01 iyul 2026-cı il tarixdə Beyləqan Rayon İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirilib
01 iyul 2026 | 13:04
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq, vətəndaş müraciətlərinə həssas yanaşılması, vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində Beyləqan Rayon İcra Hakimiyyəti başçısı tərəfindəb mütəmadi olaraq vətəndaş qəbulları keçirilir.
Növbəti olaraq, 1 iyul 2026-cı il tarixində Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşları qəbul edib.
Qəbulda Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə və sektor müdirləri, eləcə də aidiyyəti dövlət qurumlarının rəhbər və nümayəndələri iştirak ediblər.
Qəbul zamanı vətəndaşların müraciətləri diqqətlə dinlənilib, qaldırılan məsələlərin hər biri üzrə müvafiq araşdırmaların aparılması üçün tapşırıqlar verilib. Həlli Rayon İcra Hakimiyyətinin səlahiyyəti xaricində olan məsələlərlə bağlı isə vətəndaşlara qanunvericiliyin tələblərinə uyğun olaraq aidiyyəti qurumlara müraciət etmələri tövsiyə olunub.
Vətəndaşlar müraciətlərinə göstərilən diqqət və həssas münasibətə görə razılıqlarını ifadə edərək, ölkəmizdə həyata keçirilən dövlət siyasətinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.







