Şriftin ölçüsü :

Saytın rəngi :

01 Avqust 2023-cü il tarixdə “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda tədbir keçirilib.

01 avqust 2023 | 21:31
1 Avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günü ilə əlaqədar Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda tədbir keçirilib.
 
Əvvəlcə Ulu öndər Heydər Əliyevin və Azərbaycan torpaqlarının azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib və Dövlət Himninin səsləndirilməsi ilə tədbir açıq elan olunub.
 
Tədbiri giriş nitqi ilə açan Rayon İcra Hakimiyyəti başçısı Asif Ağayev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin fəaliyyətində dil siyasətinin çox mühüm yer tutduğunu, Azərbaycan dilinin dövlət dili kimi inkişafında ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri olduğunu vurğulayıb.
 
Daha sonra “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda video nümayiş olunub.
 
Beyləqan rayon Ağsaqqallar Şurasının sədri Etibar İmanov, YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov və Yuxarı Aran kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Sahilə Fərmanova mövzu ətrafında çıxış edərək dilimizin saflığı və mənəvi zənginliyini haqqında danışmış, Ümummilli Liderin bənzərsiz nitqlərində dilimizin rəngarəng ifadə vasitələrindən ustalıqla istifadə etdiyini, Ulu Öndərin Azərbaycan dilinin bütün sahələrdə yayılması ilə bağlı ciddi işlər gördüyü və ana dilinə daim böyük əhəmiyyət verdiyini qeyd ediblər.
 
Sonda Yuxarı Kəbirli kənd tam orta məktəbin 11-ci sinif şagirdləri Əmrahlı Sənəm və Qasımova Fidan, Dünyamalılar kənd 1 saylı orta məktəbin şagirdi Abdullayeva Nuranə, Yuxarı Aran qəsəbə tam orta məktəbin 10-cu sinif şagirdi Misirxanova Rəqsanə mövzu ətrafında bir-birindən gözəl şeirlər səsləndiriblər.
Keçidlər