta temperaturu 26,0 C0 dir.Yay aylarında bəzən havanın mütləq maksimum temperaturu 10 C olub, il ərzində -8 C ilə 15 C arasında dəyişir.Bəzən havanın mütləq havanın minimum temperaturu -21 C –yə qədər aşağı düşər.Ümumi radiasiyanın illik miqdarı 130,7 kkl/sm2 , radiasiya balansınınmiqdarı 45,0 kkl/sm2-dir.5 C0 dən yüksək olan temperaturların illik cəmi 49160 C, 100 dən yüksək olan temperaturların illik cəmi 44380 C-dir. Payızda ilk şaxtalar noyabrın 20-dən sonra, yazda son şaxtalar martın 20-dən sonra müşahidə edilir.Havanın orta illik nisbi nisbi rütubəti 72% olub ərzində 58-82 % arasında dəyişir.Yağıntıların illik miqdarı 312 mm-dir.Yağan qar 10-12 gün yerdə qalır.Buxarlanma qabiliyyətinin illik miqdarı 1000 mm-dir.Rütubətlilik əmsalı 0,3-ə bərabərdir və ərazidə yay vaxtı tələb olunur.Küləklər əsasən şərqdən və cənub-şərqdən əsir, onun orta illik sürəti 2,2 m/saniyə çox olmur.Surəti 15m/san-dən çox olan güclü küləklər il ərzində 10 günədək əsir.İl ərzində 300mm yağıntı düşür.Araz Kür çayları boyu daha çox, Mərkəzi Aran hissəsində isə orta hesabla 300 mm təşkil edir.Yağıntıların çoxu ilin soyuq dövründə, əsasən yazda və payızda olur.
Daxili sular.Rayonun daxili suları onun şimal sərhəddini kəsib keçən Kür çayı, cənub sərhəddini kəsib keçən Araz çayı, süni sututarlı Kürboyu bataqlıqlar, qrunt və laylararası sular daxildir.Ərazi öz daxilində təbii axarlı sulara malik olmasa da, suvarma məqsədi ilə çəkilmiş Yuxarı Qarabağ, Baş Mil, Xan qızı kanalları və müxtəlif kollektorlara malikdir.Kür boyu sahillerde aprel ayı daşqınları zamanı xırda göllər yaranır.Arazboyu ərazidə isə termal su mənbələri vardır.Ərazinin az meyilli oması az yağıntı düşməsi sel yaranmasına imkan vermir.Ərazini şimal-qərbdən cənub şərqə kəsib keçən Yuxarı Qarabağ kanalı öz başlanğıcını Kür çayından, Baş Mil və Xan qızı kanalları isə Araz çayından götürülməklə cənub cənub qərbdən, şimla şimal şərq istiqamətinə axırlar.Kür, Araz çayları təsərrüfatların, əhalinin şirin su təminatı və suvarmanın əsas mənbələridir.Arazboyu dezənliklərdə yeraltı suların böyük ehtiyatları vardır.
Torpaq örtüyü.Torpaq örütüyü quru subtropik iqlim şəraitində yaranır.Rayonda boz, boz çəmən torpaqlar, Araz çayının subasarlarında allüvial çəmən torpaqlar, Kür çayı sahillərində çəmən-meşə torpaqları yayılır.Beyləqan təbii şəraitinin müxtəlifliyinin nəticəsidir ki, cənub qərb hissə Haramı düzü ərazisi açıq boz qəhvəyi, qalan bütün hissədə boz çəmən, Kür çayı yaxınlığında bataqlıq-çəmən və bağ kanallarının sızma zonasında isə şoranlaşmış şoran şorakət torpaqlar üstünlük təşkil edir.Torpaq quruluşuna görə strukturlu və qismən struktursuz olmaqla mexaniki tərkibində qumsallıq və gillicəlik üstünlük təşkil edir. Bütün rütubət saxlama imkanları azdır.Bitki örtüyünün zəif inkişaf etməsinin nəticəsidir ki, torpaqda humusun (çürüntünün) miqdarı 8-15% arasında dəyişir, buda qidalıq etibarı ilə bitkişilikdə əlavə gübrələnnmə tələb edir.
Bitki örtüyü.Rayonun bitki örtüyü yarımsəhra bitkilərindən ibrətdir.Burada yovşanlı, şoranlı və gəvərli yarımsəhralar yayılmışdır.Kür çayı sahillərində və ona yaxın olan ərazilərdə düzən-çəmən bitki örtüyü sahələrində qamış, cil, kalış və digər bataqlıq bitkiləri vardır.Kürün sahilləri boyu qovaq, spyüd, iydə, tut ağacları və yulğun kollarından ibarət tuqay meşələri az sahə tutur.Beyləqanın cənub qərbində yarımsəhra, yovşanlı efemerli bitkilər, Yuxarı Qarabağ Kür çayına qədər yovşanlı efemerli şorangəlli bitkilər, Kür çayı sahilində qismən qorunmuş tuqay meşəsi, Xan qızı və Yuxarı Qarabağ kanalları arasında isə səhraların və yarımsəhraların yerində yenidən bərpa edilmiş bitki örtüyü vardır.Bataqlıq çəmənləridə müəyyən ərazini əhatə edir.Duqoruyucu torpaqqoruyucu və yolqoruyucu məqsədi ilə ensiz meşə massivləri qalmaqdadır.Son dövrlər antropogen təsirin çoxalması yovşan, biyan, şoranotu və efemer bitkilərin azalmasına səbəb olmaqdadır.Şoranlığı artan ərazilərdə kalış, qamış, qarğı və yulğun bitkiləri çoxalmaqdadır.
Heyvanat aləmi.Rayon ərazisində səhra yarımsəhra üçün xarakterik olan heyvanlar üstünlük təşkil edir.Belə ki heyvanlardan ceyran, çöldonuzu, canavar, tülkü, boz dovşan, quşlardan turac, göyərçin dovdağ, qırqovul, sığırçın, qaraqaın bağrıqara; sürünənlərdən gürzə, qırmızı quyruq qumsiçanı, tarla siçanı, kiçik Asiya qum siçanı vardır.Tuqay meşəsi və qamışlıq zonalarda oxlu kirpi, qaban, canavar, kirpi, ilan, bayquş, ağacdələn, turac, kəklik,; qalan düzən ərazilərdə isə tülkü, çaqal, dovşan, siçan, siçovul, porsuq, qaz, ördək ; axarsız gölməçələrdə vağ, ördək, qağayı;qamışlarda qamışlıq pişiyi, qaban və başqa heyvanlara rast gəlinir.Yaz aylarında bülbül, qaranquş kimi köçəri quşlar ərazidə yuva qururlar.
Landşaft.Ərazi yarımsəhra landşaft vilayətinə aiddir.Təbii mənzərəsi düzənlik landşaftlarıdır.Bu landşaf üfüqi zonallığa uyğun gəllməklə yarımsəhra landşaftıdır. Burada boz, boz qonur, boz çəmən torpaqları yayılmaqla qişi mülayim, yayı isti və quru keçir.Yarımsəhralar Mil düzünün gilli süxürlarında şoranlaşmışdır.Ona görədə bitkilər torpaq səthində 30-40% örütük əmələ gətirir.Kür çayı boyu introzonal (yeraltı suyun yaratdığı) landşaft tuqay meşələrinin yaranmasına səbəb olur.Rayon ərazsinin böyük hissəsi orta və zəif parçalanmışdağarası düzənliklərin və ovalıqların yarımsəhra landşaftıdır.Rayonun qərb hissəsində - Haramı düzündə orta dərəcədə parçalanmış düzənliklərin yarımsəhra və quru çöl landşaftları yayılıb.İnsanların təsərrüfat fəailyyəti nəticəsində müasir – antropogen landşaft formalaşması güclənməkdədir.Orta antropogenləşmə dərəcəsi 60-70% arasındadır.Lakin uzun illərin mənimsənilmə prosesində təbii bitki örtüyünün çoxu dəyişdirilmiş, onların yerində antropogen və təbii antropogen landşaft sahələri yaranmışdır.
Fiziki-coğrafi rayonlaşma.Beyləqan rayonu Kür dağarası çökəkliyi fiziki-coğrafi vilayətində yerləşir.Ərazinin böyük hissəsi vilayətin Kür Araz və Arazboyu rayonlarına, şimal-qərbdən qismən hissəsi Qazax Qarabağ fiziki-coğrafi rayonu ərazisinə düşür.Bu müxtəlifliyin səbəbi ərazinin təbii şəraitinin müxtəlifliyidir.Əslində isə fiziki coğrafi komponent dəyişkənliyinə görə iki fərqli xüsusiyyətə bölünməsi ərazinin Arazboyu və Mərkəzi Arana daxil olmasına səbəb olmuşdur.
Qoruqlar.Ağ göl milli parkı Ağcəbədi və Beyləqan rayonlarının inzibati ərazisində yerləşir.Parkın 4220 ha sahəsi Beyləqan rayonunun ərazisinə düşür.Həmin ərazini 1220 ha göl altindadır.Qalan 3020 ha isə qoruq torpaq sahəsidir.Azrəbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə Ağ göl Dövlət Təbiət Qoruğunun sahəsi 17924 ha qədər artırılmış və ərazi Milli Park elan edilmişdir.(05.07.2003).Milli parkın ərazisi yalnız bataqlıqlar deyil , həmçinin tipik göl və yarımsəhra landşaftlarındandır.Ağ göl Milli Parkının yaradılmasının əsas məqsədi mühüm su-bataqlıq ərazilərini, həmin əraziyə xas olan yarımsəhra landşaftına, göldə və onun ətrafında məskunlaşmış nəsli kəsilmək təhlükəsi altinda olan fauna növlərini qorumaq, ərazi üçün xarakterik olan bəzi fauna növlərini keçmiş ərazilərinə reintrodukasiya etmək, eləcədə ətraf mühütün monitorinqini, əhalinin ekoloji cəhətdən marifləndirilməsini və ekoturizmin inkişafını təmin etməkdir.Ağ gölün dərinliyi 0,5-2,5 m arasında dəyişir.Göl əsasən qamışlıqlarla əhatə olunmuşdur.Suyun səviyyəsi yay mövsümündə azalaraq ən aşağı həddə çatır.Ərazidə bitki növlərindən əsasən duzlaq soğanı, qışotu, qamış, şahsevdi, sarıbaş, qaraşoran, yovşan, qırtıc və.s.yayılmışdır.Burada suda quruda yaşayan heyvanlardan yaşıl quru qurbağası kiçik Asiya qurbağası və göl qurbağasına rast gəlinir.Milli Parkın ərazisində məməli heyvan növlərindən canavar, çöl donuzu, tülkü, dovşan və müxtəlif yarasalara rast gəlinir.Qamışlıqlarda isə qamışlıq pişiyinin güclü populyasiyasına təsadüf olunur.

Keçidlər